• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Andradenin ailəsi də oyunu izləməyə gələcək - oyuna 7 saat qaldı!

Ölkə futbolu / Manşet / Avropa Liqası

15-02-2024, 17:0

Bu gün Azərbaycanın futbol ictimaiyyəti üçün özəl gündü. Bilirik ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada “Braqa” ilə qarşılaşacaq. Komandamızı səfərdə “İmarət Avropa” azarkeş qrupunun dəstəkləyəcəyini də xəbər vermişdik.

Bu arada “Qarabağ”ın iki futbolçusu Portuqaliya mətbuatına danışıb. Sizi öncə uol.com saytına açıqlama verən Julio Romaonun fikirləriylə tanış edirik:

“Bu nəhənglərin sırasında olmağımız onu göstərir ki, işimiz yaxşı gedir. “Qarabağ” son illər Azərbaycanda əla çıxış edir və bu, bizə daha böyük xəyallar qurmağa imkan verir. Hamını təəccübləndirmək üçün böyük şansımız var, amma təvazökar qalmalı və “Braqa”ya qarşı güclü olmalıyıq”.

İndi isə abola.pt portalına müsahibə verən Leandro Andradeni dinləyək:

“Braqa”ya rəqib olandan sonra haqqında ən çox danışdığım futbolçulardan biri Joao Moutinyudu. Onunla qarşılaşmaq üçün həyəcanlanıram. Hər ikimiz Alqarvedənik. Moutinyunun atası mənim atamın məşqçisi olub. Joaoya xüsusi məhəbbətim var, onun pərəstişkarıyam. Onun oyununu izləyərək böyümüşəm. Bu, heç vaxt unuda bilməyəcəyim təcrübədi. Yenidən evdə oynayacağım üçün çox həyəcanlıyam. Portuqaliyada oynamış həmkarlarım “Braqa” və ya “Benfika” ilə üzləşməyimizi istəyirdi. Çünki bunlar əla komandalardı. Həmin oyunçular da ölkəmizi sevir. Ailəmlə danışmışam, onlar səfər oyunumuzda stadionda olacaq. Möhtəşəm gecə keçirmək, futbolun sehrindən həzz almaq, ailəm və dostlarım qarşısında canlı oynamaq üçün lazım olan hər şey var. Belə hal tez-tez yaşanmır. Mərhələni adlayacağımıza inanırıq. Kim olmağımızdan və hansı turnirdə iştirak etməyimizdən asılı olmayaraq, özümüzə və dəyərimizə güvənirik. Hər şeyini ortaya qoyacaq və hər iki matçda qələbə üçün mübarizə aparacaq “Qarabağ”a söz verə bilərik. Rəqibi təhlil edir, haqqında məlumat öyrənirik. Onların üstün cəhətlərindən xəbərdarıq”.


Andrade qış fasiləsində “Qalatasaray”, “Şanxay Şenxua” və Rusiya klublarından təkliflər aldığını da deyib:

“Bəli, belə variantlar var idi. “Qarabağ”ın məni saxlamaq üçün mübarizə aparması özümü burada vacib hiss etməyimə səbəb oldu. Danışıqlar uğurlu nəticələnmədi və burda qaldım. "Transfer nağılı” başa çatandan sonra müqavilə müddətimi 2027-ci ilə qədər yenilədim”.

“Braqa”nın futbolçusu Rikardo Ortanın oyunla bağlı düşüncələri də diqqət çəkir:

“Qarabağ” fərqli komandadı. Hər oyunun öz tarixçəsi var. İndi üzərimizə düşən “Sportinq”lə matçdakı səhvlərdən nəticə çıxarmaq və “Qarabağ”la görüşə köklənməkdi. Rəqibi təhlil edirik. Cavab qarşılaşmasına sərfəli nəticə ilə yollanmaq istəyirik. Əmin olun ki, ab-hava qeyri-adi olacaq”.

Maraq üçün qeyd edək ki, məşhur “Transfermarkt” portalında Ortanın qiyməti 20 milyon avro göstərilir, bu, “Qarabağ”ın ümumi dəyərindən (14 milyon 730 min avro) çoxdu. Bundan başqa, “A Bola” nəşri “Braqa”nın psixoloji bərpasının vacibliyindən yazıb:

“Braqa” ölkə çempionatının son turunda “Sportinq”ə məğlubiyyətdən (0:5) sonra "Qarabağ"la Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu üçün bu fəlakəti arxada qoymalıdı. Görünür, baş məşqçi və komanda diqqətləri Avropa Liqasına yönəltməkdə maraqlıdı. “Qarabağ”la oyuna qədər “Braqa”nın bütün futbolçularının psixoloji durumu düzəlməlidi”.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

12-01-2024, 13:0

"Braqa"nın futbolçusundan iddialı açıqlama

Dünya futbolu

20-01-2024, 11:0

"Braqa" futbolçusu ilə yollarını ayırdı

Dünya futbolu

1-02-2024, 11:0

"Qarabağ"ın rəqibindən heç-heçə

Avropa Liqası

3-02-2024, 15:0

"Qarabağ"ın "Braqa" ilə oyunlar üçün iştirak ərizəsi - SİYAHI

Manşet / Avropa Liqası

14-02-2024, 23:0

"Bu, bizim ən təhlükəli tərəflərimizdən biridi"

Aktual
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
Son xəbərlər
  • Bu gün, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Bu gün, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Bu gün, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Bu gün, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Bu gün, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Bu gün, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Bu gün, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Bu gün, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Bu gün, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Bu gün, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Bu gün, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Bu gün, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Bu gün, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Bu gün, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
  • Dünən, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Dünən, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
  • Dünən, 17:57
    Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
  • Dünən, 17:30
    Okan Buruk Terimin bu rekordunu yeniləmək üzrədi
  • Dünən, 16:58
    Millimizin üzvü dünya reytinqində liderdi
  • Dünən, 16:31
    "Araz-Naxçıvan"da braziliyalı qapıçı
  • Dünən, 16:17
    "Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm" - Elvin Cəfərquliyev
  • Dünən, 16:00
    Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
  • Dünən, 15:30
    Zubirin qolu yubileylə əlamətdar oldu
  • Dünən, 15:14
    “Zirə” gürcülərin ümidlərini Sumqayıtda “dəfn etdi” - REPORTAJ
  • Dünən, 14:43
    "Qarabağ"ın potensial rəqibləri üz-üzə gəldi
  • Dünən, 14:11
    “Bozqurd” yatmaz!
  • Dünən, 13:59
    "Şəfa" fransalı futbolçu transfer etdi
  • Dünən, 13:47
    Vüsal Konfrans Liqasında uduzdu
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 134
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə