• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"İstəyərdik ki, onu heyətimizdə görək"

Ölkə kuboku / Manşet

8-02-2024, 21:0

Ölkə kubokunun 1/4 final mərhələsində "Zirə" "Səbail"i məğlub etdi - 3:0.

"Football-plus.az" xəbər verir ki, matçdan sonra qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Futbolçularıma təşəkkür edirəm. İlk növbədə Qismətə təşəkkür etmək istəyirəm, ağır günlərində komandanın yanında oldu, oynadı. Bu, komanda üçün əlavə motivasiyadı. Çox ağır oyun keçdi. Hesaba baxmayaraq, rəqib bizi 90 dəqiqə təzyiq altında saxladı. Böyük əzmkarlıq göstərib, vacib qələbə qazandıq".

- Qisməti oynatmamağı düşünürdüz?
- Planda yox idi ki, onu oynadaq. Sadəcə ikinci hissənin 60-cı dəqiqəsindən sonra rəqib o cinahda çox aktiv idi. Özü də oynamağa razılıq verdi. Oynadı. Ondan sonra o cinahdakı problemimiz həll edildi.

- Davit Volkov "Zirə"yə gəlir?
- İki klub arasında danışıq olub. Biz qarşıtərəfdən cavab gözləyirik. Bu gün 12-ə qədər vaxtımız var. İstəyərdik ki, onu heyətimizdə görək.

- İlk oyunda da qələbə qazanmışdız. Həmin görüşlə bugünkü matç arasında hansı fərq oldu?
- "Səbail" elə rəqibdi ki, "Qarabağ"la matçda 5-6 qol epizodu yaradır və qol vurur. O riski gözə alıb, düşündük ki, hücumu biz edək. Qol buraxsaq da, qollar vuraq. "Səbail"lə matçda tam müdafiədən oyun qurmaq mənasızdı. Bu gün çalışırdıq ki, çox qol vuraq.

- Rəhim Sadıxovun qeydə alınmayan qol epizodu haqda nə düşünürsüz?
- Diqqətlə baxmamışam. Epizoda diqqətlə baxdıqdan sonra fikir bildirirəm. Dinamikada ofsayda oxşatmadım. 6 dəqiqə pauza oldu. Oyun nəzarətimizdə idi. Rəqib qol buraxıb, özünə gəlir. Qol sayılmadı, rəqibə motivasiyadı. Bu qərarlar tez verilməlidi. Yəqin ki, çətin epizod idi.

- Ceyhun Nuriyev və Rafael Utziq istədiyiniz səviyyəyə çatıb?
- Hər ikisi istədiyimiz səviyyədədi. Hücumumuzu gücləndiriblər.

- Kubokda iki oyunda 5 qol vurduz, çempionatda isə qol vurmaqda çətinlik çəkirsiz...
- Bu mövsüm ilk oyunumuzdu ki, üç top fərqi ilə qalib gəldik. Bundan da qabaq oyunlar olub ki, epizodlarımız çox olub. Futbolçularıma dedim ki, bu gün son vuruşlarda soyuqqanlı idik deyə, fərqli nəticə oldu. Son vuruşları, ötürmələri daha dəqiq etdik deyə, inamlı qələbə qazandıq.

- Razısız ki, "Zirə" öz oyununu oynayanda hakimlər də aciz olur...
- Bu oyunlar hamının yaddaşında bizimki kimi qalmır. Bir çox oyunları yaxşı keçirsək də, istədiyimizi əldə etməmişik. Oyun olsa, nəticə gələcək. Təsadüf qələbələrin gələcəyi olmur. Daha inamlı olduqda, daha yaxşı oynadıqda, hakim səhvi də gözə görünmür. Ona da güc lazımdı ki, belə məqamlarda rəqiblərdən ekstra güclü olasan. Biz o gücdə deyilik. 6-7 komanda eyni gücdədi.

- Sizcə, avrokuboklara kubokdan, yoxsa çempionatdan daha rahat vəsiqə qazana bilərsiz?
- Görünən odur ki, hər iki tərəfdə güclü rəqabət gedir. Yarmfinala çıxdıq, işimiz daha çətindi. Geniş heyətimiz olsa, daha yaxşıdı. İtkilərdən əziyyət çəkirik. 5-6 oyunçudan məhrumuq. Vladislav Kulaç dünən məşqdə zədələndi. Üç il yarımdı komandadayam, amma nominal hücumçu oynada bilmirəm.

- Kuboku qazanmaq şanslarınızı necə dəyərləndirirsiz?
- Qarşıdakı oyunlara köklənəcəyik. "Araz-Naxçıvan" və "Qəbələ" ilə oyunlarımız gərgin keçib. Hansı yarımfinala çıxsa, hər iki komanda iddialı olacaq. Mərhələnin həlli rəqib meydançasında olacaq. Hazırda məcburuq ki, kuboku kənara buraxıb "Sumqayıt" və "Neftçi" ilə oyunları düşünək.

- Legioner limiti ilə bağlı fikriniz necədi? Hazırkı limit klubların çıxışına nə dərəcədə təsir edir?
- 7+4 yaxşı effekt verdi. Bütün klubların keyfiyyəti qalxdı. Əvvəl məcburiyyətdən 19-20 yaşlı oyunçu oynadırdıq. O aradan qalxdıqdan sonra komandanın keyfiyyəti qalxdı. İndi heç bir komandanı digərindən ayırmaq olmur. Bir "Qarabağ" və "Neftçi"ni çıxmaq şərtilə, belədi. Legionerlərimizin sayı artdı, milli üzvləri də oynayır. 8+3 limitini təhlil etmək lazımdı. Yerli futbolçu yoxdu, qıtlıq çəkirik. Üç oyunçumuz var, onu da icarəyə götürmüşük. Təhlil etmək lazımdı ki, nə qədər oyunçumuz var. 8+3 limitinin heç bir zərəri olmayacaq. Çox ciddi şəkildə yerli qıtlığı var. Heyəti gücləndirmək üçün əvəzedici heyətdən və ya birinci liqadan oyunçu tapa bilmirsən. 4-5 il əvvəl demişdim ki, 3-4 ildən sonra yerli futbolçularla bağlı ciddi problem yaşayacağıq. Bir neçə oyunçu milliləşdi. Fikir verin, klublarımız nə qədər milliləşmiş oyunçulardan istifadə edir.

- Keçən il "Şamaxı" göstərdi ki, ən aşağısı 5-6 yerli oyunçu çıxır. Baş məşqçilərimiz hazır məhsul istəyir...
- Yetərincə yerli oyunçulara şans vermişəm. Azərbaycanda yetişən yerlilərdə rolumuz var. Amma bu gün gənclərə şans versəm, "Neftçi", "Sabah", "Qarabağ"la rəqabət aparmalısan. Tələblər belə olanda, sənin də hədəflərin futbolçu yetişdirmək yox, hazır oyunçu götürüb nəticə verməkdi. Məqsədimiz ortalarda qalmaq olarsa, razıyam. Sizin də məndən gözləntiniz o olsa ki, Rəşad yerli futbolçu qazandırsın, hədəfimi o yöndə qoyaram. İstəyirəm ki, nəticə olsun. Onda da hazır futbolçulara üstünlük verirsən. İsmayıl, Rüstəm "Qarabağ"da oynamır. Fuad Bayramov keçən il ilk dəfə yüksək liqada idi. İlkin Muradov, Hacıağa Hacılının da adını çəkərəm.Ceyhun Nuriyev hazır məhsul idi. Legioner tapmaq çətindir, qalmışdı ki, yerli oyunçu.

- Cəlal Hüseynova güvənmisiz. Əvəzedici heyətdə onun səviyyəsində oyunçular var?
- Perspektivli oyunçular var, amma Cəlal səviyyəsində yoxdu.

- Futbolçularınızın tez-tez zədələnməsi nə ilə bağlıdı?
- Eyni sözü bu dəqiqə danışdım. Cibrilla İssa və Vladislav Kulaç bərpa məşqində zədələnib. Xüsusi yükləmə verməmişik. Rüstəm oyun zamanı zədələndi. O da 4-5 gün dincəldi, meydana 10 dəqiqə idi çıxmışdı, zədələndi. Paxtmanın sıradan bir epizodda çarpaz bağları qopdu. Çantakiası qoruduq, 15-20 dəqiqə oynamasını istədik, zədələndi. Məşqçilərlə danışırıq ki, səbəbi nədi. Ya düzgün hazırlaya bilmirik ki, futbolçular zədələnir, ya da yorğunluq olur.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

28-11-2022, 21:0

"Qazanılan hər bir xal çox dəyərlidi" - Rəşad Sadıqov

Premyer-liqa / Manşet

8-05-2023, 22:0

"Biz niyə kuboka köklənməliyik?"

Premyer-liqa / Manşet

6-10-2023, 22:0

"Yüksək yerlər uğrunda mübarizə aparmağa çalışacağıq"

Ölkə kuboku / Manşet

8-12-2022, 20:0

Rəşad Sadıqov: “Meydanda amansız mübarizə gedirdi”

Premyer-liqa / Manşet

5-02-2023, 18:0

Elmar Baxşıyev: "Ağır olacağını təxmin edirdik"

Ölkə kuboku / Manşet

19-12-2023, 19:0

"Futbolçularıma göstərdikləri oyuna görə minnətdarlığımı bildirirəm"

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
  • 26-07-2026, 21:0
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə