Hakim və hakim köməkçiləri üçün yenilənmə seminarı keçirilib

6.02.2024 23:21 165
Ölkə futbolu
Bu gün Bakı Olimpiya Stadionunda yerləşən AFFA VAR mərkəzində VAR sertifikatı olan hakim və hakim köməkçiləri üçün yenilənmə seminarı keçirilib.
"Football-plus.az" xəbər verir ki, seminarda Misli premyer-liqasının qış fasiləsinədək keçirilmiş oyunlarında baş vermiş VAR müdaxilələrinin təkrar və təhlili, oyundankənar vəziyyət epizodları üzərində məşğələlər keçirilib.