• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Ümumi danışsaq, VAR sistemi bir çox hallarda özünü doğruldur"

Manşet / Müsahibə

27-01-2024, 10:0

Misli premyer-liqasının 20-ci turunun "Turan Tovuz" - "Səbail"(3:1) matçını stadiondan canlı izləyən AFFA-nın baş katibi Sərxan Hacıyev matçdan sonra jurnalistlərə müsahibə verib.

"Football-plus.az" həmin müsahibəni təqdim edir:

- "Turan Tovuz" - "Səbail" matçına gəlməyinizin xüsusi səbəbi var?
- Xüsusi səbəb yoxdu. Bu mövsüm ikinci dəfədi ki, "Turan Tovuz"un oyununa gəlirik. Bu matç turun əsas oyunlarından biri idi. Qərara gəldik ki, Tovuza səfər edək.

- "Turan Tovuz" bu mövsüm hakimlikdən narazıdı. Oyundan əvvəl klub rəhbərliyi ilə bu mövzuda söhbətiniz olub?
- Hər zaman oyunlarla bağlı müzakirələr aparılır. "Turan Tovuz"un "Kəpəz"lə matçından sonra hakimlik müzakirə olunmuşdu. Əlbəttə ki, klub rəhbərliyi ilə də danışırıq. Həmin matçdan sonra Ehtiram Quliyevlə müzakirəmiz olmuşdu. Bu gün də söhbət etdik. Hakim səhvləri bizi məyus edir. Çalışmalıyıq ki, gələcəkdə belə halların qarşısı alınsın. Aidiyyəti qurumlar bu yöndə iş görürlər.

- Bu mövsüm ümumi olaraq hakimlikdən narazılıq çoxdu. Siz özünüz razısız?
- Ümumi danışsaq, VAR sistemi bir çox hallarda özünü doğruldur. Lakin bəzi hallarda qərarlar düzgün verilmir. Əlbəttə ki, bu, bizi məyus edir. Aidiyyəti komitə ilə bu yöndə işlər aparırıq ki, gələcəkdə səhvlərin sayı az olsun.

- Gəncə Futbol Akademiyasının açılışı gözlənilirdi. Lakin son anda səfər təxirə salındı. Bu məsələ nə yerdədi?
- Məlum olduğu kimi AFFA İcraiyyə Komitəsinin baza ilə tanışlığı gözlənilirdi. Həmçinin Gəncədə İcraiyyə Komitəsinin iclası planlaşdırılırdı. Məlum olan səbəblə bağlı səfər təxirə salındı. Belə nəzərdə tutulub ki, fevral ayının ilk günlərində səfər baş tutsun. Lakin hazırda səfərin dəqiq tarixi bəlli deyil.

- Milli komandanın yeni baş məşqçisi postuna namizədlər kimlərdi? O siyahıda yerli mütəxəssislər var?
- AFFA tərəfindən rəsmi olaraq heç bir mütəxəssisə təklif göndərilməyib. Bəzi məşqçilər özləri açıqlama veriblər ki, mənimlə danışıblar. Rəsmi olaraq bildirmək istəyirəm ki, nə yerli, nə də xarici mütəxəssislə danışıq aparılmayıb. Bununla bağlı İşçi Qrupu mövcuddu, tərkibi bəllidi. Hazırda İşçi Qrupunda konkret namizədlər səsləndirilməyib. Ümumi olaraq baş məşqçinin hansı kriteriyalar əsasında əsasında çoxseçiləcəyi ilə bağlı müzakirələr gedir.

- İşçi Qrupuna təqdimat olub?
- Xeyr, konkret ad müzakirə olunmur.

- İşçi Qrupunun tərkibinin dəyişməsi gündəmdədi?
- Hazırda yoxdu.

- Danışılmış oyunlarla bağlı müxtəlif qrupların adı çəkilir. Siz də açıqlama vermişdiz ki, bununla bağlı araşdırma gedir. Araşdırmalar ictimaiyyətə açıqlanmadı. Nəticəsi necə oldu?
- Təsdiqləyə bilərəm ki, dekabr ayında bu məsələ ilə bağlı açıqlama vermişdim. Hətta onu təsdiq edirəm ki, müəyyən açıq araşdırmalar var. Sırf bu mövsümə aid məsələlərdi. Həmin araşdırmalar tək AFFA tərəfindən aparılmır. Aidiyyəti qurumlarla birlikdə aparılır. Hazırda məqsədə uyğun olmadığı üçün açıqlamırıq. Gələcəkdə açıqlanacaq.

- Premyer-liqa klubları da var?
- Xeyr. Aşağı liqa klubları ilə bağlıdı.

- AFFA-nın prezident seçkiləri nə vaxt baş tutacaq?
- Konfransın dəqiq tarixi İcraiyyə Komitəsinin növbəti iclasında təyin olunacaq. İK-nin Gəncədə keçirilməli olan iclası növbəti günlərdə keçiriləcək. Həmin iclasda konfransın tarixi bilinəcək.

- Namizədlər var?
- Xeyr, yoxdu.

- Aşağı yaş qrupları millilərinin baş məşqçi postları boşdu. Həmin postlara namizədlər var?
- İcraiyyə Komitəsinin iclası keçirilmədiyinə görə müvəqqəti olaraq daxili əmrlə müəyyən yaş qruplarında eyni tərkibdə məşqçilərin müqaviləsi iki aylıq uzadılsın. Bu məsələyə növbəti iclasda yenidən baxılacaq.

- Son günlər KİV-də növbəti mövsüm premyer-liqada klubların sayının artacağı ilə bağlı söhbətlər dolaşılır..
- Artması hazırda müzakirə mövzusu deyil. İdman prinsipləri qorunacaq. Sonuncu yeri tutan çempionatı tərk edəcək. Bu məsələ İcraiyyə Komitəsinin səlahiyyətindədi.

- Legioner limiti ilə bağlı suallar var...
- Hazırda bununla bağlı konkret olaraq təklif gəlməyib. Lakin bu elə məsələdir ki, öncə Klublar Komitəsində müzakirə olunmalıdır.

- Növbəti mövsümdə klublara ayrılan maliyyə vəsaitində artım olacaq?
- Xeyr.

- Vergi Məcəlləsində edilən dəyişiklik, vergilərin 5 faizdən 20-dək artırılması klubların büdcəsinə çox pis təsir edir. Bu yöndə hansısa dotasiya olunacaq?
- Bəli, verginin artması klublara təsir edir. Ancaq bu AFFA-nın səlahiyyətində olan bir şey deyil.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

7-08-2022, 00:0

"Turan Tovuz" premyer-liqada ilk matçına çıxır - YENİLƏNİR

Premyer-liqa

31-03-2023, 11:0

“Turan Tovuz” – “Sumqayıt” oyununa VAR təyinatları

Premyer-liqa / Manşet

9-09-2022, 18:0

"Turan Tovuz" "Kəpəz"i məğlub etdi - YENİLƏNİB

Premyer-liqa

14-08-2022, 00:0

"Turan Tovuz" ilk qələbəsini belə qazandı - VİDEO

Ölkə futbolu

8-02-2023, 15:0

"Turan Tovuz"dan Türkiyəyə dəstək

Premyer-liqa

22-04-2023, 18:0

"Turan Tovuz"un daha bir qapıçısı zədələndi

Aktual
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Son xəbərlər
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Dünən, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • 5-06-2026, 23:0
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • 5-06-2026, 23:0
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • 5-06-2026, 23:0
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • 5-06-2026, 22:0
    Qurban Qurbanov Ağdama səfər etdi
  • 5-06-2026, 21:0
    "Şamaxı"da növbəti ayrılıq
  • 5-06-2026, 21:0
    Sadıq Sadıqov dünyasını dəyişdi
Daha çox
Oxunub: 695
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 238
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə