Taekvondoçumuz dünya ikincisi olub

29.08.2023 23:58 171
İdman
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə taekvondoçular arasında dünya birinciliyinə start verilib. Yarışın ikinci günü Azərbaycan milli komandası medalla başa vurub.

"Football-plus.az" xəbər verir ki, yığmamızın heyətində Şəms Əlizadə (160 sm) fəxri kürsüyə yüksəlib. Taekvondoçumuz mundiala 1/16 finaldan başlayıb. O, Misir, Serbiya və İngiltərə təmsilçilərinə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Əlizadə finala gedən yolda Cənubi Koreya taekvondoçusunu məğlub edib. Şəms finalda Qazaxıstan idmançısı ilə üz-üzə gəlib. Gərgin keçən döyüşdə rəqib qələbə qazandığından yığma üzvü gümüş medala sahib olub.

Qeyd edək ki, dünya birinciliyi sentyabrın 1-dək davam edəcək.