• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bizim futbolçuların “Ağ şəhəri” - KÖŞƏ

Ölkə futbolu / Yazarlar

18-01-2024, 18:0

Vüsal İsgəndərlini Avropanın qərbinə doğru göndərmişdik.

Düşünürdük ki, “köhnə qitə”nin aparıcı klublarının diqqətini Albaniyadan çəkmək daha asan olar, nəinki Azərbaycandan. “Eqnatiya”da həmyerlimizin oyunu heç də pis alınmırdı. Bir də gördük ki, Vüsal üzünü qərbi Avropanın yox, Azərbaycanın sərhədlərinə doğru çevirib. Artıq İsgəndərli “Boluspor”un futbolçusudu. Hətta yeni komandasının heyətində debüt etməyə də macal tapıb. Vüsalın 82 dəqiqə meydanda olduğu görüşdə “Boluspor” “Adanaspor”la 1:1 hesablı bərabərliyə razılaşıb. 23 xalla 10-cu pillədə yer alan Bolu təmsilçisinin bundan sonra böyük irəliləyişə nail olması, superliqaya vəsiqə qazanmaq şansı möcüzəyə bərabərdi. Lap bu reallaşsa belə, elitada mübarizə aparacaq komandanda azərbaycanlı futbolçuya yer tapılıb-tapılmayacağı mübahisəli məsələdi.

Görünən odu ki, Vüsal özü də taleyi ilə barışıb, bundan sonra hansısa böyük hədəflər uğrunda yox, şəxsi büdcəsini mümkün qədər çox artırmaq və evə yaxın olmaq haqda düşünür. Sözsüz, Albaniyadan Azərbaycana gəlib-getmək Türkiyədən Bakıya səfər etmək qədər asan ola bilməz. Türkiyədə yaşayıb, futbol oynayan futbolçunun bir ayağı elə Bakıda sayılmalıdı. Bütün bunları nəzərə alan Vüsal da üzünü Avropanın qərbinə yox, Türkiyəyə doğru çevirdi, canına çox da əziyyət vermək istəmədi. Hazırda davam edən mövsümün qalan hissəsini bu cür yola verəcək. Ondan sonrası da Allah kərimdi. Həmişəki ssenarini izləyib, Vüsalın Azərbaycan çempionatında oynayan klubların birinin rəhbəri ilə əl sıxışıb, əlində forma tutan şəklini görəcəyik. Vəssalam, bununla da daha bir azərbaycanlı futbolçunun legioner həyatı yaşaması ilə bağlı arzularımız yarımçıq qalacaq. Necə ki, indiyə qədər bu yolun yolçusu olan çox futbolçumuzu görmüşük. İllərdi desək də, yazsaq da, dəyişən nəsə olmur. Bakı küləyi, o küləyin özüylə daşıdığı kabab qoxusu bizimkilərin uzaq sahillərdə uzun müddət yubanmasına imkan vermir.

Vüsalı, yaxud da başqalarını qınamağa adamın çox da dili gəlmir. Düşünürük ki, bizimkilərin psixologiyası, dünyaya və futbola baxışları belədi. Amma biz Ramil Şeydayevlə Emin Mahmudova daha çox ümid bəsləyirdik. Məşhur bir məsəldə deyildiyi kimi, onlar da Azərbaycana gələndən sonra dönüb bizimkilər kimi oldular. Necə deyərlər, otun kökü özünü göstərdi. Emin Mahmudovla bağlı məsələ hamımıza aydındı. Ötən mövsümü yüksək səviyyədə keçirən Mahmudov yayda qiymətini bir qədər artırıb, “Neftçi”ylə yeni müqaviləyə imza atdı. Sanki bununla da bütün arzular, iddialar bitdi. Ötən il inamlı görünən, bütün komandanı arxasınca aparan, liderlik qabiliyyətini göstərən Eminin yerində yeni mövsümdən susqun, gününü yola verən, meydanda zaman keçirən bir obraz yaranıb. Təsadüfi deyil ki, “Neftçi”nin oyunlarının birində fanat qruplardan birinin üzvləri onun liderlik qabiliyyətini şübhə altına salan pankart da qaldırmışdılar. Hiss olunurdu ki, Mahmudovdan rumıniyalı çalışdırıcı Adrian Mutu da narazıdı. Xüsusilə də Eminin cəza səbəbindən oynamadığı “Səbail”lə qarşılaşmadan sonra Mutunun Eminlə münasibətində dərin çatlar yaranmışdı. Emin sosial şəbəkə hesablarında övladlarının şəklini paylaşır, bununla da onun üçün nəyin vacib olduğuna şüuraltı mesajlar verirdi. “Neftçi”nin Respublika stadionunda “Qarabağ”a məğlub olduğu oyunun gedişində Emini əvəzləyən Mutu da bu hərəkətiylə kapitana “cavab atəşi açırdı”. Yəni ki, ay azarkeşlər, buyurun, baxın, kapitan zəif oynayır, komandaya kömək edə bilmir. Yerində saymağın, inkişaf can atmamağın “mükafatı”, yəqin ki, elə bu cür də olur.
Ramil Şeydayevlə bağlı vəziyyət də elə adını çəkdiyim futbolçuların başına gələnlərlə oxşardı. “Zenit”in yetirməsindən zamanında çox şey gözləyirdik. Təəssüf ki, Ramil bu arzuların heç birini doğrultmadı. Taylanda yollanmaqla bizi də, azarkeşləri də məyus etdi. Görünən odu ki, Şeydayevin yaxşı çıxış etməsi, qolları sıralaması üçün onun başının üstündə Qurban Qurbanov kimi çalışdırıcı olmalıdı. Tayların təklif etdiyi milyonlardan sonra gözü qamaşan Ramil birnəfəsə bu təklifi qəbul edib, ucqar Asiya ölkəsinə yollanmışdı. Həmin ərəfədə verdiyi müsahibələrin birində fəxrlə vurğulayırdı ki, yaşayacağı şəhərdə yeni məscid tapıb, bununla da əsas tapşırığın yarısının öhdəsindən gəlib. Deyəsən, Taylanddakı məscid Ramilin ürəyincə olmayıb. Son günlər gündəmin əsas xəbərində qeyd olunur ki, Şeydayev “Buriram Yunayted”i “Kocaelispor”a dəyişir. Türkiyə klubunun prezidenti müqavilənin müddətini də, Ramilin onlara nə vaxt qoşulacağını da dəqiqliyi ilə söyləyir. Şeydayev üzünü Avropaya yox, Bakıya doğru çevirənlərdəndi. Daha dəqiqini desək, Ramilin istiqaməti bu yaxınlarda Bakıdakı “Ağ şəhər”dən aldığı lüks mənzilə tərəfdi.

Əlimizdən nə gəlir ki? Bizə qalan onlara xoş istirahət arzulamaqdı. Qoy keflərini çəksinlər...

AMAL

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-01-2024, 21:0

Vüsal İsgəndərli "Boluspor"da debüt etdi

Dünya futbolu

3-01-2024, 22:0

Avropadan Türkiyənin aşağı dəstəsinə...

Dünya futbolu

19-09-2023, 10:0

Vüsal İsgəndərli Albaniyada "fərqləndi"

Ölkə futbolu / Manşet

6-01-2024, 19:0

"Boluspor" çempionluğa iddialı olsaydı, heç Vüsalla maraqlanmazdı" - geri addım, yoxsa...

Dünya futbolu

17-01-2024, 15:0

Vüsalın komandası Türkiyə Kuboku ilə vidalaşdı

Aktual
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
“Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
“CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
"Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
Son xəbərlər
  • Bu gün, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Bu gün, 20:09
    Marseldən Milana qayıdacaq
  • Bu gün, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Bu gün, 19:08
    La Liqada yeni rekord
  • Bu gün, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Bu gün, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Bu gün, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Bu gün, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Bu gün, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Bu gün, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Bu gün, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Bu gün, 15:49
    “Barselona”dan daha bir rekord
  • Bu gün, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Bu gün, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Bu gün, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Bu gün, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Bu gün, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Bu gün, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Bu gün, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Bu gün, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Bu gün, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Bu gün, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Bu gün, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • Dünən, 23:59
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • Dünən, 23:33
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • Dünən, 22:20
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • Dünən, 21:42
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
  • Dünən, 21:06
    “Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
  • Dünən, 20:41
    "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
  • Dünən, 19:57
    Region Liqasının qalibi bəlli oldu
  • Dünən, 19:11
    Jali Muaddib "Qarabağ"da - rəsmi
  • Dünən, 18:25
    Aleksey İsayev üçün əlamətdar oyun
  • Dünən, 17:54
    Millimiz Avropa çempionatında ikinci yeri tutdu
  • Dünən, 17:23
    Ramalinqomdan yubiley qolu
  • Dünən, 16:52
    Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 231
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə