• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ayaz Quliyev “Neftçi”yə keçidimdə böyük rol oynadı” - Mirzov karyera sirlərini açdı

Manşet / Müsahibə

23-12-2023, 09:0

Bu ilin yayında “Ximki”ni tərk edən Reziuan Mirzov ardından “Neftçi”yə keçdi.

"Football-plus.az" xəbər verir ki, karyerasında ilk dəfə legioner həyatı yaşayan rusiyalı yarımmüdafiəçi hələ ki “ağ-qaralar”ın heyətində keçirdiyi 10 oyunda yalnız bir məhsuldar ötürmə ilə yadda qalıb. Reziun “Sport-Ekspress”ə verdiyi geniş müsahibədə “Neftçi” və Azərbaycan ilə bağlı bəzi sualları da cavablayıb.

- Üç aydı Azərbaycandasız. Yeni komandaya və ölkəyə uyğunlaşma necə gedir?
- Uyğunlaşma asandı, ölkə mentallıq baxımından mənə yaxındı. Qafqazda doğulmuşam və böyümüşəm, bu üzdən köç zamanı problem yaranmadı. Yeni oyundaşlarım məni yaxşı qəbul etdi, artıq bir neçə görməli yerə baş çəkmişəm.

- Bakı Moskvadan nə ilə fərqlənir?
- Bakı yaxşı və çox gözəl şəhərdi. Mənim üçün bu, hətta bir qədər gözlənilməz oldu. Yeni şəhəri bəyəndim, İçərişəhəri də görmüşəm. Bakı Moskvadan havasına görə fərqlənir, burda indi Rusiya paytaxtında olan şaxta yoxdu. Son vaxtlar hava bir az soyuyub, ancaq yenə də burda özümü yaxşı hiss edirəm.

- Niyə “Neftçi”ni seçdiz?
- “Ximki” ilə müqavilə müddəti bitəndə qarşıya məqsəd qoydum ki, Avropaya yollanmağa çalışım. Gücümü ölkə xaricində sınamaq istəyirdim. Yayda Yunanıstan, Kipr və Türkiyə klubları ilə təmasda oldum. Məişət planında Türkiyə variantı yaxın idi. “Neftçi” variantı “transfer pəncərəsi”nin son anında ortaya çıxdı.

- Türkiyə variantı niyə alınmadı?
- Bir neçə dəfə əşyalarımı topladım, praktiki cəhətdən ora yollanırdım. Düzdü, klub rəhbərləri son nəticədə danışıqlar zamanı verdikləri vədi tutmadılar. Ümumiyyətlə, Türkiyə klubuna keçməyi planlaşdırırdım. Bu yay mənlə əlaqə qurdular, zəng etdilər, əşyaları toplamağı tapşırdılar. Ancaq nəticədə Azərbaycana gəldim.

- Rusiyadan olan variantları gözdən keçirdizmi?
- Gözdən keçirdim, ancaq “Ximki”dəki ağır mövsümdən sonra yalnız aşağı “8-lik” komandalarından təkliflər var idi. “Ximki”dən sonra bir qədər sərbəstlik istəyirdim. Elitada qalmaq uğrunda mübarizə adamı gərginlikdə saxlayır. Onda xarici kluba keçməyə qərar verdim.

- İş yalnız ondadı ki, elitada qalmaq uğrunda mübarizə aparmaqdan cana doyduz?
- Deməzdim ki, elitada qalmaq uğrunda mübarizədən bezdim, sadəcə, şəraiti dəyişmək istəyidim. “Ximki”dəki son mövsüm ağır oldu. Hər kəs orda hansı çətinliklərin olduğunu bilir. Azad agent oldum, mənim 30 yaşım var – indi də yox, bəs nə vaxt özümü yeni ölkədə sınayım? Rusiyada qalsaydım, xarici kluba yolumu birdəfəlik bağlayacaqdım.

- Yeni ölkənin seçimində dini inanc da rol oynadımı?
- Əlbəttə, bu məqam seçimimə təsir etdi. Azərbaycan islam dövlətidi. “Neftçi”dən təklif alanda bir qədər düşündüm və qəbul etdim. Bütün detallarla bağlı çox tez razılığa gəldik. Sentyabrda müqavilə bağlayıb meydana çıxmağı çox istəyirdim. Bir ay işsiz oturmaq ağır idi.

- “Neftçi”dən təklif gələndə kimlə məsləhətləşdiz?
- Ayaz Quliyevlə danışdım, o, yayda “Sabah”a keçib. Quliyev ora gedəndən, onun ölkə və çempionat haqda danışdıqlarından sonra Azərbaycan çempionatında oynamaq ideyası məni cəlb etdi. Demək olar ki, Ayaz “Neftçi”yə keçidimdə böyük rol oynadı.

- Azərbaycan çempionatı Rusiya liqasından nə ilə fərqlənir?
- Mənə belə gəlirdi ki, burda üç güclü komanda var: “Sabah”, “Qarabağ” və “Neftçi”. Onlar da avrokubokların təsnifatında oynayırlar. Ancaq bura gələndən və çempionatı görəndən sonra yaxşı mənada təəccübləndim. Liderlərə rəqabət təklif edən 5-6 komanda var. Bir rəqiblə mövsüm ərzində dörd dəfə oynamağımızda problem yoxdu. Həmçinin uzun uçuşların və səfərlərin olmaması da üstünlükdü. Komandaların əksəri Bakıda məskən salıb, səfər oyunlarına isə avtobusla 4 saata çatırıq. İnfrastruktur baxımından hər şey gözəldi.

- Quliyev Azərbaycan vətəndaşlığını qəbul etdi. Belə etmək fikriniz yoxdu?
- Belə fikir olmayıb və yaranmır da. Rusiya yığmasında “tozlanmaq”, bir neçə oyun keçirmək istəyirəm.

- Ancaq Valeri Karpin yığmaya yaşı 30 və daha artıq olan oyunçuları çağırmır.
- Orda ki mənlə yaşıd olan Georgi Cikiya və Daler Kuzyayev var. Dəvət almaq üçün hər şey edəcəyəm. Demirəm ki, oturub Karpindən zəng gözləyirəm. İşləyəcəm və ölkənin əsas komandasında oynamağa hazır olduğumu sübut edəcəm.

- “Spartak”da oyun təcrübəniz də var. Bu klubdakı təcrübənizi necə təsvir edərdiz?
- Bu da karyeramın ağır dönəmidi. Kluba gələndə bütün mövsümöncəsi hazırlıq dövrünü buraxdım, çempionatın gedişində gəldim, oyunlara hazır deyildim. Maksimumu göstərə bilmədim, ardından ayağım qırıldı. Məşqlərə qayıdanda “Spartak”da baş məşqçi dəyişdi – Kononov getdi, Tedesko gəldi. Domeniko tam başqa taktika seçmişdi, onun sxemi cinah yarımmüdafiəçilərinə əsaslanmırdı, mənim mövqeyim yox idi. Bütüm bu problemlər üst-üstə yığıldı və “Spartak”da açılmağıma imkan vermədi. Görünür, Uca Allah belə əmr edib.

- Nə vaxtsa “Spartak”a qayıdacağınıza inanırsızmı?
- İndi “Neftçi”də futboldan həzz alıram. Anlayıram ki, karyeramın sonuna 4-5 il qalıb, məmnunluq duymaq istəyirəm. Səndə heç nə alınmayanda, komanda çox uduzanda – “Ximki”də son mövsümdə olduğu kimi – futboldan yorulursan, ləzzət almırsan. “Neftçi”də hər şey fərqlidi: oynayıram, məşq edirəm, ən əsası oyundan həzz alıram. Karyeramı bitirənə qədər futboldan məhz bunu istəyirəm.

Mirzovun Rusiya karyerası
klub il oyun qol
Torpedo 2014-15 26 1
Terek 2015-17 13 0
Tosno 2017-18 20 2
Rostov 2018 3 0
Arsenal 2018-19 23 6
Spartak 2019-20, 2021 27 1
Ximki 2020-21, 2021-23 60 13
cəmi 172 23


ORXAN

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

7-09-2023, 10:0

Reziuan Mirzov niyə "Neftçi"ylə razılaşıb? - AÇIQLAMA

Ölkə futbolu

6-09-2023, 11:0

“Neftçi”yə gəlmək mənim üçün prioritet idi” - Reziuan Mirzov

Premyer-liqa / Manşet

5-12-2022, 12:0

Ayaz Quliyevlə bağlı "Neftçi"ni sevindirəcək XƏBƏR

Ölkə futbolu

18-11-2023, 23:0

"Neftçi" "Zenit"ə qalib gəldi

Premyer-liqa

6-11-2023, 11:0

“Neftçi”nin iki futbolçusu yubileylə yadda qalıb

Premyer-liqa

21-08-2023, 23:0

Ayaz Quliyev “Sabah” yolunda

Aktual
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
“Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
"Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
“Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
"Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
Son xəbərlər
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Dünən, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Dünən, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Dünən, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
  • Dünən, 18:53
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 18:20
    "Neftçi" 1/4 finalda mübarizəni dayandırdı - Dünya Seriyası
  • Dünən, 17:54
    “Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
  • Dünən, 17:22
    Klopp Türkiyənin uğursuzluğu haqda nələr dedi?
  • Dünən, 16:51
    Okan Buruk: ''Fənərbaxça'' daim bəhanə axtarır''
  • Dünən, 16:30
    “Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
  • Dünən, 16:10
    "Xankəndi" məşqçisiylə vidalaşdı
  • Dünən, 15:59
    "İmişli"də yeni məşqçi təyinatları
  • Dünən, 15:28
    "Qarabağ" Bədavi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:57
    Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdi"
  • Dünən, 14:38
    "Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
  • Dünən, 14:17
    Boksçumuz Dünya kubokunun qalibi oldu
  • Dünən, 13:56
    “Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
  • Dünən, 13:40
    Almaniya uzatma dəqiqələrində sevindi - DÇ günü
  • Dünən, 13:25
    Lyamuşinin yerini Renar tutdu - DÇ-nin istefası
  • Dünən, 12:54
    Kocamanın təyinatı nə üçün baş tutmadı? - ''Fənər''in yeni transferi İstanbula gəldi
  • Dünən, 12:23
    Kanadanın DÇ-də ilk qələbəsi tarixi alındı - ''Qırmızıların'' bolluğu diqqət çəkir
  • Dünən, 11:52
    "Zirə" legioneri ilə vidalaşdı
  • Dünən, 11:31
    "Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
  • Dünən, 11:10
    "Turan Tovuz"da daha iki ayrılıq
  • Dünən, 10:59
    “Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
  • Dünən, 10:30
    ABŞ yığması 1930-cu ili xatırladır
  • Dünən, 10:00
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • 20-06-2026, 23:0
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • 20-06-2026, 23:0
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 229
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 190
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə