• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qazaxda futbol ölməyəcək!

Ölkə futbolu / Manşet

20-12-2023, 18:0

Dekabrın 15-dən Qazaxdayam.

Bu 4 gündə üç oyunu tribunadan izlədim. Premyer-liqa səviyyəsində "Kəpəz" - "Sumqayıt", "Turan Tovuz" - "Zirə" oyunlarına və Region Liqasında "Göyəzən" - "Goranboy Qala" görüşünə şahidlik etdim. Doğma yurdum olduğu üçün demirəm, amma Qazax təmsilçisinin oyunundan ayrıca zövq alıb, nostaljiyə daldım. Futbol oynamağa Qazax rayonundakı 3 saylı məktəbdə başlamışam, 14 yaşımda qısa müddət "Göyəzən"in 14-15 yaşlı qruplarında məşq keçmişəm. İnqilabi düşüncələrdə olmağım və iddialarım olduğuna görə futbola həvəskar kimi yanaşdım. Ona görə də hərbçi karyerasını futbolçu olmaqdan üstün tutdu. Həyatın burulğanları leytenant İbrahimli Abdullanı əvvəlcə qatı millətçi ruhlu üsyankara, ardınca mühafizəkar sosialist yönümlü publisistə, jurnalistə çevirdi. Media sahəsində təcrübəm futbolla məşğul olmağımı çoxdan aşıb, bir neçə aydan sonra hərbiçi karyeramı da arxada qoyacaq.

Sonuncu dəfə Qazax şəhər stadionunda 2004/05 mövsümündə matç izləmişəm. Həmin vaxt "Göyəzən" - Olimpik" qarşılaşması gərgin keçmişdi. Qonaqlar ilk yarıda 2 top vurmaqla üstünlük qazansa da, meydan sahibləri fasilədən sonra hesabı bərabərləşdirmişdi. Təəssüf ki, 2005/06 mövsümündə sonuncu olan Qazax təmsilçisi elitanı tərk etdi. Bir neçə il aşağı liqada çıxış edəndən sonra "Göyəzən" Region Liqasında oynamağa məcbur oldu. Premyer-liqadan Region Liqasına doğru tənəzzül etdikdən sonra sponsor dəstəyi zəiflədi, klubun bazası, stadionu pis günə düşdü. Hazırda Qazax şəhər stadionu nə qədər ayaq üstə dursa da, infrastruktur, tribuna arzulanan səviyyədə deyil. Başda klubun təsisçisi və direktoru Mehdi Salmanov olmaqla məşqçilər korpusu və futbolçular Qazaxda futbolun ölməməsi üçün əlindən gələni edirlər. 2 gün öncə Region Liqasının Şimal-Qərb və Qərb zonası üzrə 2-ci tura start verildi. İlk turda səfərdə "Şəki"ni 0:2 hesabıyla məğlub edən qazaxlılar indi doğma publika qarşısında debütant "Goranboy Qala"nı qəbul edirdi. Çoxları, o cümlədən mən də düşünürdüm ki, "Göyəzən" rahat qələbə qazanacaq. Havanın yağışlı, dumanlı olmasına, tribunalarən yaxşı şəraitdə olmamasına rəğmən, təxminın 100-ə yaxın azarkeş stadiona təşrif buyurmuşdu. Onlar arasında 20-yə yaxın goranboylu fanat da vardı. Stadionun durumu arzulanan səviyyədə olmasa da, rayon sakinlərinin azarkeşlik əhval-ruhiyyəsi yerindəydi. 90 dəqiqə ərzində komandanı irəli, qələbəyə səsləyən kim, yerli söyüşlər, aqrodeyimlər səsləndirən kim, trambonda ifa etməklə dəstək verən kim. Hələ matçı izləməyə 64 yaşlı futbolsevər İsa Namazlı da gəlmişdi. Gənc azarkeşlər onu görən kimi ucadan salamlayıb, ünvanına xoş sözlər və alqışlar səsləndirdi.

Ağsaqqalla söhbətləşdim:

"Göyəzən" 1978-ci ildə yaradılandan bəri elə bir oyun olmayıb ki, onu izləməyim. Bundan sonra da nə qədər ömrüm qalıbsa, ayağım sözümə baxırsa, yenə də tribunada öz yerimi tutacam".


Qısası, bu mənzərəni görməklə 15-16 il əvvəlki vaxtlarıma qayıtdım. Deməli, "Göyəzən"ə lazımi dəstək verilsə, stadionda təmir və yenidənqurma işləri aparılsa, heyəti gücləndirilsə, klub 2-ci, sonra da 1-ci liqaya yüksəlsə, yenidən qazaxlılar futbol məkanına axın edər, tribunaları doldurar və ölkənin çılğln azarkeşləri kimi ad çıxararlar. Soyuq, yağışlı havada keçən qarşılaşmada qonaqlar 3:1 hesabıyla qələbə qazandı. Həvəskar çempionat olsa da, 90 dəqiqə ərzində gərgin, həyəcanlı, maraqlı oyun izlədim. Bütün bunları gördükdən sonra "Göyəzən" camiəsinin qədim yurdda futbolun tarixə qovuşmaması üçün apardığı mübarizə qarşısında, sadəcə, baş əyirəm. Onlar hələ də ümid edir və inanırlar ki, Qazax təmsilçisini yenidən Azərbaycan futbolunda ağır addımlarla irəliləyib tarix yazacaq. Mən də onlar kimi nikbin olub "Göyəzən"dən zəfərlər gözləyirəm.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

18-12-2023, 20:0

“Yeganə istəyim rahat yerimək və "Göyəzən"in oyunlarına stadiondan baxmaqdı”

Aktual
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
Son xəbərlər
  • Bu gün, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Bu gün, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Bu gün, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Bu gün, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
Daha çox
Oxunub: 330
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 109
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə