Ölkə kuboku: 1/8 finalçılardan ikisi məlumdu - YENİLƏNİB

18.12.2023 19:32 226
Ölkə kuboku / Manşet
Bu gün futbol üzrə ölkə kubokunda 1/8 final mərhələsinə start verilib.

"Football-plus.az" xəbər verir ki, ilk olaraq iki matç baş tutub.

Premyer-liqa təmsilçilərindən "Sabah"la "Kəpəz" Tovuz şəhər stadionunda üz-üzə gəlib. Qarşılaşma saat 14.00-da başlayıb. Digər görüşdə isə "Sumqayıt" "Karvan"ı sınağa çəkib. "Kapital Bank Arena"da reallaşan matç saat 17.00-da start götürüb. Oyunlar "CBC Sport"da canlı yayınlanıb.

Ölkə kuboku
1/8 final
"Kəpəz" - "Sabah" 3:4
Adama Niane, 36, 45, 76 - Vinsent Til, 14, Cesse Sekidika, 23, Emmanuel Apeh, 39, Amin Seydiyev, 90

Tovuz şəhər stadionu. Saat 14.00.

"Sumqayıt" - "Karvan" 3:1
Kamran Əliyev, 55, Erik Sorqa, 82, Rövlan Muradov, 88 - İzzət Muştaqov, 65
"Kapital Bank Arena". Saat 17.00.

Qeyd edək ki, bu mərhələnin digər oyunları 19, 20 və 21 dekabrda gerçəkləşəcək.