Xəbər verdiyimiz kimi, premyer-liqa klublarının bir çoxu qış təlim-məşq toplanışına ölkədən kənara çıxmayacaq.
Deməli, burda qalacaq və yoldaşlıq oyunlarını da bir-birinə qarşı keçirəcəklər. Pərakəndə şəkildə keçirilən yoldaşlıq oyunları əvəzinə turnir təşkil etmək olmazmı? Axı bizdə bunun ənənəsi var. Xatırladaq ki, 2016-cı ilin yanvarında AFFA, Peşəkar Futbol Liqası və “CBC Sport” kanalının təşkilatçılığı ilk, həm də son “CBC Sport Kuboku” keçirilmiş, turnirə “Rəvan”, “Neftçala”, “Şərurspor”, “Neftçi”, AZAL və MOİK qatılmışdı. “Football-plus.az” bu turnirin yenidən təşkilinin mümkün olub-olmamasayla bağlı kanalın baş redaktoru Şəmsəddin Abbasovun fikirlərini öyrəndi: