• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

AFFA danışılmış oyunlarla bağlı siqnallar alır...

Ölkə futbolu / Manşet

15-12-2023, 18:0

2023/24 futbol mövsümünə start veriləndə ictimaiyyətdə bayram ab-havası var idi.

Çünki cari mövsümdən 1-ci divizionun formatı dəyişdirilmiş, həmçinin 2-ci liqa yaradılmışdı. Əlbəttə, bu yeniliklər müəyyən zaman kəsiyində inkişafa səbəb olacaq amillərdi. Bu addımı bütün futbol camiəsi alqışladı. O da var ki, məsul qurumlar müəyyən çatışmazlıqların olacağını bilirdi. Hətta Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev “2-ci liqada bir əlcəkli qapıçı, bir butslu oyunçu görsəz, təəccüblənməyin”, - deyə müəyyən siqnallar vermişdi. Lakin son günlərdə daha biabırçı məsələ gündəmdədi. Belə çıxır ki, aşağı liqalarda əməlli-başlı bazar qurulub. Yox, satılan buts və ya əlçək deyil, oyunlardı! Təəssüf ki, bunlar bizim iddiamız deyil, birbaşa gerçəklərdi. Çünki bunu mövsümün əvvəlindən bəri klublara seminar keçən UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli də etiraf edib. Ümumiyyətlə, UEFA ölkəmizdə danışılmış oyunların təşkilindən şübhələnir. Avropa futbol qurumundan bununla bağlı AFFA-ya bir neçə məktub daxil olub. Nəticədə milli assosiasiya araşdırmaya start verib. Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli də qəzetimizə açıqlamasında bunu təsdiqlədi: “Bəli, UEFA da qarışıq müxtəlif yerlərdən müəyyən siqnallar daxil olub. Hələ ki aidiyyatı dövlət qurumlarıyla birlikdə araşdırmalar gedir. Nəzərinizə çatdırım ki, bu tipli məsələlərdə bütün detallar məxfi saxlanılır”.
Onsuz da zamanla belə rəzil əməllə məşğul olanlar faş ediləcək. Buna şübhə etmirik. Lakin redaksiyamıza daxil olan məlumata görə, xüsusi nəzarətə götürülən iki klub artıq bəllidi. Bunlar 1-ci liqada iştirak edən “Difai Ağsu” və 2-ci liqa təmsilçisi “Şəfa”dı. Dünən hər iki klubun rəsmiləriylə əlaqə saxlamağı lazım bildik.

Asəf Məlikov (“Difai Ağsu”nun prezidenti):

“Seymur Səlimli oyun manipulyasiyaları ilə bağlı seminarda bizə bir neçə epizod göstərmişdi. Bunlardan biri də hakimlərin oyuna müdaxiləsi idi. Tədbir komandamızın 4-cü turda “Qaradağ Lökbatan”a məğlub olduğu oyundan sonra keçirildi. Daha sonra sözügedən matçla bağlı AFFA-ya iki epizod göndərdik. Dedik ki, baxın, qərar verin. Çünki futbolçumuz müdaxilə etmədiyi halda sarı vərəqə göstərilir və penalti verilir. Başqa epizodda oyunçumuzu cərimə meydançası daxilində yerə yıxsalar da, penalti verilmir. Görüşü haqsız verilən penaltiyə görə uduzduq (0:1 – red). Bəhs etdiyim qarşılaşmayla bağlı dəfələrlə şikayətçı olmuşuq. Çünki alnımız açıqdı. Kollektivdə şübhələniləcək biri yoxdu. Eləsi olsa, dərhal klubdan kənarlaşdırarıq. Qeyd edim ki, UEFA və AFFA-nın araşdırmasını alqışlayırıq. Kimin belə işlərdə əli varsa, ciddi cəzalandırılmalıdı. Uşaqların əziyyətinin yerə vurulmasını istəmirik. Bilindiyi kimi, oyunçularımızın bir çoxu müharibədə iştirak edib. Bu üzdən fiziki hazırlıq baxımından çatışmazlıqları var. Müharibə iştirakçılarının və qazilərin hansısa oyun satışında iştirak etməsi absurddu. Onlar nə belə təklifi qəbul edər, nə də özü imkan verər... Həm də oyunun danışılması bir nəfərlə olmur. Əminliklə və müharibə yolunu keçmiş zabit kimi deyirəm ki, burda başqa şəxslərin əli var. Ümumiyyətlə, bu yöndə araşdırmaları ikiəlli dəstəkləyirik”.


Cavid Nəzərov (“Şəfa”nın icraçı direktoru):
“Xeyli oyunda uduzmağımızın səbəbi maliyyə problemi və oyunçuların təcrübəsizliyi ilə bağlıdı. Öncədən deyim ki, danışılmış oyunların birbaşa əleyhinəyəm. Şəxsən mən komandada belə hadisənin baş verdiyini görsəm, həmin şəxsi uzaqlaşdıraram. Sözün düzü, adımızın hallanmasına məəttəl qaldım. Hazırda kollektiv mən varam deyə qalıb. Lakin gücüm bir yerə qədərdi. Bir ildi “Şəfa”ya cibimdən maliyyə ayırıram. Doğrusu, çatdıra bilmirəm. Ortaq tapmaq istəyirəm. Bilirsiz ki, futbolun içində tək olmaq çox çətindi. Demək olar ki, hər işi mən görürəm. Marketinq məsələləri də daxil olmaqla, görüşlərdə də iştirak edirəm. Əlbəttə, hər şeyi çatdıra bilmərəm. Klubu irəli aparmaq üçün həm akademiyada, həm də əsas komandada çox əziyyət çəkmişik. İnanın ki, heç bir futbolçunu pulla saxlamamışıq. Düzü, heç maliyyəmiz də çatmır. İndiyə qədər bir neçə yerdə tək olduğumu demişəm. Heç bir yerdən kömək yoxdu. Bu yükü daşımaq çətindi. AFFA ilə görüşlər zamanı dəstək istəmişəm. Deyiblər ki, komanda regionda məskunlaşsa, kömək ediləcək. Onlara problem olmadığını, istənilən bölgədə yerləşməyə hazır olduğumuzu demişəm. Yetər ki, bizə dəstək olsun”.

Göründüyü kimi, klub rəsmiləri iddiaları qəbul etmir. Deyəsən, gerçəkləri öyrənə bilmək üçün AFFA-nın araşdırmasının sona çatmasını gözləməliyik. Sonda qeyd edək ki, məqsədimiz hansısa klubun əziyyətinə kölgə salmaq yox, məlumatı dəqiqləşdirməkdi. Nə xoş alnıaçıq, üzüağ olanlara... Lakin son ana qədər...

MİRKAMAL, KƏNAN

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

24-11-2023, 15:0

Bölgə klubuna danışılmış oyunlarla bağlı seminar keçirildi

İdman

22-09-2023, 17:0

“İrəvan"a danışılmış oyunlarla bağlı seminar keçirildi

Ölkə futbolu / Manşet

14-12-2023, 22:0

“Kimsə bir yanlışlıq görürsə, bizə video ünvanlayır” - danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndə

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
  • 26-07-2026, 21:0
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə