• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yığma eksprement meydanı deyil! - KÖŞƏ

Yığma / Manşet

10-12-2023, 14:0

İstəsən də, istəməsən də, bu mövzuya qayıtmalı olursan.

Canni de Byazinin gedişindən sonra Azərbaycan yığmasının baş məşqçisi postu boş qalıb. Məlum məsələdi ki, yeni baş məşqçinin kimliyi AFFA-nın gələcək siyasətinin necə müəyyənləşdirilməsindən də asılı olacaq. Daha konkret desək, gələcəkdə AFFA-da söz sahibinin kim olması bu məsələnin də həllinə təsir göstərəcək. İndikilər yerində qalsa, “əcnəbi sevgisi” davam edəcək. İllərdi həmin qrupun əcnəbilərə necə böyük sevgiylə qucaq açdığına hamımız şahidik. Onlar üçün Azərbaycan futbolunun sabahı, uşaq futbolu kimi bir çox vacib məqamların heç bir əhəmiyyəti olmayıb. Şəxsi maraqlar hər şeyin önünə keçsə, milli yenidən əcnəbi mütəxəssisə tapşırılacaq. Sonrasını isə hamımız bilirik.

Nə qədər ki, millinin baş məşqçi postu boşdu, hərə öz namizədinin adını çəkir, həmin adın ətrafında təbliğat qurur. Bir növ gizli reklam aparmaqla məşğuldular. Məlum məsələdi ki, hər qrupun da bu işdə öz marağı var. Hansı tərəf bu mübarizədən qalib çıxıb, “namizədini” millinin başına keçirə bilsə, ikiqat qazancı təmin olunacaq. Birincisi həmin o əcnəbinin adına yazılacaq və valyuta ilə ödəniləcək puldan götürüləcək faizlərdi. İkincisi milliyə dəvət olunacaq futbolçuların siyahısının müəyyənləşdirilməsidi. Riad Rəfiyev illərdi bu üsulla futbolçuları “Sumqayıt”a gətirir. Onlara vəd verilir ki, “Sumqayıt”da forma geymək elə millidə oynamaq kimidi. Həm yerli, həm də əcnəbi futbolçular üçün bu təklif cəlbedicidi. Bir andaca “milli futbolçu” statusu qazanırsan, avtomatik qiymətin qalxır. Digər tərəfdən də milli üzvlərinin aldığı fantastik məbləğdə müfatlarda payın olur. Əcnəbilərin “milliləşdirilməsi” prosesi də bu üsulla sadələşir. Hansısa əcnəbiyə məhz bu bəhanə ilə Azərbaycan paspotru alırlar ki, guya onun xüsusi istedadı var, millidə oynamaqla bizə qələbə qazanmaqda yardımçı olacaq. Bütün bunlar AFFA-ya yaxın olan işbazların illərlə faydalandığı, varlandığı üsullardı. Ümid edirəm ki, bu dəfə belə olmayacaq.
Bəli, yerli məşqçilərin milli komandanı çalışdırması ətrafında da müəyyən manipulyasiyalar izləyirik. Hansısa gənc məşqçinin çalışdırdığı komanda 2-3 oyunda qələbə qazanan kimi “təbliğat maşını” işə düşür. Deyirlər ki, buyurun, Azərbaycan millisini qələbələrə daşıyacaq məşqçi elə filankəs imiş. Daha baxan yoxdu ki, həmin məşqçinin komandası hansı futbolu oynayır, oyunçu seçimi necə aparılıb. Şəxsən mən dəfələrlə demişəm, bir daha təkrarlayıram. Hazırkı məqamda Azərbaycan millisini kimin çalışdırmasının futbolumuzun gələcəyi üçün elə də böyük əhəmiyyəti yoxdu. Biz uşaq futbolunu dirçəltməli, akademiyalarla bağlı ciddi iş aparmalıyıq. Vəssalam. Bu proseslə paralel millidə də yalnız və yalnız sırf azərbaycanlı futbolçular, milli formanı geyməyə layiq olanlar oynamalıdı. Amma nəticələrə ciddi önəm vermədən, udanda pafos axınına qapılıb, uduzanda həmin baş məşqçinin istefasını tələb etmədən.

Hansısa gizli bir əl ciddi-cəhdlə Azərbaycan millisinin başına türkiyəli mütəxəssisin gəlməsi barədə təbliğat aparır. Fatih Terimin də adı çəkilir, Şenol Günəşin də. Hətta nisbətən gənc olan İlhan Paluta xilaskar gözüylə baxanlar da var. Yapmayın, əfəndilər. Bülənt Korkmazı, Mustafa Dənizlini unutmusuzmu? Rusdilli mətbuatda isə tez-tez Stanislav Çerçesovun adına rast gəlirik. İş o yerə gəlib çatıb ki, bu prosesə ruslara, Rusiya futboluna sevgisini heç vaxt gizlətməyən Kazbek Tuayevi də qoşublar. Azərbaycanda və azərbaycanlılara daim yuxarıdan aşağı baxan Kazbek Əliyeviçdən başqa mövqe gözləmək də ağılsızlıq olardı. Həmin təbliğatı aparanların yaxasından tutasan, deyəsən ki, fikrinizi əsaslandırın, dilləri topuq vuracaq. “Qarabağ”ın qarşısında aciz qalan “Ferentsvaroş”un baş məşqçisindən söhbət gedir. Onlar deməsə də, biz bilirik ki, bu yay Çerçesovu Macarıstan klubundan Çempionlar Liqasındakı fiaskoya görə qovublar. Maraqlı məqamlardan biri də odu ki, 2009-cu ildə də Çerçesovun adını Azərbaycan millisi ilə yanaşı çəkir, onu Bakıya “dartmağa” çalışırdılar. Deməli, həmin qüvvələr yenidən fəallaşıb.

Olmayacaq, bəylər. Bu dəfə olmayacaq! Azərbaycan millisini şəxsi biznesinizə çevirdiyiniz, futbolumuzun başına oyun açdığınız yetər. Yığışdırın özününü, Azərbaycan millisi sizin üçün eksperiment meydanı deyil!

AMAL

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

9-10-2022, 16:0

AFFA U-19-u bu məşqçiyə tapşıracaq - ÖZƏL

Yığma / Yazarlar

4-04-2023, 15:0

Millimizin futbolçuları şükr etməlidi - KÖŞƏ

Aktual
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Son xəbərlər
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Dünən, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Dünən, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 14:51
    Yeni rekord müəyyənləşdirdi
  • Dünən, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
  • Dünən, 13:52
    “Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Daha çox
Oxunub: 209
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 190
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 153
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə