U-19 millimiz Mərakeşə də uduzdu

29.11.2023 11:13 203
İdman
Futzal üzrə U-19 millimiz AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən beynəlxalq turnirdə ikinci oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz Mərakeşin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən görüş rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 millimiz daha öncə Belarus yığmasına 1:3 hesabı ilə uduzmuşdu. Yarışa sabah keçiriləcək Belarus - Mərakeş matçı ilə yekun vurulacaq.