UEFA məkanı Budapeştə dəyişdi

27.11.2023 13:30 202
Dünya futbolu
UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Makkabi” (Hayfa, İsrail) - “Renn” (Fransa) matçının məkanını dəyişib.

"Football-plus.az" xəbər verir ki, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi Belqradda (Serbiya) yox, Budapeştdə (Macarıstan) keçiriləcək. Məlumatda matçın Belqraddakı “Rayko Mitiç” stadionunda təşkilinin mümkün olmadığı bildirilib. Dəqiq səbəb isə göstərilməyib.

“Makkabi” - “Renn” matçı noyabrın 30-da “Puşkas Arena”da oynanılacaq.

Xatırladaq ki, “Makkabi” İsraillə HƏMAS arasındakı müharibəyə görə ev oyunlarını Hayfada keçirə bilmir.