“Zenit”in qapıçısı Aleksandr Vasyutin “Neftçi” ilə Bakıda keçirilmiş yoldaşlıq görüşü (1:2) haqda təəssüratlarını bölüşüb.
"Football-plus.az" xəbər verir ki, rusiyalı qolkiper yaxşı oyun praktikası qazandıqlarını bildirib:
“Bütün komanda üçün yaxşı sparrinq oldu. Ən azından yaxşı oyun praktikası qazandıq. Bu isə çempionatın fasilə zamanı ən vacib məsələdi. Reziuan Mirzovun qolları? Mənə elə gəlir ki, o, fərdi şəkildə epizodlarda qərarlarını verirdi. “Zenit”in oyunçuları bu kombinasiyada qarşılıqlı anlaşmaya malikdi. Amma biz daha yaxşı oynaya bilərik və oynamalıyıq. Atmosferə gəlincə, stadion kiçik olsa da, səs-küylü idi. Təbii ki, azarkeşlərimizin də səsini eşidirdik. Onları həmişə eşidə bilərsiz. Dəstək olduqları üçün onlara təşəkkür edirəm. Bu hər zaman xoşdu”.