Millimiz AÇ-2024-ün seçmə mərhələsində Belçika ilə qarşılaşır.
"Football-plus.az" xəbər verir ki, görüşün startında dövlətimizin himni yanlış səsləndirib. Stadionda Azərbaycan əvəzində İsveçin himni qoşulub. Yalnız AFFA rəsmilərinin etirazından sonra bu yanlışlıq aradan qaldırılıb. Bununla bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli jurnalistlərə açıqlama verib:
"Səhvən İsveçin himnini veriblər. Sonra deyirdilər başlayın. Bizimkilər dedi, o zaman oynamırıq. Federasiya rəsmiləri düşdülər aşağı ki, himn səslənməsə, çıxırıq meydandan. Ondan sonra himni verdilər. DJ səhvən ötən oyundan qalma İsveçin himnini verib. Lukaku üzr istədi, dedi ki, biz gözləyirik, problem yoxdur, himn səslənsin".
Qeyd edək ki, matçda hesab Belçikanın xeyrinədi - 4:0.