Fransa millisi dünən rekorda imza atıb.
“Football-plus.az” xəbər verir ki, komanda AÇ-2024-ün seçmə mərhələsində Cəbəllütariqi qəbul edib. Görüş fransalıların 14:0 hesablı darmadağını ilə yekunlaşıb. Bu, “xoruzlar”ın tarixinin ən böyük hesablı qələbəsidi.
Bildiyiniz kimi, "xoruzlar"ın ən böyükhesablı qələbəsi yığmamızın adı ilə bağlı idi. 1995-ci ildə Oserdə bu rəqibə 0:10 uduzmuşduq. Yaşının ahıl çağlarında olan Ağasəlim Mircavadov da artıq bu dünyadan nigaran getməyəcək...