Avropa Klublar Assosiasiyasının (ECA) rəsmi sosial şəbəkə hesabları qurumun bugünlərdə Bakıda keçirilən hüquq, kommersiya və üzvlük departamentinin regional toplantısından yazıb.
"Football-plus.az" xəbər verir ki, “Qarabağ” Futbol Klubu tərəfindən təşkil edilən bu görüşün açıq dialoq və əməkdaşlığı asanlaşdırmaq üçün kritik platforma rolunu oynadığı qeyd edilib. Bildirilib ki, bu görüş klublara öz narahatlıqlarını müzakirə etməyə və ECA-nın təklif etdiyi həllər və xidmətlərin geniş spektrini araşdırmağa imkan verib.
ECA İcraiyyə Komitəsinin və “Qarabağ” FK-nın İdarə Heyətinin üzvü Asif Əsgərov toplantıyla bağlı fikirlərini qurumun mətbuat xidmətinə bölüşüb:
