”Napoli"nin yeni baş məşqçisi bəlli olub.
“Football-plus.az” xəbər verir ki, bunu klubun rəsmi saytı açıqlayıb. Komandaya Valter Madzarri rəhbərlik edəcək. 62 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. Madzarri bu vəzifədə Rudi Qarsiyanı əvəzləyib.