İspaniya klubuna sanksiya verildi

10.11.2023 14:11 170
Dünya futbolu
İspaniya Futbol Federasiyası “Qranada”ya sanksiya tətbiq edib.

"Football-plus.az" xəbər verir ki, komanda İspaniya kubokunda mübarizədən kənarlaşdırılıb. Buna “Qranada”nın turnirin reqlamentini pozması səbəb olub.

Komandanın ilk mərhələnin “Aros” ilə 3:0 hesabı ilə qalib gəldiyi oyununda start heyətində 24 yaşlı qapıçı Adrian Lopes Qarrotenin oynaması problem yaradıb. Belə ki, İspaniya kubokunda çıxış edən ehtiyat komandanın oyunçularının yaşı 23-dən yüxarı olmamalıdı.

Yerli federasiya bu qayda pozuntusuna görə “Qranada”ya 0:3 hesablı texniki məğlubiyyət verib. Kluba 6 min avro cərimə də kəsilib.