Oveçkin hələ də qola həsrətdi

25.10.2023 14:34 223
İdman
Aleksandr Oveçkinin pərəstişkarları hələ də onun qol vuracağı anı gözləyir.

“Vaşinqton” srağagün “Monreal”a uduzdu, paytaxt klubunun rusiyalı ulduzu yenə fərqlənə bilmədi. Bu, onun karyerasındakı ikinci belə haldı. Oveçkin 2012/13 mövsümündə yalnız 5-ci oyunda rəqib qapısına yol tapmışdı. Onun cari mövsümdə buz üzərinə çıxdığı ilk 4 oyunda yalnız bir məhsuldar ötürmə ilə yadda qaldığını xatırladaq.

21 oktyabr
Kolambus – Kalqari 3:1 (0:0, 1:0, 2:1)
Aylenders – Nyu-Cersi 4:5 ОТ (1:1, 2:2, 1:1, 0:1)
Ottava – Detroyt 2:5 (1:1, 0:2, 1:2)
Arizona – Anahaym 2:1 (1:0, 1:0, 0:1)

22 oktyabr
Baffalo – Aylenders 3:1 (0:0, 2:0, 1:1)
Monreal – Vaşinqton 3:2 ОТ (1:0, 1:0, 0:2, 1:0)
Tampa-Bey – Toronto 3:4 ОТ (3:1, 0:0, 0:2, 0:1)
Florida – Vankuver 3:5 (1:1, 0:2, 2:2)
Dallas – Filadelfiya 5:4 ОТ (2:2, 1:0, 1:2, 1:0
Minnesota – Kolambus 4:5 ОТ (0:1, 2:1, 2:2, 0:1)
Neşvill – San-Xose 5:1 (1:0, 2:0, 2:1)
Sent-Luis – Pittsburq 4:2 (1:1, 2:0, 1:1)
Çikaqo – Veqas 3:5 (1:1, 1:1, 1:3)
Kolorado – Karolina 6:4 (1:1, 5:2, 0:1)
Sietl – Reyncers 1:4 (1:1, 0:2, 0:1)
Edmonton – Vinnipeq 2:3 ОТ (2:1, 0:1, 0:0, 0:1)
Los-Anceles – Boston 2:4 (0:1, 1:2, 1:1)

23 oktyabr
Detroyt – Kalqari 6:2 (2:0, 2:2, 2:0)
Anahaym – Boston 1:3 (0:0, 0:0, 1:3)