Endryu Robertsonun aqibəti müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, o, uzun müddət futboldan kənarda qalacaq.
Şotlandiya yığmasının müdafiəçisi AÇ-2026-nın İspaniya ilə seçmə oyununda (0:2) zədələnmişdi. Onun çiynindən aldğı zədəsinin ciddi olduğuna geniş müayinədən sonra aydınlıq gəlib. “Liverpul”un cinah müdafiəçisi əməliyyat olunacaq.
Onun bu halda təxminən 12 həftə oynamayacağı ehtimal edilir. Bu isə Endryu üçün 2023-cü ilin erkən bitdiyi deməkdi.