• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Nağılbaz Canni – KÖŞƏ

Manşet / Yazarlar

20-10-2023, 12:0

“Mənim sevgilim Conidi, Coni,
Özü amerikan, firması Soni” (Anar Nağılbazın repertuarından)


İllər öncə söhbətləşdiyim azərbaycanlı mütəxəssislərdən biri belə deyirdi ki, AFFA-nın əcnəbi mütəxəssislərə sevgisi heç də səbəbsiz deyil. AFFA rəhbərliyi milli komandaların “sükanı arxasına” əcnəbi çalışdırıcıları gətirməklə ciddi iş gördüklərinin, futbolumuzun inkişafına çalışdıqlarının imitasiyasını edirlər. Yəni ki ölkə rəhbərliyinə hesabatı belə təqdim edirlər. Deyirlər ki, tanınmış almaniyalı mütəxəssis Berti Foqtsu Azərbaycan millisinə baş məşqçi təyin etmişik. İndi bütün Avropanın diqqəti bizdədi, onun rəhbərliyi altında inkişaf edəcəyik, böyük qələbələr qazanacağıq. Sonra Foqts yola salınanda, onun yerinə Xorvatiya millisindəki oyunu ilə tanınmış, məşqçi kimi elə də böyük uğurları olmayan Robert Prosineçki gətirildi. Robi estafeti həmyerlisi Nikola Yurçeviçə verdi. Qısa müddətdə milli Qurban Qurbanova tapşırıldı. Sonra yenə də əcnəbilərə sıra gəldi. Uzun müddətdi ki, italiyalı Canni de Byazi millimizdə söz sahibidi.

Bəli, De Byazini “yuxarılar”a təqdim etmək üçün bər-bəzək tapmaq elə də çətin deyildi. Adam italiyalıdı, Albaniya millisi onun rəhbərliyi altında Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Bəh-bəh. Xoşbəxt olmaq üçün bundan artıq nə lazımdı?! Əsl biz axtardığımız məşqçidi. Daha soruşan olmadı ki, əvvəlki əcnəbi çalışdırıcılar sizə nə qazandırdı? Gəlmələr Azərbaycan futboluna nə verdilər, hansı böyük qələbələri qazandıq? İtaliyalıın Bakıya gəldiyi ilk günləri yaxşı xatırlayıram. Tərifdən qulaq tutulurdu. Hər gün De Byazi ilə bağlı xəbərlər yayılırdı, onun şəhərə gəzintiyə çıxması, dənizkənarı bulvarda hava udması belə hadisəyə çevrilirdi. İddia olunurdu ki, yeni çalışdırıcı ilin böyük hissəsini Bakıda keçirməyə söz verib. Bakıya lövbər salacaq, Azərbaycanda yeni istedadların axtarışına başlayacaqdı. Milli komandamız onun rəhbərliyi altında yeni mərhələyə çıxacaqdı. Adamın yadında bu yerdə Ali Baş Komandan, Prezident İlham Əliyevin dilindən eşidib sevdiyimiz kəlmə düşür: nooldu, Paşinyan?!

Ümid edirəm ki, nə vaxtsa cənab prezident üzünü AFFA rəhbərliyinə tərəf də tutacaq, onlardan da itirilən illərin, xərclənən milyonların hesabatını soruşacaq. Nooldu, ay AFFA-nın başbilənləri? Hara yoxa çıxmısız, ay Elxan Məmmədov? Siz niyə susurduz, Vaqif Sadıqov, İsgəndər Cavadov, Kazbek Tuayev və başqaları... Siyahını o qədər uzatmaq olar ki. Futbolumuzun uçuruma sürükləndiyini görənlər və buna göz yumanlar hamısı AFFA-nın cinayət ortaqlarıdı. İndi Sərxan Hacıyevi meydanda tək qoyub, hərə bir tərəfdə gizlənib. Bu cavan oğlan da təkbaşına neynəyə bilər? Meydanı boş görən De Byazi də artıq hikkəsini gizlətmir, həm mətbuat nümayəndələrinə, həm də ümumilikdə Azərbaycan futboluna, onun azarkeşlərinə istədiyi hörmətsizliyi edir. Tallindəki oyunsonrası mətbuat konfransındakı təkəbbürünün davamını Avstriya ilə qarşılaşmanın ardından “CBC Sport” telekanalının əməkdaşlarına göstərdi. Artıq nə etdiyinin fərqinə varmayan italiyalı telekanalın xanım əməkdaşının suallarının bitməsini gözləmədən, tərcüməçisi onun cavabını səsləndirərkən üzünü çevirib getdi. Heç sağollaşmağı da lazım bilmədi. Nə xanım müxbir, nə də ekrandan onu izləyən yüzminlərlə tamaşaçı ilə.
Ola bilsin, AFFA-nın təbliğat maşını rolunu oynayan, bir vaxtlar elə De Byazinin tərifini göylərə qaldıran, onu futbolumuzun xilaskarı kimi təqdim edən “CBC Sport” bunu normal qəbul edir. Bəlkə də De Byazi özü də nələrinsə fərqindədi və məqsədli şəkildi telekanala, onun əməkdaşlarına münasibətdə belə hörmətsizliyi rəva görür. Öz işləridi. Amma ekran qarşısında əyləşən, millinin doğma meydandakı növbəti məğlubiyyətinə üzülən azərbaycanlı futbolsevərlər bu cür hörmətsizliyə layiq deyil. Canni De Byazi kim olur-olsun, bizlə belə rəftar etməyə ixtiyarı yoxdu. Üzümü AFFA-ya da tuturam, qurumun mətbuat xidmətinə də. Lap elə “CBC Sport” telekanalına da. Bu adama etdiyi səhvi başa salın, davranışına, dediklərinə diqqət yetirsin. Bizim ona heç bir borcumuz yoxdu. Əksinə, De Byazinin bizə borcu var. Ümid edirəm ki, budəfəki müqaviləsi sonuncu olacaq, onu bir daha millinin “sükanı arxasında” saxlamayacaqlar.

Onun boş-boş danışıqlarından, uydurduğu nağıllardan artıq iyrənirik. Özünə hörmət edən mütəxəssis bu qədər yalançı, qeyri-səmimi ola bilərmi? Yetər artıq. Bizim millini bertilərə, robilərə, conilərə, cannilərə əmanət edib, qanımızı qaralatmayın. Əcnəbi heyranlığınıza da, “yuxarılar”ı da, azarkeşləri də aldatmaq üçün hoqqa çıxarmağa da son qoyun. Bezmişik!

AMAL

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

29-09-2022, 19:0

Yunis Hüseynov AFFA İcraiyyə Komitəsinin üzvü ilə razılaşmadı – AÇIQLAMA

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Bu gün, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Bu gün, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Bu gün, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Bu gün, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Bu gün, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Bu gün, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Bu gün, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Bu gün, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Bu gün, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Bu gün, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Daha çox
Oxunub: 227
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 183
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə