• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Dünya futbolu

18-10-2023, 23:0

Daha bir futbol həftəsini geridə qoyduq.

"Football-plus.az" ötən həftədən maraqlı sitatları diqqətinizə çatdırır:

Zbiqnev Bonek, UEFA-nın vitse-prezidenti: “Elektron poçtuma və sosial şəbəkələrdəki hesablarıma bu mövzuda çox sayda suallar göndərilir: məndən tez-tez Rusiya Federasiyasından olan şəxsin niyə UEFA-nın İcraiyyə Komitəsinə daxil olduğu soruşulur. Aleksandr Dyukov (Rusiya Futbol İttifaqının prezidenti – R.Y.) bu komitədə mənim xoşuma gəldiyi üçün işləmir. UEFA-nın orqanlarına demokratik seçki nəticəsində seçilmisənsə, səni heç kim hansısa başqa yolla ordan kənarlaşdırmaq hüququna malik deyil. Hər hansı şəxs yalnız İcraiyyə Komitəsinin üzvlərinin üçdəikisinin səsi ilə uzaqlaşdırıla bilər. Uzaqlaşdırma qərarı isə konqresə qədər qüvvədə qalır. Konqresdə kənarlaşdırma ilə bağlı təklif səsə çıxarılır. Orda İcraiyyə Komitəsinin qərarını üzvlərin 50,1 faizinin dəstəkləməsi tələb olunur. Əks halda ilkin qərar ləğv edilir. Məlum petisiyanın əksəriyyət tərəfindən dəstəkləndiyini düşünmürəm. Təəssüf ki, hamı biz polşalılar və mənim kimi düşünmür. Rusiya UEFA-nın strukturlarından kənarlaşdırılsaydı, bu məsələdə başqa metoddan istifadə edilərdi. Avropada hərənin hər məsələdə öz mövqeyi var. Məsələ heç də sadə deyil”.

Aurelio De Laurentis, “Napoli”nin prezidenti: “İndi Rudi Qarsiya üçün yaxşı zaman deyil. O, İtaliya futbolunu o qədər də yaxşı tanımır. Belə məşqçi seçəndə bu cür hallar baş verir. Komanda hazırda yaxşı nəticələr qazanmır (komanda bu mövsüm A seriyasında 8 oyuna topladığı 14 xalla 5-ci yeri tutur - R.Y.). Ən yaxşı qərarı doğru zamanda verəcəm”.

Antonio Konte, işsiz italiyalı məşqçi: “Stress mənim yanacağımdı, təzyiq motivasiyamı təmin edir. Ona görə ki, qalib gələndə təzyiqin olması daha yaxşıdı. Müsbət və mənfi xarakterli stress var. Bu, mənim üçün enerji və təmiz adrenalindi. “Tottenhem”dən ayrılandan sonra ailəmə vaxt ayıracağıma söz vermişdim. İşə qayıdanda ən yüksək səviyyəli sınaqlara daha hazır olacağam. Xəbərləri müntəzəm oxuyuram. Hələ ki vaxtımı özümə və böyüməkdə olan qızıma sərf etməyə ehtiyac olduğunu hiss edirəm. Amma mən iş başına qayıdanda bütün digər məşqçilər üçün çox çətin olacaq. Çünki döyüşməyə hazır olacağam. Yaxın zamanlarda əhəmiyyətli uğur qazanmış komandaya başçılıq etmək istərdim”.

Yan-Kristian Drezen, “Bavariya”nın baş direktoru: “Superliqa? Bu layihə bizim üçün ölüb. Ona görə belə kəskin ifadə işlədirəm ki, bir də mənə bu sualı verməyəsiz. Superliqa daha betər vəziyyətə düşməyin mümkün olmayacağı qədər ölüdü”.

Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi: “Mən meydanda Maradonanı da, Messini də görmüşəm. Messi nə ilə fərqlənir? “Barselona” ilə mövsümə hazırlıq üçün çıxdığımız Asiya turnesini xatırlayıram. Messi Argentinadan yorğun halda gəlmişdi. İlk hissə 0:0 hesabı ilə başa çatmışdı. Leo ehtiyat oyunçular skamyasında əyləşmişdi. Turnirin təşkilatçısı matçın gedişində mənə “Messini meydana buraxın, yoxsa sizə pul verməyəcəyik” dedi. Son 20 dəqiqədə Leonun het-triki sayəsində 3:0 hesablı qələbə qazandıq. Maradona öz dövrünün ən güclü oyunçusu idi, amma mənim gördüklərimdən sonra... Bağışlayın, amma Leo tam başqadı”.

Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Bu mövsüm Çempionlar Liqasının favoriti saydığım komandalar “Real”, “Barselona”, “Mançester Siti” və “Bavariya”dı”.

Alan Şirer, İngiltərə yığmasının sabiq hücumçusu: “Liverpul”un müdafiədəki oyunu xoşuma gəlmir. Odu ki, mövsüm ərəfəsində gəldiyim qənaəti bir daha təkrarlaya bilərəm. Premyer-liqada titul uğrunda mübarizə yenə “Mançester Siti” ilə “Arsenal” arasında gedəcək. Liverpul” hansısa müddətdə cədvəlin yuxarı pillələrində görünə bilər, amma həlledici məqamda çempionluqla bağlı suala “Siti” ilə “Arsenal” aydınlıq gətirəcək”.

Cüzeppe Marotta, “İnter”in baş direktoru: “Bu hücumçular arasında Mauro İkardiyə üstünlük verərdim. Biz Lukakuya həmişə hörmət etmişik. Amma pul yeri gələndə həlledici əhəmiyyət daşıyır. Bu, Lukakunun klubumuz haqqında nə deməsindən asılı olmayaraq belədi”.

Ueyn Runi, “Birmingem”in baş məşqçisi: “Aydın məsələdi ki, Birləşmiş Ştatlara məşqçi kimi təcrübə qazanmaq və özümü inkişaf etdirmək məqsədi ilə yollanmışdım (Runi 2022-ci ildən oktyabrın əvvəlinə qədər “Di Si Yunayted”i çalışdırıb – R.Y.). Ancaq “Birmingem”in mənimlə ciddi maraqlandığını biləndə buna çox sevindim. Yenidən İngiltərədə çalışmaq imkanımın olduğunu öyrənəndə çox həyəcanlandım. “Birmingem” böyük klubdu. Rəhbərliyin ambisiyalarından və klubun inkişaf strategiyasından xəbərdaram. Bu klub futbol tarixində böyük iz qoymağa qadirdi. Komandanın əvvəlki uğurlarını geri qaytarmaq üçün hazırlanan layihənin bir hissəsi olmağa hazıram”.

Covanni Rava, “Latsio”nun qapıçısı İvan Provedelin agenti: “Vitali Kafanovun nə deməsindən xəbərim yoxdu (Rusiya yığmasının qapıçılar üzrə məşqçisi atası italyan, anası rus olan Provedelin Rusiyadan heç kimlə ünsiyyət saxlamaq istəmədiyini deyib – R.Y.). Bu haqda ilk dəfə eşidirəm. İvan mənə heç vaxt rusiyalı məşqçidən dəvət aldığını deməyib. Müştərim İtaliya vətəndaşıdı. Bu səbəbdən Rusiya yığmasına çağrıla bilməz. Onun Rusiya pasportu yoxdu. Bu səbəbdən Rusiya KİV-inin İvanla bağlı xəbərlərə niyə son qoymadığını anlaya bilmirəm”.

Joze Pezeyru, Nigeriya yığmasının baş məşqçisi: “Biz “Napoli” ilə əlaqə saxlayırıq, hər matçın sonunda klubları məlumatlandırmaq üçün hesabatlar göndəririk. Çünki futbolçuların sağlamlığına cavabdehik. Osimhen fantastik futbolçudu, ona hamımızın ehtiyacı var. Zədələndiyi üçün testlər aparıb onun “Napoli”yə qayıdacağına, yoxsa yığmada qalacağına qərar verəcəyik. Bunu zədənin dərəcəsindən asılı olaraq müəyyənləşdirəcəyik. Osimhenin 3 gündən sonra yenidən oynamağa məcbur edilməsi təhlükəli ola bilər. Təbii ki, onun oynamasını istərdim, amma biz klublara hörmət etməliyik. Bu, yalnız “Napoli”yə aid deyil”.

Jan-Pyer Papen, Fransa yığmasının sabiq hücumçusu: “Milan” Mbappenin qarşısını ala bilsə, işi asanlaşacaq. Amma Kilian təbiətin gücüdü. Hərçənd bu mövsüm artıq “Nyukasl” və Fransanın bir sıra komandaları PSJ-yə qarşı uğurlu oyun sərgiləməyi bacarıblar. PSJ sıralarında çox sayda tanınmış oyunçunun olduğu böyük klubdu. Lakin məşhur adlar kluba ürək bəxş etmir. Hələ ki PSJ ürəyi olmayan klubdu”.

Xerardo Martino, “İnter Mayami”nin baş məşqçisi (Lionel Messinin gələn ilin yanvarında “Barselona”ya icarəyə verilə biləcəyi ilə bağlı xəbərə reaksiyası): “O, bəlkə Barselonaya istirahət etmək üçün qayıdacaq? Ola bilsin, bu şəhərdə yenidən bir neçə gün olmaq istəyir. Mən bu haqda başqa heç nə deyə bilmərəm”.

Adrien Rabyo, Fransa yığmasının yarımmüdafiəçisi: “Bu il “Qızıl top”un Lionel Messiyə çatacağı haqda çox eşidirəm. Amma idman planında mükafatın sahibi Kilian Mbappe ilə Erlinq Holann arasındakı rəqabətdə müəyyənləşməlidi. Hər şey müəyyən meyarlardan asılı olacaq. Meyarlara isə hərənin öz münasibəti olur. Mən mükafata Mbappe ilə Holannın layiq olduğunu düşünürəm”.

Maykl Antonio, “Vest Hem”in hücumçusu: “Sautqeytin qərarı məni əməlli-başlı qəzəbləndirib. Ola bilsin ki, Ceyms “Vest Hem”də bu mövsümdən oynayır, amma artıq komandamızda üzərinə böyük məsuliyyət götürür. Uord-Prouz İngiltərə yığmasına necə çağrılmaya bilər? Bu biabırçılıqdı. Onun statistikası diqqəti cəlb etməyə bilməz axı. O, uzun illərdi hər həftə meydana çıxır. Amma Sautqeyt yığmaya hətta klubunda oynamayan oyunçuları çağırır”.

Zbiqnev Bonek, UEFA-nın vitse-prezidenti: “Dyukov bu komitədə mənim xoşuma gəldiyi üçün işləmir”.

RAMİL YUSİFOV

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

8-04-2022, 10:0

Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinin iclasında Qurban Qurbanovdan danışdı

Dünya futbolu / Manşet

2-02-2023, 10:0

Rusiya Futbol İttifaqından gözlənilən addım

Dünya futbolu

29-12-2022, 16:0

RFİ səsverməni təxirə saldı

Aktual
Kukseviçin qeyri-adi bəhanələri - rusiyalı mütəxəssis nə istəyir?
U-20-nin heyətində elita təcrübəsi olan bir futbolçu var
“Xeyrimizə olan nəticəni qazanmağa çalışacağıq” – “Baku Sportinq”in baş məşqçisi
“Zirə”nin gənc futbolçusu Avropa yolunda
“Kimyaçılar” “Sumqayıt”ı Tovuzda niyə tək qoydu? – açıqlama
“Nəriman düşündüyümüzdən daha az müddət forma geyir” – Tural Əsgərli səbəbi açıqladı
Son xəbərlər
  • Bu gün, 00:05
    Avrokuboklar üçün təşəkkür, gedə bilərsən, Berdıyev!
  • Dünən, 23:31
    Kukseviçin qeyri-adi bəhanələri - rusiyalı mütəxəssis nə istəyir?
  • Dünən, 23:09
    Sabiq ulduzu ''Çelsi''ni yıxıb-sürüdü - ''Onların kim olduğunu bilmirəm''
  • Dünən, 22:56
    Yayda işini itirə bilər
  • Dünən, 21:55
    U-20-nin heyətində elita təcrübəsi olan bir futbolçu var
  • Dünən, 21:24
    İngiltərədən Almaniyaya üz tutmaq şansı var
  • Dünən, 20:53
    Yeni mövsümdə “Milan”a lazım olmayacaq
  • Dünən, 20:22
    PFL rəsmisindən AFFA ilə bağlanan müqavilə haqda açıqlama – şərtlər nədi?
  • Dünən, 19:52
    Levandovski “Barselona”da necə qala bilər?
  • Dünən, 19:21
    “Nyukasl”ı o da tərk edəcək?
  • Dünən, 18:59
    Rəhbərliklə danışıqlara başladı
  • Dünən, 18:28
    Məşhur futbolçu Sinqapura yollanacaq
  • Dünən, 17:57
    Argentinalı futbolçu artıq “Çelsi”ni bəyənmir
  • Dünən, 17:26
    İtaliya paytaxtını tərk etməyəcək
  • Dünən, 16:55
    “Sabah”da ciddi problem – “Qarabağ”la oyunlardan əvvəl həyəcan siqnalı...
  • Dünən, 16:24
    Millinin qızları azarkeşlərlə görüşdü
  • Dünən, 15:53
    Millimizin oyununu kim idarə edəcək?
  • Dünən, 15:22
    “Qalatasaray”la çempion olmuş məşqçi Okan Buruk haqda nələr dedi?
  • Dünən, 14:51
    Bacco da İtaliyaya görə narahatdı
  • Dünən, 14:20
    Evra Tevesi niyə hədələyib?
  • Dünən, 13:59
    Hakan Çalhanoğlunun meneceri ''Qalatasaray'' iddiaları haqda nə dedi?
  • Dünən, 13:28
    ''Atletik''in əfsanəsindən klubun siyasətinə sərt sözlər - ''İnsanları aldadırlar''
  • Dünən, 13:09
    “Xeyrimizə olan nəticəni qazanmağa çalışacağıq” – “Baku Sportinq”in baş məşqçisi
  • Dünən, 12:57
    “Zirə”nin gənc futbolçusu Avropa yolunda
  • Dünən, 12:36
    ''Qalatasaray''da nə baş verir? - qruplaşma, soyuq müharibə, motivasiyasızlıq...
  • Dünən, 12:15
    “Kimyaçılar” “Sumqayıt”ı Tovuzda niyə tək qoydu? – açıqlama
  • Dünən, 11:54
    Türkiyə yığmasının üzvü bundesliqa klubunda qalası oldu
  • Dünən, 11:23
    “Nəriman düşündüyümüzdən daha az müddət forma geyir” – Tural Əsgərli səbəbi açıqladı
  • Dünən, 10:52
    Nəriman ABŞ-də ilk dəfə start heyətində oynadı
  • Dünən, 10:31
    Alkarasla Sobolenkonun liderliyi davam edir
  • Dünən, 10:00
    Güləşçilərimiz Türkiyədə səkkiz "qızıl" qazandı
  • Dünən, 00:59
    "Bavariya" və "Arsenal" yarımfinalda
  • Dünən, 00:01
    Millimizin futbolçuları azarkeşlərlə görüşəcək
  • 15-04-2026, 23:0
    Ən yaxşı 20 baş məşqçi
  • 15-04-2026, 23:0
    Millimizin rəqibləri məlum oldu - Dünya Kuboku
Daha çox
Oxunub: 141
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Oxunub: 140
“Qarabağ” nigeriyalı futbolçuları yola saldı - klub yayda ciddi addım atacaq!
Oxunub: 129
"Qarabağ"ın "dirəy"i gedir! - Zubirin yeni klubu açıqlandı
Oxunub: 113
Qurban Qurbanov təslim oldu… - azarkeşlər bu cür sözlər eşitmək istəmir!
Oxunub: 109
Tural Qurbanov da “özünü yandırdı” – səhvsiz FİFA referisi qalmadı...
Oxunub: 99
Belə azarkeşlik olmur, əziz “Neftçi”lilər! - nəticə, oyun var, siz yoxsuz
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə