Duşan Vlahoviç zədəli olsa da Serbiya yığmasına çağırılıb.
"Football-plus.az" xəbər verir ki, “Yuventus”un hücumçusu milli komandanın qarşıdakı oyunlarında iştirak etmək istəmir. Serbiya yığması AÇ-2024-ün seçmə turnirində Macarıstan və Monteneqro ilə qarşılaşacaq.
Qeyd edək ki, Vlahoviç zədə səbəbindən “Yuventus”un “Torino” ilə son matçını buraxmışdı.