• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qalib ölkənin qalib komandası - KÖŞƏ

Yazarlar / Avropa Liqası

9-10-2023, 22:0

Son günlər hər bir azərbaycanlı başını dik tutur, ayağını torpağın üzərinə qürurla basır, illərlə düşmən tapdağına olan vətən torpaqlarının azad olunmasının sevincini yaşayırıq.

Nə xoş bizə ki, döyüş meydanlarında qazanılan zəfərin davamını başqa sahələrdə də gətirməyi bacarırıq. Milyonlarla azərbaycanlı bu hisslərin verdiyi qürurdan ləzzət alır. Avropanın yaşıl meydanlarında adından söz etdirən “Qarabağ” da yoluna davam edir. Özü də Qarabağda qazanılan zəfərlər, ordumuzun qazandığı parlaq qələbələr Qurban Qurbanovun və onun yetirmələrinin gücünə güc qatıb, “köhlən atlar” hədəfə doğru ikiqar sürətlə irəliləyir.

Söz vaxtına çəkər. Dörd il əvvəl Lüksemburqda elə Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “F91 Düdelanj” – “Qarabağ” oyununda növbəti erməni təxribatı ilə üz-üzə qalmışdıq. Görüşün 30-cu dəqiqəsində, təmsilçimiz 2:0 hesabıyla öndə olarkən stadionun üzərində dronla qondarma rejimin bayrağı qaldırılmışdı. “Qarabağ”ın bu təxribata cavabı artıqlamasıyla oldu. Lüksemburqun idman nazirinin üzrxahlığından sonra meydana dönən futbolçularımız bizi 4:1 hesablı qələbəylə sevindirdi. Düşmənlərimizə isə bu qələbənin üzüntüsünü yaşamaq qaldı. Onlar gördülər ki, belə təxribatlar nəinki “Qarabağ”ı zəiflədir, gücdən salır, əksinə, Azərbaycan təmsilçisi qəzəbini gücə çevirir, daha yaxşı oynamağa başlayır. Ardıcıl 10 ildi avrokubokların qrup mərhələsinə yüksələn, “köhnə qitə”nin fərqli stadionlarında Azərbaycanı, eləcə də adını daşıdığı müqəddəs torpaqlarımızı qürurla təmsil edən “köhlən atlar” missiyasını uğurla davam etdirir.

Budəfəki hədəfimiz daha böyükdü. “Qarabağ” da həmin hədəfə doğru addım-addım irəliləyir. İndiyə qədər bir neçə dəfə “köhlən atlar”ın Avropa Liqasında qrupdan çıxmaq, pley-off mərhələsinə yüksəlmək şansı olub. Gah hakimlərin kobud səhvləri, bizə qarşı qərəzi önümüzü kəsib, gah da həlledici məqamdakı xırda səhvlər. “Qarabağ” Avropa Liqasında bacarmadığını digər avrokubok yarışında edib, Konfrans Liqasında pley-off həyəcanını azarkeşlərinə yaşadıb, azərbaycanlı futbolsevərlər fevralda da Bakıda avrokubok qarşılaşması izləyiblər. Bu dəfə həmin uğuru Avropa Liqasında təkrarlamaq, ondan da uzağa getmək lazımdı. “Rakuv”la oyundan sonra kimlərinsə hesabdan silməyə çalışdığı, namərdcəsinə arxadan zərbə vurmağa çalışdığı “Qarabağ” yeni tarix yazmağa çox yaxındı. “Həkken”i İsveçdə 1:0 hesabıyla məğlub edən “köhlən atlar” qrupdan çıxmağa imkan verən iki yerdən birini tutmaq yolunda böyük bir addım atmış oldu.

Səfərdəki oyundan öncə yenidən təxribat cəhdi olmuşdu. İsveçli jurnalist Xankəndidən və ətraf rayonlardan Ermənistana qaçan erməniləri Qurban Qurbanova xatırlatmağa, bununla da guya mənfur qonşularımızın məzlum obrazını yaratmağa çalışmışdı. İsveçli həmkarımız unutmuşdu ki, bu illər ərzində Qurban Qurbanov təkcə yaxşı futbol mütəxəssisi kimi yox, həm də əsl vətənsevər və Azərbaycan həqiqətlərini dünyaya layiqincə çatdırmağı bacaran natiq kimi yetişib. Elə Qurban bəyin mətbuat konfransındakı təxribatçı suala verdiyi cavab da bunun sübutudu. Üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələn Qurbanov mətbuat konfransındakı qətiyyətinin davamını meydanda gətirdi, onun yetirmələri vacib qələbəyə imza atdılar.
Futbolda elə oyunlar var ki, izləyirsən və lazımi qolun tezliklə vurulacağına əmin olursan. Futbolçulardakı inam hissi izləyənlərə də öz təsirini göstərir, meydandakı futbolçular qədər azarkeşlər də qələbə qolunun tezliklə gələcəyinə inanırlar. “Həkken”lə oyun da belələrindən idi. “Qarabağ” o qədər inamla və təmkinlə hücum qururdu ki, Peter Abrahamsonun qoruduğu qapıya nə vaxt yol tapacağımız da an məsələsinə çevrilmişdi. Düzdü, həmişə olduğu kimi, ələ düşən fürsətlərdən yararlanmaqla bağlı problemimiz qalır. Bunun əvəzində “Qarabağ” meydanda xeyli qətiyyətli görünür, topa nəzarəti və ərazi üstünlüyünü ilk dəqiqələrdən əlində saxlayırdı. Elə Juninyonun 70-ci dəqiqədə vurduğu qələbə qolu da oyunun məntiqi axarına uyğun idi.

“Qarabağ” adına daha bir sevindirici məqam “çərçivə”nin etibarlı əllərə tapşırılmasıdı. Mən Şahruddini səhvlərinə görə qınamaq, onu yenidən tənqid hədəfinə çevirmək fikrində deyiləm. Amma Andrey Lunyov səviyyəsini və təcrübəsini faydalı iş əmsalına çevirməyi bacarıb. Bu əmsal da “Qarabağ”a son oyunlarda uğur gətirən vacib amillərdən biridi. Qapıçının özünəinamı, soyuqqanlığı komanda yoldaşlarına böyük təsir göstərir, onlar da meydanda rahat hərəkət edirlər, zəhmətlərinin hədər gedəcəyindən qorxmurlar. “Həkken”lə oyun bunun əyani nümunəsidi. Ayrı-ayrı nüanslar üzərində çox da dayanmaq istəmirəm. Əsas odu ki, “köhlən atlar” yeni tarix yazmaq yolunda inamla addımlayır. Uğur olsun, qalib ölkənin qalib komandası!

AMAL

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Manşet

11-09-2023, 22:0

Ermənistan - Xorvatiya matçında təxribat

Maraqlı / Manşet

8-11-2022, 10:0

“Azərlotereya”dan Zəfər Günü ilə bağlı maraqlı videoçarx – Harada qalmışdıq?

Ölkə futbolu

12-09-2023, 17:0

AFFA-dan erməni təxribatı ilə bağlı BƏYANAT

Avropa Liqası

21-09-2023, 13:0

Biton 4-cü dəfə “Qarabağ”ın oyununda - ARAŞDIRMA

Aktual
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
Son xəbərlər
  • Bu gün, 16:42
    Niderlandda qərar tutdu
  • Bu gün, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Bu gün, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Bu gün, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Bu gün, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Bu gün, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Bu gün, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Bu gün, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Bu gün, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Bu gün, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Bu gün, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Bu gün, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Bu gün, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Bu gün, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Bu gün, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Bu gün, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
  • Dünən, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Dünən, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
  • Dünən, 17:57
    Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
  • Dünən, 17:30
    Okan Buruk Terimin bu rekordunu yeniləmək üzrədi
  • Dünən, 16:58
    Millimizin üzvü dünya reytinqində liderdi
  • Dünən, 16:31
    "Araz-Naxçıvan"da braziliyalı qapıçı
  • Dünən, 16:17
    "Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm" - Elvin Cəfərquliyev
  • Dünən, 16:00
    Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
  • Dünən, 15:30
    Zubirin qolu yubileylə əlamətdar oldu
  • Dünən, 15:14
    “Zirə” gürcülərin ümidlərini Sumqayıtda “dəfn etdi” - REPORTAJ
  • Dünən, 14:43
    "Qarabağ"ın potensial rəqibləri üz-üzə gəldi
  • Dünən, 14:11
    “Bozqurd” yatmaz!
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 135
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə