Polşa da Olimpiada istəyir

2.10.2023 15:57 237
İdman
Polşa 2036-cı ilin Yay Olimpiya Oyunlarının təşkilatçılıq hüququna yiyələnmək üçün müraciət edəcək. Ölkə prezidenti Ancey Duda bu niyyətlə bağlı açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, 2036-cı ildəki Olimpiada üçün İndoneziya, Meksika və Hindistan da mübarizə aparacaq.

Yay Olimpiya Oyunlarının keçiriləcəyi yer, adətən, yarışın startından 7 il əvvəl müəyyənləşir.