Yarımhəvəskar 2-ci liqada elə bu statusa tam uyğun gələn hadisələr baş verməkdədi.
Son turlarda klubların adı protokolda olmayan futbolçuları oynatdığına görə texniki məğlubiyyətlə üzləşməsi halları artıb. Hələ heç 4 tur arxada qalmayıb, amma üç belə hadisə ilə üzləşmişik. Belə ki, 2-ci turun “Ağdaş”la “Baku Sportinq” arasındakı qarşılaşmasında qonaqlar adı protokolda olmayan oyunçunu meydana buraxmışdı, 3-cü turda “Şəmkir də “Dinamo” ilə oyunda eyni səhvi təkrarladı.
Nəhayət, Şamaxıda “Şahdağ Qusar”la qarşılaşan “Cəbrayıl” da bu problemlə üzləşib. Yaşıl meydanda keçirdiyi 4 oyunun heç birində uduzmayan və turnir cədvəlinə başçılıq edən qarabağlıların AFFA İntizam Komitəsinin növbəti iclasında texniki məğlubiyyətlə üzləşməsi qaçılmazdı. Bəs təcrübəli Cavid Hüseynovun rəhbərlik etdiyi komanda nədən belə hadisə ilə üzləşib. Bu sualı “Cəbrayıl”ın müşaviri Səbuhi Səfiyarlıya ünvanladıq: