• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Aqil Məmmədquliyev “Forza Neftçi”nin səbirli olmasını istəyir

Ölkə futbolu / Manşet

19-09-2023, 13:0

“Neftçi” Laurentsiu Regekampfı yola salanda azarkeşlərin sevincinin həddi-hüdudu yox idi. Mövsüm boyunca nəinki baş məşqçinin, rəhbərliyin də istefasını tələb edən fanklublar bununla rahatlıq tapdı. Ardınca Fərrux Mahmudovun baş icraçı direktor təyin olunması klubla azarkeşlər arasında buzları əritdi.

Həqiqətən də, indiyə qədər “ağ-qaralar”ın tərəfdarları həm tribunalarda, həm də sosial mediada ümid dolu davranış sərgiləyirdi. Amma belə ab-hava “Neftçi” “Araz-Naxçıvan”a uduzduğu (0:1) günə qədər davam etdi. Oyundan sonra Bakı təmsilçisinin ən böyük fanklubu “Forza Neftçi” sosial şəbəkə hesabında bu sözləri yazdı: “Yaxşı olacaq? Buna birinci özünüzü, sonra bizləri inandırın. Hər il yeni simalar, eyni bəhanələr... Formanın haqqını kim verə bilmirsə, komandadan rədd olsun. İndiyə qədər kiçik büdcə, zəif heyət yalanları var idi, indi o da yoxdu... Ən bahalı heyət, ən çox büdcə bizdədi. Amma bir həftəyə qurulan, sənin şəhərində kirayə məskunlaşan kluba uduzursan... "Neftçi" adını batırmayın, qaçmadığınız, can qoymadığınız hər dəqiqə bu komandaya ləkəsiz! İndi görəcəyik hər şey necə olacaq!?”

Mövzuyla bağlı “Forza Neftçi”nin rəhbəri Səccad Abbasovla əlaqə saxladıq. Lakin o, bu haqda danışmaq istəmədiyini bildirdi. Daha sonra klubun azarkeşlərlə əlaqələndiricisi Aqil Məmmədquliyevi aradıq. Onun fikirlərinə keçid alaq:

“Öncəliklə klub rəsmisi kimi tərəfdarların narazılığını haqlı sayıram. Amma bir az səbirli olmaqda fayda var. Bilindiyi kimi, baş məşqçi Azərbaycana yeni gəlib və yeni transferlər edərək bir qədər fərqli heyət formalaşdırıb. Məncə, azarkeşlər səbirli olmalıdı. Regekampf kimi çalışdırıcıya 1 il vaxt verilibsə, çox güman, Mutu üçün də o qədər gözləməliyik. Uzun illərdi “Neftçi” azarkeşiyəm. Komandanın bir çox məşqini canlı izləmişəm. Yeni baş məşqçinin ən azı Regekampfdan ikiqat daha yaxşı məşq keçdiyini deyə bilərəm. Azarkeşləri anlamaq çətin deyil. Hər kəs istəyər ki, komandası çempion olsun. Xüsusilə “Neftçi” tərəfdarları buna çoxdan layiqdi. İstər ev, istərsə də səfər oyununda futbolçuları son ana qədər dəstəkləyən, həvəsdən düşməyə qoymayan azarkeşlərin tələbi, təbii ki, yüksək nəticə olmalıdı. Təəssüf ki, zaman keçdikcə onların ümidi azalır. Bu da qəzəb yaradır və belə hallar yaşanır. Hər halda, heyətdə yeni futbolçularn olduğunu da nəzərdə saxlamalıyıq. Onlarəın bir-birinə uyğunlaşması üçün müəyyən vaxt lazımdı. Düzdü, azarkeşlərdə “səbr kasası” deyilən bir şey qalmayıb. Hər gün çoxlu zəng gəlir, mesajlar yazırlar ki, bu işlərin sonu necə olacaq? Haqlıdılar. Artıq mümkün olan 18 xaldan 10-nu itirmişik. Çempion olmaq istəyiriksə, həmin xallar bizə hava-su kimi lazım idi. Ümid bundan sonrakı matçların bəlkə də hamısında qələbə qazanmağa qalıb. İlk hədəf 7-ci turda “Zirə”ni məğlub etmək olmalıdı. Bu işə hardansa start verilməlidi, həm də gec olmadan... Çempionatda rəqabətin artdığını da nəzərə alsaq, bundan sonrakı matçlar daha ağır keçəcək. Bu üzdən azarkeşlərin qələbə üçün tələsməsini də normal qarşılamaq, onlara istədiklərini vermək lazımdı. İndi futbolda vəziyyət elədi ki, bir oyunda şansı qaçırmaq növbəti turlarda da təsirini göstərir. Yenə deyirəm, məhz ardıcıl qələbələrlə liderlik haqda düşünmək olar. Yoxsa bu mövsümü də itirə bilərik. “Neftçi”də belə ənənəyə şahidlik etmişəm ki, klub yeni “futbol ili”nə yaxşı başlayanda axırı pisə doğru gedir, pis başlayanda isə əksinə... Ümid edirəm ki, məhz bu mövsüm xallar itirərək start götürsək də qarşıdakı oyunlarda əvəzini çıxa biləcəyik. “Forza Neftçi”nin hansı planlarının olduğu haqda məlumatım yoxdu. Ümid edirəm ki, tribunalarda xoşagəlməz hallar yaşanmaz. Klub rəsmisi kimi yox, azarkeşlərlə daim əlaqədə olan biri kimi heç vaxt razı olmayacağım işlər var. İstəmərəm ki, “Neftçi” tərəfdarları belə hadisələrlə yadda qalsın. Yenə deyirəm, ancaq səbrlə bu işin sonunu gözləmək lazımdı. Çünki özüm də Mutunun potensiallı məşqçi olduğuna inanıram”.


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

8-06-2023, 12:0

“Forza Neftçi” rəhbərliyin və Regekampfın istefasını tələb edir - MÜSAHİBƏ

Aktual / Premyer-liqa

18-03-2023, 23:0

"Forza Neftçi"nin Qurban Qurbanovun açıqlamasına reaksiyası

İdman

8-04-2022, 19:0

“Forza Neftçi” kubokun yarımfinalına yüksəldi

Aktual
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
Son xəbərlər
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
Daha çox
Oxunub: 405
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 186
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 163
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə