Futbol üzrə Avropa çempionatının seçmə mərhələsinə payızda yekun vurulacaq.
“Football-plus.az” xəbər verir ki, qarşıdakı iki ayda bəzi yığmalar 3, bəziləri isə 4 oyun keçirəcək. Bəs kimlər qitə birinciliyinə qatılmaq baxımından daha şanslıdı? Xatırladaq ki, AÇ-də 24 komanda mübarizə aparaq. Təşkilatçı Almaniya ilə yanaşı, Millətlər Liqasından 3 komanda və 10 qrupun hər birindən ilk iki yeri tutanlar qitənin ən güclüsünü müəyyənləşdirməyə çalışacaq.
А qrupu
Şotlandiyanın zəfəri, İspaniya ilə Norveçin mübarizəsi
İspanların başı Millətlər Liqasına qarışanda şotlandlar ildırım sürəti ilə rəqiblərini sıradan çıxarmaqdaydı. Elə “qırmızı qəzəb” də nəsibini alıb – martda Şotlandiyaya 0:2 uduzub. 5 oyunun hamısında qələbə qazanan liderin bir məğlubiyyət limiti də var. Şotlandların uğurunun əsas amili Skott Maktomineydi. Dayaq yarımmüdafiəçisi seçmə mərhələdə artıq 6 qol vurub və yalnız Lukakudan geri qalır. Hətta Ronaldo belə bitiricilikdə MY-nin xavbekinə çatmır. İspaniyanın da vəziyyəti yaxşıdı. De la Fuentes Enrikenin səhvlərini düzəldir: rotasiyadan çəkinmir, futbolçularla bağlı eksperimentə əl atır, gənclərə çox şans verir. Norveç də İspaniya ilə 2-ci yer uğrunda mübarizə aparmağa çalışır. Çətindi, ancaq Holann adamların yaddaşında təkbaşına böyük vəzifələrin öhdəsindən gəlməyə qadir futbolçu kimi qalmaq istəyirsə, sona qədər döyüşmək lazımdı. Onun yanında dünyanın ən yaxşı pleymeykerlərindən biri Edeqor da var. Norveçlilər yalnız səfərdə ispanlara və evdə qrup liderinə uduzub. Ancaq Holannın qisas almaq imkanı olacaq: oktyabrda evdə İspaniya ilə, son turda isə səfərdə, çox güman, artıq motivasiyası qalmayacaq britaniyalılar ilə oynayacaqlar. Bəs gürcülər? Bu ölkənin gənclər yığması yayda AÇ-də çıxışı ilə hamını heyran etdi: “ölüm qrupu”ndan tarixlərində ilk dəfə pley-offa çıxdılar, 1/4 finalda İsrailə yalnız penalti seriyasında uduzdular. Düşünmək olardı ki, əsas komandanın gücünə güc qatılacaq. Ancaq olmadı. Villi Sanyol həqiqətən gəncləri heyətə qatdı, sadəcə, nəticə fiaskodu. Gürcülər əvvəlcə evdə ispanlar önündə darmadağın oldu, ardından səfərdə birbaşa rəqibi Norveç ilə bacarmadı. Kvaratsxeliya bu oyunlarda “əridi”, gözə dəymədi. Hazırda bu komandanın 2-ci yeri tutmaq şansı sıfra bərabərdi. Ancaq gürcülərin Almaniyaya Millətlər Liqası vasitəsi ilə yollanmaq şansı qalır.
Şotlandiya – C.Kipr 3:0
İspaniya – Norveç 3:0
Gürcüstan - Norveç 1:1
Şotlandiya – İspaniya 2:0
Norveç – Şotlandiya 1:2
C.Kipr – Gürcüstan 1:2
Norveç – C.Kipr 3:1
Şotlandiya – Gürcüstan 2:0
Gürcüstan – İspaniya 1:7
C.Kipr – Şotlandiya 0:3
Norveç – Gürcüstan 2:1
İspaniya – C.Kipr 6:0
1. Şotlandiya 5 5 0 0 12–1 15
2. İspaniya 4 3 0 1 16–3 9
3. Norveç 5 2 1 2 7–8 7
4. Gürcüstan 5 1 1 3 5–13 4
5. C.Kipr 5 0 0 5 2–17 0
12.10 C.Kipr – Norveç
İspaniya – Şotlandiya
15.10 Gürcüstan – C.Kipr
Norveç – İspaniya
16.11 Gürcüstan – Şotlandiya
C.Kipr - İspaniya
19.11 Şotlandiya – Norveç
İspaniya - Gürcüstan
B qrupu
Sabit fransızlar və başqaları
Burda qeyri-adi heç nə yoxdu: top səviyyəli yığmalar statusuna uyğun nəticə göstərir. Fransa qapısından bir qol da buraxmayıb və xal itirməyib, Niderland isə xarakter hesabına qələbələr qazanır. Yunanıstan da 12 illik ayrılıqdan sonra AÇ-yə yollanmaq istəyir. Hərçənd yunanların şansı azdı, Fransa ilə Niderlanda uduzublar. Düzdü, irəlidə bu rəqiblərlə ev oyunları da var. Möcüzəyə ümid etmək olar.
Fransa – Niderland 4:0
Cəbəllütariq – Yunanıstan 0:3
Niderland – Cəbəllütariq 3:0
İrlandiya – Fransa 0:1
Cəbəllütariq – Fransa 0:3
Yunanıstan – İrlandiya 2:1
Fransa – Yunanıstan 1:0
İrlandiya – Cəbəllütariq 3:0
Fransa – İrlandiya 2:0
Niderland – Yunanıstan 3:0
Yunanıstan – Cəbəllütariq 5:0
İrlandiya – Niderland 1:2
1. Fransa 5 5 0 0 11–0 15
2. Niderland 4 3 0 1 8–5 9
3. Yunanıstan 5 3 0 2 10–5 9
4. İrlandiya 5 1 0 4 5–7 3
5. Cəbəllütariq 5 0 0 5 0–17 0
13.10 Niderland – Fransa
İrlandiya – Yunanıstan
16.10 Cəbəllütariq – İrlandiya
Yunanıstan – Niderland
18.11 Fransa – Cəbəllütariq
Niderland – İrlandiya
21.11 Cəbəllütariq - Niderland
Yunanıstan – Fransa
C qrupu
İtaliyanın Şimali Makedoniya və Ukrayna ilə mübarizəsi
Sautqeyt dönəminin İngiltərəsi həmişəki kimi seçmə mərhələnin kralıdı, onu məğlub etmək mümkünsüzdü. 2-ci yer uğrunda əvvəlcədən italiyalılarla ukraynalılar mübarizə aparırdısa, qəfil Şimali Makedoniya da onlara “əlcək atmağa” başladı. Makedoniyalılar az qala İtaliya futbolunun əsas düşmənidi. Əvvəlcə “skuadra adzurra”nı DÇ-2022-dən kənarda qoydular, bir neçə gün əvvəl isə heç-heçə etməklə Spallettinin debütünü korladılar. Onlar daha iki qələbəni “cırtdan” Malta üzərində qazanıb. Bəli, indi makedoniyalılar İtaliya və Ukrayna ilə eyni vəziyyətdədi, ancaq belə hiss var ki, onlar bundan sonra xal qazanmayacaq. 2-ci vəsiqə, çox güman, İtaliyaya qismət olacaq. Ukraynalılar cəsur və müasir futbol göstərsə də, 2-ci yerin taleyi məhz şəxsi oyunlarda həll olunacaq (üstəlik İtaliya bir oyun az keçirib). İlk oyunda İtaliya qələbə qazanıb, ikincisi noyabrda Ukraynada olacaq.
İtaliya – İngiltərə 1:2
Ş.Makedoniya – Malta 2:1
İngiltərə – Ukrayna 2:0
Malta – Ukrayna 0:2
Malta – İngiltərə 0:4
Ş.Makedoniya – Ukrayna 2:3
İngiltərə – Ş.Makedoniya 7:0
Ukrayna – Malta 1:0
Ukrayna – İngiltərə 1:1
Ş.Makedoniya – İtaliya 1:1
İtaliya – Ukrayna 2:1
Malta – Ş.Makedoniya 0:2
1. İngiltərə 5 4 1 0 16–2 13
2. İtaliya 4 2 1 1 6–4 7
3. Ukrayna 5 2 1 2 6–7 7
4. Ş.Makedoniya 5 2 1 2 7–12 7
5. Malta 5 0 0 5 1–11 0
14.10 Ukrayna – Ş.Makedoniya
İtaliya - Malta
17.10 İngiltərə - İtaliya
Malta – Ukrayna
17.11 İngiltərə - Malta
İtaliya – Ş.Makedoniya
20.11 Ş.Makedoniya – İngiltərə
Ukrayna – İtaliya
D qrupu
Türkiyə 2-ci kimi gedəcək
Bu qrupda da hər şey aydındı. Xorvatiya yüksək səviyyədədi, bunu dartışmağa dəyməz. Türkiyə evdə Ermənistanla heç-heçə üzündən işini çətinləşdirsə də, yenə də hamıdan şanslıdı. Ermənilər 2-ci yerə boylanmaq əvəzinə 3-cü yeri Uelsə verməmək üzərində düşünsələr, daha yaxşı olar. İrəlidə onları Xorvatiya və Latviya ilə səfər, Uels ilə ev oyunu gözləyir.
Ermənistan – Türkiyə 1:2
Xorvatiya – Uels 1:1
Türkiyə – Xorvatiya 0:2
Uels – Latviya 1:0
Latviya – Türkiyə 2:3
Uels – Ermənistan 2:4
Ermənistan – Latviya 2:1
Türkiyə - Uels 2:0
Xorvatiya – Latviya 5:0
Türkiyə – Ermənistan 1:1
Ermənistan – Xorvatiya 0:1
Latviya – Uels 0:2
1. Xorvatiya 4 3 1 0 9–1 10
2. Türkiyə 5 3 1 1 8–6 10
3. Ermənistan 5 2 1 2 8–7 7
4. Uels 5 2 1 2 6–7 7
5. Latviya 5 0 0 5 3–13 0
12.10 Xorvatiya – Türkiyə
Latviya – Ermənistan
15.10 Türkiyə - Latviya
Uels – Xorvatiya
18.11 Ermənistan – Uels
Latviya – Xorvatiya
21.11 Xorvatiya – Ermənistan
Uels – Türkiyə
E qrupu
Qəribə Polşa və Albaniyanın geridönüşü
Son illərin Polşa yığması izaholunmaz təzaddı. Böyük turnirlərə müntəzəm vəsiqə qazanır və orda fiasko yaşayırlar (Qətər mundialının pley-offun vəsiqə böyük uğurdu). Seçmə turnrirdə də qəribə təsir bağışlayırlar. Məsələn, yayda Moldovaya uduzmuşdular, bir neçə gün əvvəl albanlar da onları cəzalandırdı. Amma yoldaşlıq oyununda Almaniya məğlub edildi. Bir sözlə, bu komandadan hər şey gözləmək olar. Polşanın AÇ-yə yollanmaq şansı qalır. 2-ci yerdəki komandadan 2, liderdən 4 xal geridədilər. Liderə gəlincə, Albaniya 8 ildən sonra qitə birinciliyinə qatıla bilər. Yeganə məğlubiyyət startda – Polşa ilə oyunda olub. Albanların əsas qəhrəmanları Strakoşa, Cimsiti, Mitaem və Hüsaydı. “İnter”dən olan vunderkind Aslanini də unutmayaq. Moldovanı da qeyd etməyə dəyər. Əlbəttə, bu komandanın AÇ-yə yollanması çətindi. Ancaq Polşa üzərində qələbə və Çexiya ilə heç-heçə xüsusi nəticədi.
Çexiya - Polşa 3:1
Moldova – Farer adaları 1:1
Moldova – Çexiya 0:0
Polşa – Albaniya 1:0
Albaniya – Moldova 2:0
Farer adaları – Çexiya 0:3
Farer adaları – Albaniya 1:3
Moldova – Polşa 3:2
Çexiya – Albaniya 1:1
Polşa – Farer adaları 2:0
Farer adaları – Moldova 0:1
Albaniya – Polşa 2:0
1. Albaniya 5 3 1 1 8–3 10
2. Çexiya 4 2 2 0 7–2 8
3. Moldova 5 2 2 1 5–5 8
4. Polşa 5 2 0 3 6–8 6
5. Farer adaları 5 0 1 4 2–10 1
12.10 Albaniya – Çexiya
Farer adaları – Polşa
15.10 Çexiya – Farer adaları
Polşa - Moldova
17.11 Moldova – Albaniya
Polşa - Çexiya
20.11 Albaniya – Farer adaları
Çexiya – Moldova
F qrupu
İsveçin böhranına sevinən Belçika və Avstriya
Bəzi yığmalar DÇ-2022-dəki fiaskodan sonra baş məşqçisi ilə vidalaşdı. Belçika da belələrindən biridi. Tedesko dərhal Belçika yığmasını “təmir etdi” və indi sürətlə AÇ-yə doğru addımlayır. Baş məşqçinin ürəyinə yol tapdığı Lukaku qolları sıralayır. Avstriya da liderlə eyni xala malikdi. Bu komandanın heyəti bundesliqanın filialıdı. İsveç yığmasında isə heç nə alınmır. İbrahimoviçin dönəmində Skandinaviyanın ən güclü yığmasına çevrilən komanda bu titulu Danimarkaya verməklə yanaşı, ardıcıl 2-ci böyük turniri buraxmaq ərəfəsindədi. Klasson, Lindelöf, İsak və Kulusevskili yığma üçün cari seçmə mərhələ artıq boşa verilib. Liderlərlə aradakı 7 xal fərqini aradan qaldırmaq mümkünsüzdü. Hə, bu qrupda olan yığmamızın da müəyyən turnir hədəfi var. Nədi? Təbii ki, Estoniyanı arxada qoymaq. Bu komanda ilə səfərdə qarşılaşacağımızı nəzərə alsaq, rəqib bir addım öndə görünür.
Avstriya – Azərbaycan 4:1
İsveç – Belçika 0:3
Avstriya – Estoniya 2:1
İsveç – Azərbaycan 5:0
Azərbaycan – Estoniya 1:1
Belçika – Avstriya 1:1
Avstriya – İsveç 2:0
Estoniya – Belçika 0:3
Azərbaycan – Belçika 0:1
Estoniya – İsveç 0:5
Belçika – Estoniya 5:0
İsveç – Avstriya 1:3
1. Belçika 5 4 1 0 13–1 13
2. Avstriya 5 4 1 0 12–4 13
3. İsveç 5 2 0 3 11–8 6
4. Azərbaycan 4 0 1 3 2–11 1
5. Estoniya 5 0 1 4 2–16 1
13.10 Avstriya – Belçika
Estoniya – Azərbaycan
16.10 Azərbaycan – Avstriya
Belçika – İsveç
16.11 Azərbaycan – İsveç
Estoniya – Avstriya
19.11 Belçika – Azərbaycan
İsveç - Estoniya
G qrupu
İnamlı Macarıstan, əsən Serbiya, sürət yığan Monteneqro
Ən bərabər qruplardan biri. Soboslainin lideri olduğu macarlar serbləri arxada qoymaqla zirvəyə dırmaşıb. Polşa kimi Serbiya də total autsayderə uduzmaqla işini çətinləşdirib. Monteneqro liderlərdən cəmi 2 xal geri qalır. Serblər bu ruhda davam etsə, onda Monteneqro tarixində ilk dəfə Avropa çempionatına qatıla bilər.
Bolqarıstan – Monteneqro 0:1
Serbiya – Litva 2:0
Macarıstan – Bolqarıstan 3:0
Monteneqro - Serbiya 0:2
Litva – Bolqarıstan 1:1
Monteneqro – Macarıstan 0:0
Bolqarıstan – Serbiya 1:1
Macarıstan - Litva 2:0
Litva – Monteneqro 2:2
Serbiya – Macarıstan 1:2
Monteneqro – Bolqarıstan 2:1
Litva – Serbiya 1:3
1. Macarıstan 4 3 1 0 7–1 10
2. Serbiya 5 3 1 1 9–4 10
3. Monteneqro 5 2 2 1 5–5 8
4. Bolqarıstan 5 0 2 3 3–8 2
5. Litva 5 0 2 3 4–10 2
14.10 Bolqarıstan – Litva
Macarıstan – Serbiya
17.10 Litva - Macarıstan
Serbiya – Monteneqro
16.11 Bolqarıstan – Macarıstan
Monteneqro – Litva
19.11 Macarıstan – Monteneqro
Serbiya – Bolqarıstan
H qrupu
Qazaxlar üçün dua edək
Kim düşünə bilərdi ki, top səviyyəli yığmaların olmadığı qrup “ölüm qrupu” olacaq? 6-cı turdan sonra 4 komanda bir-birindən 1 xal məsafəsində qərarlaşıb. Danimarka, Sloveniya və Finlandiya iki vəsiqəyə iddialı olsa da, azərbaycanlı azarkeşlərin simpatiyası və duaları dost-qardaş Qazaxıstanın yanındadı. Bu komandanın irəlidəki 4 oyunundan yalnız San Marino ilə qarşılaşma “asan gəzinti” olacaq. Həmin oyunda da top fərqini yaxşılaşdırmağa çalışmaq lazımdı, sonda bu amil də işə yaraya bilər.
Qazaxıstan – Sloveniya 1:2
Danimarka – Finlandiya 3:1
San Marino – Ş.İrlandiya 0:2
Qazaxıstan – Danimarka 3:2
Sloveniya – San Marino 2:0
Ş.İrlandiya – Finlandiya 0:1
Finlandiya - Sloveniya 2:0
Danimarka – Ş.İrlandiya 1:0
San Marino – Qazaxıstan 0:3
Finlandiya – San Marino 6:0
Ş.İrlandiya – Qazaxıstan 0:1
Sloveniya – Danimarka 1:1
Qazaxıstan – Finlandiya 0:1
Danimarka – San Marino 4:0
Sloveniya – Ş.İrlandiya 4:2
Qazaxıstan – Ş.İrlandiya 1:0
Finlandiya – Danimarka 0:1
San Marino – Sloveniya 0:4
1. Sloveniya 6 4 1 1 13–6 13
2. Danimarka 6 4 1 1 12–5 13
3. Finlandiya 6 4 0 2 11–4 12
4. Qazaxıstan 6 4 0 2 9–5 12
5. Ş.İrlandiya 6 1 0 5 4–8 3
6. San Marino 6 0 0 6 0–21 0
14.10 Ş.İrlandiya – San Marino
Sloveniya – Finlandiya
Danimarka - Qazaxıstan
17.10 Finlandiya – Qazaxıstan
Ş.İrlandiya – Sloveniya
San Marino – Danimarka
17.11 Qazaxıstan – San Marino
Finlandiya – Ş.İrlandiya
Danimarka – Sloveniya
20.11 Ş.İrlandiya – Danimarka
San Marino – Finlandiya
Sloveniya – Qazaxıstan
I qrupu
İsveçrəyə kim yoldaşlıq edəcək?
Murat Yakının çalışdırdığı İsveçrə vəsiqələrdən birini götürəcək. Ancaq Rumıniya ilə İsrail də liderə nəfəsini hiss etdirir. Hər şey noyabrda həll olunacaq – İsrailin Rumıniyanı qəbul edəcəyi oyunda.
Belarus – İsveçrə 0:5
İsrail – Kosovo 1:1
Andorra - Rumıniya 0:2
İsveçrə - İsrail 3:0
Rumıniya - Belarus 2:1
Kosovo - Andorra 1:1
Andorra – İsveçrə 1:2
Belarus – İsrail 1:2
Kosovo – Rumıniya 0:0
İsrail – Andorra 2:1
İsveçrə - Rumıniya 2:2
Belarus – Kosovo 2:1
Andorra - Belarus 0:0
Rumıniya – İsrail 1:1
Kosovo – İsveçrə 2:2
İsveçrə - Andorra 3:0
İsrail – Belarus 1:0
Rumıniya – Kosovo 2:0
1. İsveçrə 6 4 2 0 17–5 14
2. Rumıniya 6 3 3 0 9–4 12
3. İsrail 6 3 2 1 7–7 11
4. Belarus 6 1 1 4 4–11 4
5. Kosovo 6 0 4 2 5–8 4
6. Andorra 6 0 2 4 3–10 2
12.10 İsrail – İsveçrə
Andorra – Kosovo
Belarus – Rumıniya
15.10 İsveçrə - Belarus
Rumıniya – Andorra
Kosovo – İsrail
18.11 Belarus – Andorra
İsveçrə - Kosovo
İsrail – Rumıniya
21.11 Rumıniya – İsveçrə
Andorra – İsrail
Kosovo – Belarus
J qrupu
Favorit Portuqaliya və Slovakiya ilə Lüksemburqun mübarizəsi
Portuqaliya tarixinin ən böyükhesablı qələbəsini Ronaldosuz qazandı. Bu komandanın AÇ-də görünəcəyinə heç kimin şübhəsi yoxdu. Bu qrupda perspektivli Lüksemburq yığması da var. Bəli-bəli, çoxdan “cırtdan” təyini ilə vidalaşan Lüksemburq. Artıq 10 xal toplayan komanda İslandiyanı, Bosniya və Hersoqovinanı məğlub edib, baxımlı və müasir futbol oynayır. Amma belə oyun qitə çempionatına yollanmağa imkan verəcəkmi? Bu sual cavabını oktyabrdakı Lüksemburq – Slovakiya oyununda tapacaq.
Bosniya və H. – İslandiya 3:0
Portuqaliya – Lixtenşteyn 4:0
Slovakiya – Lüksemburq 0:0
Lixtenşteyn – İslandiya 0:7
Lüksemburq – Portuqaliya 0:6
Slovakiya – Bosniya və H. 2:0
Lüksemburq – Lixtenşteyn 2:0
İslandiya - Slovakiya 1:2
Portuqaliya - Bosniya və H. 3:0
Bosniya və H. - Lüksemburq 0:2
İslandiya - Portuqaliya 0:1
Lixtenşteyn - Slovakiya 0:1
Bosniya və H. - Lixtenşteyn 2:1
Lüksemburq – İslandiya 3:1
Slovakiya – Portuqaliya 0:1
İslandiya – Bosniya və H. 1:0
Portuqaliya - Lüksemburq 9:0
Slovakiya - Lixtenşteyn 3:0
1. Portuqaliya 6 6 0 0 24–0 18
2. Slovakiya 6 4 1 1 8–2 13
3. Lüksemburq 6 3 1 2 7–16 10
4. Bosniya və H. 6 2 0 4 5–9 6
5. İslandiya 6 2 0 4 10–9 6
6. Lixtenşteyn 6 0 0 6 1–19 0
13.10 İslandiya – Lüksemburq
Lixtenşteyn – Bosniya və H.
Portuqaliya - Slovakiya
16.10 Bosniya və H. – Portuqaliya
İslandiya – Lixtenşteyn
Lüksemburq - Slovakiya
16.11 Lixtenşteyn – Portuqaliya
Lüksemburq – Bosniya və H.
Slovakiya – İslandiya
19.11 Bosniya və H. – Slovakiya
Lixtenşteyn – Lüksemburq
Portuqaliya – İslandiya