• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qırmızı qəzəb” ətrafa qorxu saçır

AÇ

15-09-2023, 22:0

İspaniya yığmasının oyununa baxanda istər-istəməz düşünürsən ki, nə yaxşı bizim qrupa düşməyib.

"Football-plus.az" xəbər verir ki, axı ispanlar rəqibin statusuna-filan baxmadan bacardığı qədər qol vurur. “Qırmızı qəzəb” Gürcüstanın ardından Kipr yunanlarının üzərinə də qəzəbini tökdü. Cənubi Kiprin bu oyundakı qələbəsinin əmsalı 101 idi. Yəqin hansısa qumarbaz bukmeker kontoruna baş çəkib. Ancaq İspaniya yığması yazda Şotlandiya ilə oyunda büdrəməsinin yalnız yeni çalışdırıcının tələblərinə uyğunlaşmaqla bağlı olduğunu bir daha göstərdi. Sentyabrın 8-də gürcülərin qapısından 7 qol keçirən ispanlar bu dəfə də 6 top fərqi ilə qələbə qazandı. Onlar qapısını toxunulmaz saxladı. Ancaq rəqib qapına zərbə vurmursa, necə qol buraxacaqsan?! Simon yalnız Sionisin zərbəsini qaytarmaq lazım gələndə oyuna qoşulmalı oldu. Onda da hesab artıq 3:0 idi. Oyunun taleyi hələ ilk yarıda Niko Uilyamsın ötürmələrindən sonra Qavi ilə Merino fərqlənəndə həll olunmuşdu. Yeri gəlmişkən, Niko ardıcıl 2-ci oyunda parladı. Gürcülərlə oyunda da qol və məhsuldar ötürmə ilə yadda qalmışdı. Belə görünür ki, o, Qana yığmasının şərəfini qoruyan böyük qardaşı İnyaki ilə müqayisədə daha doğru seçim edib.

De la Fuentenin komandası fasilədən sonra uzun müddət adalıların müdafiəsini yara bilmədi. Ancaq baş məşqçilərin etdiyi dəyişikliklər istisnasız ispanların işinə yaradı. Millətlər Liqasının qalibinin heyətində növbəti 4 qolu məhz sonradan meydana çıxanlar vurdu, Baena isə debüt oyununda topa ilk toxunuşda fərqləndi. İspaniya Şotlandiyanın təqibini davam etdirir. Bu komandalar oktyabrın 12-də məhz birincilərin meydanında qarşılaşacaq.
2000-ci ildən bəri ilk dəfə qitə çempionatına qatılmaq ümidini itirməyən Norveç Gürcüstanı məğlub edə bildi. İordaniya ilə yoldaşlıq oyununu buraxan Holann da meydanda idi. 25-ci dəqiqədə məhz o, özünəməxsus şəkildə hesabı açdı – cərimə meydançasına asma zamanı hamıdan hündür tullanıb topu uzaq küncə göndərdi. Məhsuldar asmanın müəllifi Nusanın oyununu da qeyd etməyə dəyər. “Brügge”nin 18 yaşlı vingeri cəmi 8 dəqiqə sonra Edeqorun da fərqlənməsinə şərait yaratdı. Bununla belə, Holannın və komandasının Almaniyada keçiriləcək qitə çempionatına yollanmaq şansı o qədər də yüksək deyil. Xal itirməyən Şotlandiya ilə sürəti artıran İspaniyaya çatmaq mümkünsüz görünür.

İspaniya önündəki darmadağından sonra gözü qorxan Villi Sanyol dəyişikliklər hesabına Gürcüstan yığmasının oyununa müdaxilə etməyə çalışdı. Onun müəyyən mənada niyyətinə çatdığını deyə bilərik. Məhz sonradan meydana çıxan Zivzivadze ilk uzatma dəqiqəsində gözəl zərbə ilə komandasının təsəlli qolunu vurdu. Qonşularımızın hesabı bərabərləşdirmək üçün nə vaxtı qalmışdı, nə də gücü. Ardıcıl 3-cü məğlubiyyət onların turnir iddialarına ciddi zərbə vurdu.

A qrupu
İspaniya – C.Kipr 6:0 (2:0)
İspaniya: Simon, Karvaxal, Le Norman, Lyaport, Qayya (Balde, 61), Rodri, Qavi (Baena, 76), M.Merino, Yamal (Torres, 61), Morata (Xoselu, 46), N.Uilyams (Pino, 46).
C.Kipr: Mall, Karo, Qoqiç, Layfis, Andreu (Panayotu, 90+1), Kiriaku (İoannu, 46), Kusulos (Sionis, 55), Haralambus (Pileas, 62), Korreyya, Kastanos, Sotiriu (Pittas, 62).
Qollar: Qavi, 18 (1:0). M.Merino, 33 (2:0). Xoselu, 70 (3:0). Torres, 73 (4:0). Baena, 77 (5:0). Torres, 83 (6:0).
Vərəqələr: Kastanos, 45+3. Pino, 69 – sarı.
Hakim: Simone Sotsa (İtaliya).
12 sentyabr. Qranada. 17311 tamaşaçı.
Norveç – Gürcüstan 2:1 (2:0)
Norveç: Nüland, Ayer, Strannberq, Estiqor, Byerkan, Eursnes, Berq, Edeqor, Nusa (Solbakken, 71), Holann, Larsen (Berge, 71).
Gürcüstan: Mamardaşvili, Qoçoleişvili (Mamuçaşvili, 46), Kaşiya, Kverkveliya, Kalandadze, Azarov, Kiteişvili, Koçoraşvili (Mekvabişvili, 76), Davitaşvili (Çakvetadze, 67), Kvaratsxeliya, Mikautadze (Zivzivadze, 67).
Qollar: Holann, 25 (1:0). Edeqor, 33 (2:0). Zivzivadze, 90+1 (2:1).
Vərəqələr: Davitaşvili, 64. Zivzivadze, 82 – sarı.
Hakim: Nikola Dabanoviç (Monteneqro).
12 sentyabr. Oslo. 23665 tamaşaçı.
1. Şotlandiya 5 5 0 0 12-1 15
2. İspaniya 4 3 0 1 16-3 9
3. Norveç 5 2 1 2 7-8 7
4. Gürcüstan 5 1 1 3 5-13 4
5. C.Kipr 5 0 0 5 2-17 0
Növbəti turun oyunları oktyabrın 12-də keçiriləcək: C.Kipr – Norveç, İspaniya – Şotlandiya.

Faktlar
* Holann mövsümün əvvəlindən bəri keçirdiyi 7 oyunda 7 qol vurub. 23 yaşlı forvardın həm “Mançester Siti”nin, həm də yığmanın heyətində keçirdiyi oyunları nəzərə alırıq. Onun milli formada keçirdiyi 26 oyunda 25 dəfə fərqləndiyini də xatırladaq.
* Gürcüstan yığmasının liderlərindən Kvaratsxeliya artıq 20 oyundu qol vura bilmir. 22 yaşlı yarımmüdafiəçi “Napoli”nin və yığmanın heyətində keçirdiyi son 20 oyunda yalnız bir məhsuldar ötürmə verib. “Qızıl top”a namizədlər sırasında olan Xviça sonuncu dəfə A seriyası çərçivəsində martın 19-da keçirilən “Torino” ilə oyunda fərqlənib.

Oyundan sonra
Villi Sanyol, Gürcüstan yığmasının baş məşqçisi: “Hakimə dedim ki, 2-ci hissəyə cəmi 3 dəqiqə artırmaq ədalətsizlikdi. Daha çox artırsaydı, hesabı bərabərləşdirib-bərabərləşdirməyəcəyimizi heç kim deyə bilməz. Bəlkə Norveç də 3-cü qolu vuracaqdı. Ancaq düşünürəm ki, müəyyən hörməti haqq etmişəm. Hakim mənlə elə danışdı ki, sanki futboldan heç nə anlamıram. Kvaratsxeliyanın zərbəsindən dərhal sonra oyunu tələsik bitirdi. Norveç bizlə müqayisədə topa daha çox sahib oldu, xüsusən də 1-ci hissədə. Ümumilikdə biz Norveçdən daha artıq təhlükəli vəziyyət yaratdıq, bu üzdən nəticəyə görə məyusuq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-03-2023, 21:0

İngiltərə premyer-liqasının 26-cı turu ilə bağlı MARAQLI FAKTLAR

DÇ 2026

23-11-2022, 21:0

İspaniya üçün yubiley

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
  • 26-07-2026, 21:0
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə