İordaniya millisinin baş məşqçisi mətbuat konfransına gəlmədi

12.09.2023 22:39 232
Yığma / Manşet
Millimiz yoxlama matçında İordaniyanı məğlub edib - 2:1.

“Football-plus.az” xəbər verir ki, asiyalıların çalışdırıcısı Hüseyin Ammuta oyundan sonra keçirilən mətbuat konfransında iştirak etməyib.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədlinin saytımıza dediyinə görə, mütəxəssis görüşdən öncə oyunsonrası mətbuat konfransında iştirak etmək istəmədiyini və dərhal vətənə yollanacaqlarını bildirib.