• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bayraq tapdalayan erməni futbolçular haqq etdiyi cəzanı aldı? - AÇIQLAMALAR

Ölkə futbolu / Manşet

1-09-2023, 23:0

Bildiyiniz kimi, Azərbaycan Dövlət Sərhəd Xidməti aprelin 23-də Ermənistanla sərhəddə, Laçın - Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmaqla Qarabağ ərazisinə və ordan kənara daşınan silah-sursatın, hər cür qaçaqmalçılıq vasitələrinin dövriyyəsinin qarşısını aldı.

Vaxtaşırı sərhədçilərimiz azərbaycanlılara qarşı hər cür qəddarlıq törədən Vaqif Xaçaturyan kimi əclafları da ələ keçirir. Bu dəfə isə tora 2021-ci ildə Azərbaycanın dövlət bayrağını iyrənc şəkildə təhqir edən, yaşıl meydana çıxarkən ayaq altına sərib tapdalayan “Martuni Avo” klubunun futbolçularından üçü – Alen Sarkisyan, Vahe Ovsepyan və Levon Qriqoryan düşüb. Adı çəkilən şəxslər avqustun 28-də Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Müdafiə hüquqları təmin edilməklə istintaqa cəlb edilən şəxslər dindirmə zamanı törətdikləri əməli etiraf edərək səmimi peşman olduqlarını, gələcəkdə bir daha bu kimi hərəkətlərə yol verməyəcəklərini bildiriblər. Təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək onların barəsində cinayət təqibinə xitam verilib. Adı çəkilən şəxslər barədə məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati həbs tətbiq olunub. Bu müddət bitəndən sonra onların Azərbaycanın hüdudlarından kənara çıxarılması təmin olunacaq.

Erməni futbolçuların hərəkəti və Azərbaycan dövlətinin onlara münasibətdə humanist jesti ilə bağlı tanınan sabiq futbolçulardan Əfran İsmayılovla Rauf Əliyevin fikirlərini öyrəndik. Həmçinin onlardan düşmən ölkənin atributlarına necə münasibət bəslədiklərini də soruşduq.

Əfran İsmayılov:

"Məsələdən xəbərdaram və xəbərləri izləyirəm. Mən artıq sabiq futbolçuyam. Qanunlarımıza hörmət, ehtiram bəsləyirəm. Amma onları dərindən bilmirəm. Bu üzdən mövzuya sabiq futbolçu və sıravi vətəndaş kimi münasibət bildirəcəm. Heç kimin bayrağımızı təhqir etmək, aşağılamaq ixtiyarı, haqqı yoxdu. Bunu edən üç erməni futbolçu da əməllərinə görə cəzasını alıb. Kimsə onlara verilən cəzanı yüngül hesab edir. Mən bu barədə nəsə deyə bilmərəm. Amma düşünürəm ki, dövlət onlara layiq olduğu cəzanı verib. Əsas olan da onların qanunsuz əməllərinə biganə yanaşmamağımızdı. Şükürlər olsun ki, dövlətimiz bu işdə iradə göstərdi və qanunsuz əməllərin cəzasını verdi. İnanıram ki, bu cavab başqa ermənilər üçün də dərs olacaq. Mənim düşmən bayrağını təhqir etməyimə, aşağılamağıma gəlincə, belə etmərəm. İnanmıram ki, xalqımız ermənilər kimi səviyyəsini endirib, onların əməllərini təkrarlaya. Təbii ki, müharibə-döyüş zamanı baş verən hallar istisnadı. Amma bu o demək də deyil ki, mənim qarşımda kimsə bayrağımı təhqir edər, aşağılayar və hərəkətsiz qalaram. Dərhal həmin şəxsin cəzasını özüm verərəm. Bir daha bədnam qonşularımızın əməllərini pisləyirəm və onlara layiqli cəzanın verildiyi qənaətindəyəm".


Rauf Əliyev:
"Məşhur deyim var: "İdman siyasətdən uzaq olmalıdı". Mən də daim siyasətdən uzaq olmuşam, eləcə də futbolun siyasətə qarışdırılmasının əleyhinəyəm. Amma bu o demək deyil ki, bayrağımıza hörmətsizlik edən üç erməni futbolçunun əmələrinə haqq qazandırmaq olar. Onların əməllərini düzgün saymır, qınayıram. Məncə, dövlətimiz də onlara layiqli cəzanı verib. Mən qarabağlıyam, özü də məcburi köçkün həyatı yaşamışam. Buna rəğmən, ermənilərin səviyyəsinə enib, onlar kimi bayrağı təhqir etmək və bunu sosial şəbəkələrdə yaymaq kimi əməllər etməzdim. Bunu etməklə siyasətə də qoşulmuş oluram. Mən də yuxarı da qeyd etdim ki, siyasətdən tam uzaq biriyəm".


ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

İdman

5-07-2023, 15:0

“Hemilton üçün sərhəd yoxdu”

İdman

16-04-2022, 15:0

Hacı Əliyevə vəzifə verildi - RƏSMİ

Manşet

15-04-2023, 13:0

Ermənistanda Dövlət bayrağımızın yandırılması faktı ilə bağlı cinayət işi başlandı

Manşet

15-04-2023, 23:0

Ermənilərin həyasızlığı sərhəd tanımır

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 13:58
    "Yeni mərhələyə başlamağın vaxtıdı" - Zubir
  • Bu gün, 13:27
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 12:56
    MS-ni tərk edə bilər
  • Bu gün, 12:25
    "Qarabağ"da Zubir dönəmi başa çatdı - RƏSMİ
  • Bu gün, 11:54
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 11:23
    Dünya çempionu paytaxt klubunda
  • Bu gün, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Bu gün, 10:31
    London klubunda yeni futbolçu
  • Bu gün, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:50
    Qəbələdə "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Dünən, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Dünən, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Dünən, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Dünən, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Dünən, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Dünən, 14:55
    İspaniya klubunu tərk etdi
  • Dünən, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Dünən, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Dünən, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Dünən, 13:22
    Amsterdamda qərar tutdu
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 132
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 112
Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə