"Könül istərdi ki, görüşlər şənbə və bazar günlərində olsun"

25.08.2023 11:55 243
Aktual / Ölkə futbolu
1-ci liqanın yeni mövsümünün püşkü atıldı. Püşk nəticəsində ilk turun cütləri belə formalaşdı:

"Difai Ağsu" - MOİK
"Zaqatala" - "İrəvan"
"Karvan" - "Mingəçevir"
"Qaradağ Lökbatan" - "Şamaxı"
"Araz Saatlı" - "İmişli"

Sentyabrdan start götürəcək oyunlar həftəiçi keçiriləcək. Bəs qarşılaşmaların ara günlərə salınmasına, ünumiyyətlə, püşkə komandaların münasibəti necədi?

"Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov mövzuyla bağlı "Football-plus.az"a danışdı:

"İlk turda güclü "İrəvan"la oynayacağıq. Amma bundan qorxumuz yoxdu. Çünki gec-tez bütün rəqiblərlə qarşılaşmalıyıq. Oyunlarln həftəiçi keçirilməsinə gəlincə, buna artıq öyrəşmişik. Təbii ki, könül istərdi görüşlər şənbə və bazar günlərində olsun. Bu həm məktəblilər, həm də işləyən insanlar üçün istirahət olardı. Bunun da nəticəsində tribunalarımız dolardı".


ABDULLA İSMAYILOĞLU