• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Adınızda qələbə var?! - KÖŞƏ

Manşet / Yazarlar

25-08-2023, 11:0

Bu gün Misli premyer-liqasında 4-cü tura start veriləcək.

Çempionatın yeni başlamasına baxmayaraq, artıq bir çox maraqlı oyunların, qeyri-adi hadisələrin və sürpriz nəticələrin şahidi olmuşuq. “Zirə” möhtəşəm başlanğıcla adını dillər əzbəri edib. Mütəxəssislərin əksəriyyəti qəsəbə təmsilçisini indidən Konfrans Liqasında görür. Təbii ki, Rəşad Sadıqovun komandası uğur qrafikini pozmasa, buna nail olacaq. Ötən mövsümün nəhənglərinin - “Sabah” və “Neftçi”nin nəticələri haqda danışmaq hələ ki tezdi. Çünki sözügedən komandaların başı avrokubok matçlarına qarışmışdı. Yaxşı ki “Qarabağ” hələ də bu minvalla irəliləyir. “Səbail”, “Turan Tovuz” və “Kəpəz”in orta pillələrdə qərarlaşmaq arzusu nəzərimizdədi. Son duruma əsasən Tovuz təmsilçisi bu hədəf yolunda daha istəklidi. “Sumqayıt” yaxşı performansla ən yaxın rəqibi, son çempion “Qarabağ”ı üstələyir. Samir Abasovun uğur formulu bəlkə də bu mövsüm “kimyaçılar”ı çoxlu qələbəyə daşıyacaq. “Araz-Naxçıvan” haqda isə mənfi fikirlər söyləmək insafsız olar. Debütant indiyə qədər keçirdiyi hər üç matçda yaxşı çıxış edib. Düzdü, Muxtar Respublika təmsilçisinin cəmi 3 xalı var. Lakin bu, futbol ictimaiyyətini yanıltmasın. Çünki komanda premyer-liqanın startına çox az vaxt qalmış quruldu. Futbolçular birlikdə ilk matçını məhz 1-ci turda “Turan Tovuz”a qarşı oynadı. Xatırlayırsızsa, naxçıvanlılar Qəbələdə keçirilən təlim-məşq toplanışında rəqib tapa bilmədiyindən iki heyətə bölünüb yoldaşlıq matçı keçirmişdilər. İndi həmin komanda az qala “Qarabağ”la heç-heçə edəcəkdi. Zubir və Andrade meydana çıxmasaydı, sensasiya yaşanacaqdı.

Nəhayət, turnir cədvəlinin dibində 2022/23 “futbol ili”ndə sözün əsl mənasında tarix yazan, mövsümü 4-cü yerdə bitirdikdən sonra “Neftçi”ni məğlub edərək ölkə kubokuna sahib çıxan “Qəbələ”ni görürük. O, “Qəbələ” ki Konfrans Liqasının 1-ci təsnifat mərhələsində ev oyununda “Omoniya”ya “dişini göstərdi”. Cənubi Kipr mətbuatı cavab oyununa qədər Allaşdan, Hanidən yazdı ki, adıçəkilənləri dayandırmaq olmayacaq. İkinci görüşdə Roman Bezus “Qəbələ”ni elə dayandırdı ki, komanda hələ də yerindən tərpənə bilmir. Nə “Sabah”ın 5, “Araz-Naxçıvan”ın 2 cavabsız qolu, nə də “Sumqayıt”ın 2:1 hesablı qələbəsi “qırmızı-qaralar”ı ayıltdı. Mütəxəssislər iddia edir ki, cəmi bir qələbə komandanı özünə gətirəcək, ruhlandıracaq və s. və i.a. Əlbəttə, belə ehtimal var. Amma bir çox baş məqşçinin də dediyi kimi, futbolçuların oyun tərzində xarakter daha vacib amildi. Sözümün canı odu ki, “Qəbələ” 5 cavabsız qolla darmadağın edildikdən sonra xarakter göstərməliydi, növbəti matçlar üçün ruhlanmalıydı, özünə gəlməliydi. Bu proses, görəsən, nə vaxt başlayacaq? 4-cü turda “Neftçi”, 5-ci turda “Zirə”, 6-cı turda “Turan Tovuz”, 7-ci turda isə “Qarabağ” səddi var. Sizcə, “qırmızı-qaralar”ın real imkanlara əsasən ilk qələbəsini qazana biləcəyi rəqib “Turan Tovuz”du? Çətin! Çünki bu səfər oyunu olacaq. Tovuzlu azarkeşlərin xüsusilə ev matçlarında tribunalarda yaratdığı ab-hava futbol ictimaiyyətinin istənilən fərdinə bəllidi. “Qəbələ” azarkeşlərinə gəlincə, “Red-Black Army” deyir ki, bizim tribunaları doldurmaq öhdəliyimiz yoxdu, işimiz-gücümüz var. Bəlli meyarlara əsasən baxanda fanklub haqlıdı. Çünki bu azarkeş qrupunun rəsmi statusu yoxdu. Təəssüfləndirici hal oldu ki, “Red-Black Army” “Qəbələ”nin evdə “Omoniya”ya qarşı mübariz çıxışının səbəbini unudub! Xatırladım ki, həmin performansın başlıca səbəbi azarkeş dəstəyi idi.

İndi vəziyyət elə həddə çatıb ki, baş məşqçi Elmar Baxşıyevin getməsini istəyənlər də çoxalıb, klubun məşhur “adımızda qələbə var” devizini lağa qoyanlar da... Yeri gəlmişkən, 0:5 hesablı darmadağını rəsmi sosial şəbəkə hesabında niyə çox kiçik şriftlə paylaşmışdınız? Daha kiçik hesablı məğlubiyyətlərdə isə şriftlər böyüdü. Əvəzedici komandanın mükəməl nəticələri, deyəsən, ən böyük şriftlə yazılmışdı. Nəzərinizə çatdırım ki, indiki azarkeş kütləsi ən xırda detalları belə unutmur və klubundan daha yaxşı işlər gözləyir. Rəqib tərəfdarları bir yana, neytral azarkeşlər o biri yana, heç olmasa, öz fanatlarınızın lağ obyektinə çevrilməyin!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

25-08-2023, 21:0

“Dalğa Arena”da bərabərlik - YENİLƏNİB

Premyer-liqa / Manşet

28-10-2022, 16:0

"Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi

Premyer-liqa

21-07-2023, 16:0

Premyer-liqada mövsümün tam təqvimi

Premyer-liqa / Manşet

18-07-2023, 18:0

Premyer-liqanın ilk 5 turunun cütləri bəlli oldu

Premyer-liqa / Manşet

31-03-2023, 17:0

"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi - YENİLƏNİB

Premyer-liqa

15-08-2023, 17:0

“Dalğa Arena”da sensasiya, “Qarabağ”dan darmadağın - TURUN ŞƏRHİ

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Bu gün, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Bu gün, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Bu gün, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Bu gün, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Bu gün, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Bu gün, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Bu gün, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Bu gün, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Bu gün, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Bu gün, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Daha çox
Oxunub: 227
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 183
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə