Harri Keynin ailəsində say artımı qeydə alınıb. “Bavariya”nın yeni oyunçusu 4-cü dəfə ata olub.
"Football-plus.az" xəbər verir ki, bu barədə ingiltərəli hücumçu sosial şəbəkə hesablarında paylaşım edib. Körpəyə Henri Edvard adı verilib: “Bu dünyaya xoş gəldin, Henri Edvard Keyn. Səni sevirəm, körpə!”.
30 yaşlı Keyn uşaqlıq sevgilisi Keyt Qudlendə 2017-ci ildə evlilik təklif edib və iki ildən sonra onunla evlənib. İndi cütlüyün iki oğlu və iki qızı var.