• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

AFFA-nın qərarı PFL-in işlərini korladı - KÖŞƏ

Manşet / Yazarlar

23-08-2023, 13:0

Bilindiyi kimi, 1-ci liqada 10, daha aşağı dəstədə 14 komanda iştirak edəcək. Oyunlar başlamamış klubların bəziləri PFL-ə narazılıqlarını bildiriblər. Əsas etiraz oyunların günü ilə bağlıdı. 1-ci liqada qarşılaşmalar bazar ertəsi və çərşənbə axşamı, ikincidə isə çərşənbə və cümə axşamı günləri baş tutacaq.

Nəzərə alaq ki, bu turnirlərdə çıxış edən komandaların stadionlarının çoxunda işıqlandırma sistemi yoxdu. Bu səbəbdən də oyunlar günorta saatlarında start götürəcək. Bu da o deməkdi ki, stadionlara az azarkeş gələcək. Çünki adamlar həftəiçi işdə olurlar. Azərbaycanda isə iş saatı 18.00-da bitir. Günorta insanların 1-ci və 2-ci liqa oyunlarında necə gələcəyi sual doğurur.

Redaksiyamıza maraqlı informasiya daxil olub. Sən demə, Region Liqasının görüşləri həftəsonu keçiriləcək. Peşəkar səviyyəli klublar PFL nümayəndələrindən oyunların nə üçün həmin günlərdə keçiriləcəyinin səbəbini soruşublar. Cavab maraqlı olub. Qurum 4 çempionatın təşkilatçılığını boynuna götürüb. Bunlar premyer-liqa, 1-ci, 2-ci liqalar və əvəzedicilərin yarışıdı. Həftə ərzində 5 görüş əsas, 5 oyun əvəzedici, 5 matç 1-ci, 7 qarşılaşma isə 2-ci çempionatda keçiriləcək. Bu da ümumilikdə 22 görüş edir. PFL bu qarşılaşmaların keçirilməsi üçün zaman və hakim çatışmazlığının olduğunu bildirib. Qurum rəsmiləri vaxt problemini həll edə biləcəklərini, lakin referilərin sayının az olmasına çarə tapa bilmədiklərini söyləyiblər. Çünki Region Liqasının oyunlarının həftəsonu keçirilməsi 1-ci liqadakı görüşlərin bazar ertəsi və çərşənbə axşamı günlərində keçirilməsinə səbəb olub.

Gəlin, nəzər yetirək ki, hazırda Azərbaycan neçə hakim fəaliyyət göstərir? AFFA bununla bağlı iyunun 7-də siyahı açıqlayıb. Elit və 1-ci dərəcəli hakimləri toplayanda say 28 edir. Onların köməkçilərinin ümumi sayı isə 38-di. Yəni ölkəmizdə peşəkar hakim kimi fəaliyyət gösərən 66 nəfər var. Bu da 5 liqa üçün çox azdı. Amma nəsə etmək olardı. Onsuz da bəzi hallarda AFFA Hakimlər Komitəsi VAR-a və 4-cü olaraq oyunlara təyinat alan referiləri digər liqalarda əsas hakim kimi sınaya bilir. Baxın, premyer-liqa oyunları üçün 5 əsas, 5 VAR, 5 də 4-cü hakim lazımdı. 10 nəfər də köməkçiyə ehtiyac var. Əvəzedicilərin çempionatında isə əsasən 1-ci dərəcəli hakimlər söz sahibi olur. Burda 5 referi, 5 4-cü, 10 köməkçi hakimin olduğunu nəzərə alsaq, ümumilikdə 20 nəfərin işbaşında olacağını görürük. Yuxarıda qeyd etdiyimiz kimi AFFA-nın yaydığı siyahıda həm elit, həm də 1-ci dərəcəli hakimlərin sayını toplayanda 28 əsas, 38 köməkçi referinin olduğunu görürük. Deməli, həftəsonu premyer-liqada və əvəzedicilərin çempionatında oyunlar baş tutsa, ümumilikdə 3 əsas, 18 köməkçi hakim boşda qalır. Yəni 1-ci liqanın oyunlarını həftəsonu keçirmək olardı. Necə? Premyer-liqada 4-cü və ya VAR hakimi kimi təyinat alanlardan 1-ci liqada istifadə etmək olar. O qədər görmüşük ki, hanslsa referi bir həftədə 2 oyuna təyinat alsın. Yəni PFL bu problemi həll edə bilərdi. Lakin AFFA Region Liqası oyunlarını həftəsonuna salmaqla qurumun planını alt-üst edib.

Bu mövsüm 1-ci liqa çox maraqlı olacaq. Çünki çempionatda yetərincə güclü komandalar çıxış edəcək. 6 klub indidən çempionluğa oynayacağını açıqlayıb. Lakin azarkeşlər öz komandalarının oyunlarına rahat baxa bilməyəcəklər. Çünki AFFA Hakimlər Komitəsində hakim çatışmazlığı var və qurum öz məhsuluna görə bu liqanı qurban verir.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

4-05-2023, 19:0

“Şamaxı” layihəsi premyer-liqanın taleyinə təsir etdi – ÖZƏL

Aktual
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
“Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
Son xəbərlər
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 13:18
    Murad Musayev "Şəfa"da
  • Dünən, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Dünən, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
  • Dünən, 11:49
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 10:37
    Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
  • Dünən, 10:26
    Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri
  • Dünən, 10:00
    Karyerasını başa vurdu
  • Dünən, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 207
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 192
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Oxunub: 162
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə