"Kəpəz"dən daha bir transfer - ÖZƏL

20.08.2023 16:51 408
Premyer-liqa / Manşet
Bu gün "Turan Tovuz"la yollarını ayıran Vüsal Məsimovun yeni klubu məlumdu.

"Football-plus.az"ın əldə etdiyi məlumata görə, 23 yaşlı futbolçu "Kəpəz"ə keçəcək. Məsimovun tovuzlulardan ayrılığının səbəbi daha çox şans tapacağı kluba getməsidi. Bu xəbəri saytımıza açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov da təsdiqlədi:

"Vüsal perspektivli oyunçudu. Özü bizə yaxınlaşdı və daha çox oynamaq istədiyi yerə gedəcəyini dedi. Biz də ona bu şansı verdik".


Qeyd edək ki, Vüsal ötən ilin yayından Tovuz təmsilçisində çıxış edirdi.

CAVİD ƏLİYEV