• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Donnarumma PSJ-dən niyə getmək istəyir?

Dünya futbolu

11-08-2023, 18:0

Yəqin ki, bir neçə gün əvvəl Canluici Donnarummanın başına gələn hadisədən xəbəriniz var.

"Football-plus.az" xəbər verir ki, xəbərdar olmayanlara xatırladaq ki, PSJ-nin qapıçısının evi qarət olunub. Bu hadisədən şoka düşən italiyalı futbolçunun artıq Parisi və ümumiyyətlə, Fransanı tərk etmək haqda düşündüyü iddia olunur. İndi bu iddianın reallaşmaq ehtimalını dəyərləndirəcəyik.

O, güclü stress keçirib
Ümumiyyətlə, futbolçuların evi tez-tez qarət olunur. Cinayətkarlar əksər hallarda cinayət əməlini idmançılar evdə olmayanda reallaşdırmağa çalışırlar. Bəzən isə onlara öz evində hədə-qorxu gəlməklə istəyinə çatırlar. Məlum hadisədə PSJ-nin qapıçısının əl-qolunu bağlayan qarətçilər başına iki dəfə zərbə endiriblər. Adətən, bu tip cinayətlər xüsusi planlaşdırma nəticəsində həyata keçirilir. Futbolçu fiziki təsirə məruz qalarkən evdə olan sevgilisinə görə bərk narahatlıq keçirib.

Psixoloqlar bu hadisəni dəyərləndirərkən müdafiə olunmayan adamın psixoloji sarsıntıya məruz qaldığını deyirlər. Donnarumma həyatında nadir hallarda fiziki hücuma məruz qalan böyük cüssəli oğlandı. Əlbəttə, onun həm də milyonçu olduğu hamıya bəllidi. İdmançılar əksər hallarda özünəəmin olurlar. Belə sahəyə malik olanların psixoloji alçaldılmaya tab gətirməsi çətin məsələdi. Axı o, sevgilisinin gözləri qarşısında həm fiziki, həm də mənəvi təzyiqə məruz qalıb.

Qarətçilər Alessiya Elefanteni evdə olan qiymətli əşyaları onlara verməyə vadar ediblər. Bu məqamdan Canluicinin xəbəri olmayıb, bu isə bir olan və ya kişi üçün böyük stress deməkdi. Alessiya Cicidən azı iki dəfə zərifdi, boy baxımından isə ondan 30 santimetr geri qalır. Yaxşı ki, cinayətkarlar planlarını həyata keçirəndən sonra ev sahiblərinə toxunmayıblar, təxminən yarım milyon avroluq əşyaları özləri ilə aparıblar. Canluici ilə Alessiya isə gecə saat 3 radələrində evi tərk ediblər.

Yaxınlıqdakı otelə pənah gətirən cütlük bir neçə saatdan sonra ayrılmalı olublar: biri xəstəxaya, digəri isə polis bölməsinə aparılıb. PSJ-nin qətərli sahibləri, ümumiyyətlə, psixologiyadan baş açmırlar. Qeyd edək ki, Donnarummanın başına gələn əhvalat son illərdə komandanın oyunçularının evinə edilən 9-cu hücum faktıdı. Bir neçə ay əvvəl atdan yıxılaraq beyin sarsıntısı keçirən və cərrahiyyə əməliyyatına məruz qalan digər qapıçı Serxio Riko, Markinyos, Anxel Di Mariya, Mauro İkardi, Daniel Alveş və 1,5 milyon avro ziyana düşən Tyaqo Silva da belə vəziyyətə düşüblər. Ən pisi odu ki, polis bu qədər cinayət hadisəsinə görə heç kimi yaxalaya bilməyib! Qətərli şeyxlər cinayətkarların tapılması və futbolçulara vurulan zərərin ödənilməsi üçün çoxdan Fransanın prezidenti Emmanuel Makrona belə müraciət etməliydilər. Bir halda ki, klub oyunçularını qoruya bilmir, deməli, əksər legionerlər üçün Parisdə yaşamaq rahat deyil. Yeri gəlmişkən, evi qarət olunmayan Lionel Messi artıq paytaxtı tərk edib...

Canluici PSJ-dəki vəziyyətdən də narazıdı
Hazırda PSJ-də bir sıra ulduz futbolçularla bağlı xaotik vəziyyət hamıya məlumdu. Kilian Mbappe ətrafında cərəyan edən “sabun operası” çoxlarını bezdirib. O, klubdan loyallığa görə bonus alır. Halbuki artıq loyallıqdan danışmağın yeri yoxdu. “Real” onu sıralarına cəlb etməyi planlaşdırsa da, bu yay PSJ-yə təzminat ödəmək istəmir. Kilian isə İspaniya nəhəngi ilə gizli anlaşmaya əsasən onmilyonlarla avronu cibinə qoymaq üçün Madridə azad agent kimi yollanmağı düşünür. Onun adının “Liverpul”la yanaşı çəkilməsi İngiltərədə gülüş doğurur. Amma Yürgen Klopp belə məqamda hiyləgər addım ata bilər. Yəni “Liverpul”un gələcək sahibləri Mbappedən imtina etməzdilər.

“Çelsi”nin yeni bossu Todd Boeli Kilianı birilliyə icarəyə götürməyə hazırdı. Bu daha real variant kimi görünür. “Real” və “Barselona” ötən illərdə bir çox planlarda PSJ ilə çox çarpışıb. Bu səbəbdən Mbappenin bu yay İspaniyaya yollanması olduqca müşkül görünür. Xüsusilə də La Liqa nəhənglərinin maliyyə çətinlikləri fonunda çətin reallaşan məsələ sayılır. Qalır İngiltərə və inanılmaz variantların alınması. Məsələn, dünya çempionunun birilliyə “Bavariya”ya icarəyə verilməsi də bir variantdı. Amma bu məsələdə “Çelsi”nin ön plana çıxdığı deyilir. Ona görə ki, London klubunun transfer etmək imkanı yetərincə böyükdü.

Mbappe Parisi tərk etsə, son iki mövsümdə hamının gözünü qamaşdıran hücum “üçlüy”ündən (Messi-Mbappe-Neymar) yalnız Neymar qalacaq. Amma Donnarumma braziliyalının hardasa mövsümün yarısında oynamadığını yaxşı bilir. Serxio Ramos da komandanı tərk edib, yeni gələn mərkəz müdafiəçisi Milan Şkrinyarın PSJ-yə uyğunlaşması isə vaxt aparacaq. Cinah müdafiəçisi Əşrəf Hakimi Kilianın yaxın dostudu. Mərakeşli bir ildən sonra vaxtilə sıralarında olduğu “Real”a qayıtmağı planlaşdırır. Deməli, iyunda təyinat alan Luis Enrike yaxın gələcəkdə komandanın əsasını özü formalaşdırmalı olacaq.

Fransa nəhəngi artıq bu yay “Sportinq”dən uruqvaylı dayaq yarımmüdafiəçisi Daniel Uqarteni, “Bavariya”dan fransalı universal müdafiəçi Lukas Ernandesi və “Benfika”dan portuqaliyalı hücumçu Qonsalo Ramuşu transfer edib. Aydın məsələdi ki, yeni baş məşqçiyə komandanı qurmaq üçün müəyyən qədər vaxt lazım olacaq. Donnarumma isə klubda işlərin tam qaydasına düşməsini gözləməkdən yorulub.

Avropa çempionu “Yuventus”a keçəcək?
Avropa çempionu olan Canluici karyerasını bir neçə gün əvvəl başa vuran adaşı Buffonun İtaliya yığmasındakı layiqli xələfi sayılır. Bir neçə il əvvəl Parisdə yox, Turində peyda ola bilərdi: adı “Yuventus”la birgə hallanmışdı. Lakin PSJ-nin təklifi daha cəlbedici idi və artıq dünyasını dəyişən agenti Mino Rayola müştərisi Donnarummaya daha çox qazanmaq imkanının olduğunu başa salmışdı. Gənc qapıçı parislilərlə Çempionlar Liqasının bir neçə finalında oynamaq şansının olacağına inanırdı. Üç il əvvəl “Bavariya” ilə Lissabonda keçirilən həlledici matçda qapını Keylor Navas qorumuşdu. Kosta rikalı isə futbolun ən yeni tarixində ən yaxşı qapıçılardan sayılırdı.

Donnarumma onun kimi kifayət qədər vacib oyunlarda iştirak edəcəksə, karyerası daha parlaq alına bilər. Amma indi sıralarında daha rahat ola biləcəyi klubu arzulayır. 24 yaşlı Canluici əsas qapıçı statusunu ötən mövsüm qazandı. Rəhbərlik indi 36 yaşında olan Navası “Nottingem Forest”ə icarəyə vermişdi. Luis Enrikenin vətəninə qayıtmaq istəyən Cicini itirmək ehtimalı qalır. Qarət hadisəsi onu parislilərə bağlayan sonuncu bəndin qırılması kimi yozulur. Qeyd etdiyimiz kimi, “Yuventus” gənc qapıçı ilə çoxdan maraqlanırdı. Turinlilərin əsas qapıçısı olan polşalı Voytsex Şçensnının 33 yaşı var, Canluici ondan 9 yaş kiçikdi. “Yuve”nin ehtiyat qapıçısı Mattia Perin isə 30 yaşındadı. Anyellilər ailəsinin kluba sahiblik etməsinin 100 illik yubileyinə əsas hədiyyə üçün Donnarummanı seçməsi real görünə bilər. Ola bilər ki, bu planı yerinə yetirmək məqsədi ilə Şçensnı Parisə yola salınsın. Hər halda, belə variantda PSJ-nin qapıçı problemi həllini tapmış olacaq.

PSJ qalması üçün onu motivə etməlidi
Cicinin Fransa çempionu ilə müqaviləsinin müddəti üç ildən sonra başa çatacaq. Qapıçının bazar qiyməti təxminən 45 milyon avroya bərabərdi. Amma parislilər daha çox təzminat tələb edə bilərlər. Avrokuboklar mövsümünü sabiq rəhbərliyin maliyyə fırıldaqlarına görə buraxan “Yuventus”da isə pul qıtlığı var. Turinliləri əksər futbolçular üçün cəlbedici amil sayılan Zinəddin Zidan kimi mütəxəssis də çalışdırmır. Amma Donnarummanın “ağ-qaralar”a qoşulması Zidanla gələcək danışıqlar üçün “kozır” rolunu oynaya bilər. Yeri gəlmişkən, DÇ-1998-in qəhrəmanı tezliklə karyerasını bərpa edəcəyini dilə gətirib. Və onun üçün mümkün variantlardan biri məhz “Yuventus”du. Yəni yaxın gələcəkdə Cici Zidanın sərəncamında ola bilər. Əlbəttə, doğma klubu “Napoli”nin azarkeşləri qapıçını Turində görmək istəməzlər. Parisə 2021-ci ildə “Milan”dan keçən futbolçunun bu klubun tifozisi ilə münasibətləri isə çoxdan pozulub: yerli azarkeşlər onu PSJ-yə can atmasına görə “Dollarumma” adlandırmışdılar...

A seriyasında 2015-ci ildə 16 yaşında debüt edən Canluici üçün “Yuventus” variantı tələsik addım ola bilər? Sözsüz, onun gəlişi Turin klubu üçün böyük sərmayə demək olacaq. Gənc futbolçu isə finallara və kuboklara ehtiyac duyur. “Yuventus”un yeni mövsümdə çempion olmaq ehtimalı hazırkı məqamda heç də yüksək dəyərləndirilmir. Başqa sözlə, Cici Parisdə daha bir il qala və gələn yay “Mançester Yunayted”, “Çelsi” və “Bavariya”dakı qapıçı mövqeyi ilə bağlı vəziyyəti nəzərdən keçirərək qərar verə bilər.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-07-2022, 15:0

PSJ-nin əsas qapıçısı kim olacaq?

Dünya futbolu

15-03-2023, 19:0

Salahın evi qarət edildi

Dünya futbolu

29-08-2022, 12:0

Obameyanqı döyərək evini qarət etdilər

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Bu gün, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Bu gün, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Bu gün, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Bu gün, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Bu gün, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Bu gün, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Bu gün, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
Daha çox
Oxunub: 224
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 140
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə