• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Birinci liqa təmsilçilərini birləşdirən “vatsap” qrupu yaradılıb - AÇIQLAMALAR

1-ci liqa / Manşet

11-08-2023, 14:0

Bazar ertəsi AFFA-nın binasında 1-ci liqa klublarının rəhbərləri ilə görüş keçirilib.

Görüşdə PFL-in prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev klublarla müzakirələr aparıb. Bir sıra məsələlərə - yeni mövsümün startı, tətbiq ediləcək idman prinsipləri, legionerlə bağlı qaydalar, infrasruktur kimi mövzulara toxunulub.

"Football-plus.az" olaraq daha detallı bilgi əldə etmək üçün 1-ci liqanın bəzi təmsilçilərinin də fikirlərini öyrəndik.

Aqşin Mürsəlov ("İmişli"nin Müşahidə Şurasının sədri):

"PFL rəsmiləriylə görüşümüz alındı. Bir çox məsələlərlə bağlı geniş və yaxşı müzakirələr apardıq. Bildiyiniz kimi, artıq sponsorumuz da var. Komandanın “sükanı arxasına” təcrübəli mütəxəssis Əsgər Abdullayevi gətirdik. Amma bütün bunlar o demək deyil ki, çempionata hərtərəfli hazırıq. İnfrastukturla bağlı problemlərimiz qalmaqdadı. Məsələn, stadionda təmir-yenidənqurma işlərinə çox xərc çəkmişik. Ona görə stadionu birilliyə icarəyə götürmək bizə sərf etmir. Bu müddət qoyduğumuz yatırımla uzlaşmır. Məhz bu səbəbdən futbol məkanını uzunmüddətli icarəyə götürmək istəyirik. Yaxın günlərdə bu istəyimizə nail olmağa çalışacağıq. Qazonla bağlı problemlərimiz də qalmaqdadı. Hazırda İmişlidə hava çox istidi. Ona görə də ot örtüyü ilə bağlı arzuladığımız işləri həyata keçirə bilmirik. Biz təbii qazona sahib olmaq istəyirik. Digər bu kimi nöqsanlarımız da var. Onları aradan qaldırmaq üçün var gücümüzlə çalışırıq. Amma çempionatın startına qədər işləri tam yekunlaşdıra bilməyəcəyik. Bunu PFL rəsmilərinə də bildirmişik. Ola bilər ki, ilk turun oyunlarını bizə bizə yaxın olan rayonlarda, ya da Bakıda keçirək. Hazırda "Dalğa Arena"da hazırlaşırıq. Ehtimal var ki, ilk oyunları elə burda keçirək. Bundan başqa, 1-ci liqada klublar arasında münasibətləri və fəaliyyətləri həyata keçirmək üçün klubların bir araya gəlməsini təklif etdim. Bütün klub rəsmiləri və PFL nümayəndələri təklifə müsbət reaksiya verdi. Hazırda bütün 1-ci liqa təmsilçilərini birləşdirən “vatsap” qrupu yaratmışıq. Gələcəkdə məqsədimiz bu işi reallığa çevirməkdi. Necə ki, elitada Klublar Komitəsi var, çalışacağıq ki, 1-ci liqada da belə bir təşkilat, qurum olsun. Məqsədimiz 1-ci liqanı daha da peşəkarlaşdırmaq, gücləndirmək və ölkə futboluna xidmət etməkdi".


Ruslan Həmidov ("Mingəçevir"in İdarə Heyətinin sədri):

"PFL-də bizə əsasən infrastrukturla bağlı iradlar bildirildi. Futbol məkanımızın minimum standartlara cavab verməsi üçün maksimum çalışırıq. Yaxın günlərdə stadionumuza təftiş üçün komissiya göndəriləcək. Məkanımıza baxış keçirdikdən sonra oyunlara hazır olub-olmadığına qərar veriləcək. Əlavə irad və nöqsanlar da var. Onları da qısa zaman kəsiyində aradan qaldırmağa çalışacağıq. Demək olar ki, heyətimiz yenidən qurulur. Legioner futbolçuya ehtiyac duymayacağıq".


Ədalət Abdullayev ("Araz Saatlı"nın prezidenti):

"Bizə o dərəcədə irad tutulmayıb. PFL-in ilkin tapşırıqlarını yerinə yetirilmişik. Qarşıdakı günlərdə stadionumuzə və infrastrukturumuza təftiş göndəriləcək. Ondan sonra əlavə hansısa nöqsan və qüsurlarımız olacaqsa, onları da canla-başla aradan qaldıracağıq. Əsas məsələ kimi futbol bazarında oyunçu qıtlığından danışıldı. Yerli futbolçuları tapmağın çətinliyi, keyfiyyətli olmayan oyunçuların qiymətlərinin süni artımı, çempionat oyunlarının yayını, maliyyə və s. haqda müzakirələr getdi. Çempionata hazırlığı davam etdiririk. Qarşıda bizi çox gərgin futbol mövsümü gözləyir".


Sabir Qarayev (“Difai”nin prezidentinin köməkçisi və mətbuat katibi): "Bildiyiniz kimi PFL-də keçirilən iclasda klubların 2023/24 mövsümünə hazırlığı müzakirə olunub. Komandamıza qarşı hansısa iradların olub-olmaması ilə bağlı sualınıza cavab kimi bildirmək istəyirik ki, PFL tərəfindən stadionumuza baxış keçirilən zaman müəyyən çatışmazlıqlar aşkarlanmış, onların aradan qaldırılması üçün kluba vaxt verilmişdi. Klubumuz həmin nöqsanları aradan qaldırıb. Lakin mövsümortası hansısa çətinlik yaranmaması üçün öz tərəfimizdən qabaqlayıcı işlər görürük".


Şaban Şirdanov ("Zaqatala"nın prezidenti):


"Yetərincə maraqlı müzakirələr oldu. Klub rəhbərləri məsələyə səmimi münasibətlərini bildirdilər. Klublardan sponsorları olanlar daha hazırlıqlı təsir bağışlayırdılar ki, bu da normaldı. 1-ci liqada yarışlar sentyabrın 13-də start götürməlidi. Avqustun 14-də Zaqatala rayon İcra Hakimiyyəti və Futbolun İnkişaf Fondunun təşəbbüsü ilə sponsorluq məsələsinin müzakirəsi üçün rayonda tədbir keçiriləcək. PFL-dəki görüşdə klublar qarşısında qoyulan tələblərə də klub rəhbəri kimi münasibət bildirmək fikrindəyəm. Bütövlükdə PFL-in mövqeyi və yanaşması çox maraqlı və gərgin yarışın olacağından xəbər verir. Komandaların tam hazır olmaması başadüşüləndi. Qalan vaxtdan səmərəli istifadə dtməyə çalışacağıq".


ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

1-ci liqa

7-08-2023, 21:0

1-ci liqa klublarının rəhbərləri ilə görüş keçirildi

Ölkə futbolu / Manşet

8-08-2023, 15:0

“Demək olar ki, hər klubun bu sahədə problemləri, nöqsanları var” – PFL-dən açıqlama

Premyer-liqa

21-09-2022, 18:0

PFL ilə "Sabah" rəhbərlikləri arasında görüş

Premyer-liqa

18-09-2022, 22:0

PFL ilə "Zirə" rəhbərliyi arasında görüş baş tutub

Ölkə futbolu

23-09-2022, 16:0

PFL rəhbərliyi "Sumqayıt"la görüşdü

Premyer-liqa

20-09-2022, 20:0

PFL ilə "Neftçi" arasında görüş keçirildi

Aktual
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
Son xəbərlər
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 166
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə