• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

ÖTƏN HƏFTƏNİN SİTATLARI

Dünya futbolu

8-08-2023, 23:0

Geridə qoyduğumuz futbol həftəsindən maraqlı sitatları diqqətinizə çatdırırıq:

Xuan Laporta, “Barselona”nın prezidenti: “Messi dünyanın ən yaxşı futbolçusudu, bir insan kimi isə daha yaxşıdı. Lionel futbol tarixinin ən yaxşısıdı. “Barselona”da hamı onu sevir. Bu yay “İnter Mayami”yə keçmək qərarına gəldi. Bu, klub və ABŞ çempionatı üçün çox yaxşı faktdı. Seçiminə hörmət edir və Leoya MLS-də uğurlar diləyirik”.

Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Sınaq oyunlarındakı çıxışımıza görə komandaya 10 bal üzərindən 6 verərdim. Müdafiədəki problemləri yoluna qoymalıyıq. Hücum xəttinə görə isə narahat deyiləm, yoldaşlıq matçlarında kifayət qədər qol vəziyyətləri yaratmışıq. Keçirdiyimiz 4 matçın hamısında oyuna nəzarət etdiyimizi düşünürəm. Bir sıra çətinlikləri həll etmək lazımdı, amma bu, kollektivə aid olan problemdi. Rəqib təzyiqi artırarkən qapımızdan çox sayda top buraxırıq. Bu planda çətinliklərin olduğunu etiraf edirəm. Amma problemi yoluna qoymaq mümkündü”.

Aaron Remsdeyl, “Arsenal”ın qapıçısı: “Futbol məni taqətdən salan yeganə vasitədi. Mən dəliyəm. Bunu həyat yoldaşımdan soruşa bilərsiz. “Sky Sports News”a baxıram. Bu kanalda keçmiş futbolçularla ekspertlərin şousu yayımlanır. Və onların qarşısına bir oğlanın şəkli qoyulur. Bu, mənim fotomdu və məni görüncə ekspertlərin əhvalı korlanır. Haqqımda “pis transferdi. O, “Arsenal” üçün yaxşı qapıçı deyil. Üstəlik çox bahadı. Mənim xoşuma gəlmir” fikirlərini dilə gətirirlər (Aaron hazırkı klubuna 2021-ci ilin yayında “Şeffild Yunayted”dən transfer olunub – R.Y.). Sonra “o, iki dəfə premyer-liqanı tərk edib? 24 milyon funt sterlinq? Bir az gicliyi də var” deyirlər. Doğrudu, sonuncu fikir mənim zarafatımdı. Amma həmin şoudakı danışığın ümumi tonu məhz belə olmuşdu. Onlar açıq-aşkar mənə pərəstiş etməyən adamlar idi. Vaxtilə səcdə etdiyin əfsanələrin sənin haqqında danışması, səni zibil yerinə qoyması maraqlı təcrübə idi. Həmin fikirlər həqiqətən də mənə təsir etmişdi. Onların dedikləri məni bir saat ərzində göydən yerə çırpmışdı...”

Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi: “O, hazırda tibbi müayinədən keçir (“Leyptsiq”in müdafiəçisi Yoşko Qvardiolu nəzərdə tutur – R.Y.). Bu, heç kim üçün sirr deyil. Transferi iki günə rəsmiləşdirəcəyimizə ümid edirəm. Onun nə gözəl soyadı var...”

Andrea Belotti, “Roma”nın hücumçusu: “Qarşıdakı mövsümün mənim üçün əla alınacağına əminəm. Ona görə ki, bütün zədələrim arxada qalıb. Məşqlərdə ilk gündən yaxşı çalışsam, nəticələr rəsmi oyunlarda mütləq özünü göstərəcək. Güclü komandayıq, buna görə də ən yüksək nəticələr haqqında düşünməyimiz təbiidi”.

Maurisio Poçettino, “Çelsi”nin baş məşqçisi: “O, ikili mübarizədə yerə yıxıldı. Həmin epizodda penalti də verilə bilərdi. Dizində ağrı hiss etdi. Həkimlər indi onu müayinə edirlər. Nkunkunun zədəsinin ciddi olmayacağına ümid edirik”.

Arsen Venger, “Arsenal”ın sabiq baş məşqçisi: “Mikel Artetanın işlərinin qaydasında olduğunu hiss edirəm. O, düzgün qərarlar verir və məncə, indi sərəncamında çempionluq uğrunda yarışa biləcək təşkilatlanmış komanda var. Biz ötən mövsüm də çempionluğa iddia edirdik. Fikrimcə, yeni mövsümdə “tavanı yuxarı qaldıra” bilərik. Son mövsümdə finişə 8 tur qalarkən istəyimizə çata biləcəyimizi düşünürdüm. Bu yay heyəti yaxşıca gücləndirmişik, bunun üçün böyük məbləğdə pul xərclənib. İndi çempionluq üçün hər cür imkana malikik”.

Ceyms Meddison, “Tottenhem”in yarımmüdafiəçisi: “Harri nümunəvi peşəkardı. Onun başqa kluba mümkün transferi ilə bağı heç nə bilmirəm. Gəlin, ona hörmət edək. Keyn çoxdankı dostumdu. Biz İngiltərə yığmasında çıxış etdiyimiz ilk vaxtlardan tanışıq. Onu dünyanın ən yaxşı hücumçusu sayıram. Harrinin “Tottenhem”də qalmasını istərdim. Amma nə olacaqsa, o da olacaq...”

Pedri, “Barselona”nın yarımmüdafiəçisi: “Komandamız yeni mövsümdə bütün titullar uğrunda mübarizə aparmağa hazırdı. Ötən mövsüm La Liqanın qalibi olduq və İspaniya superkubokunu qazandıq. Amma Çempionlar Liqasında fiaskoya uğradıq. Bu səbəbdən bu turnir indi bizim əsas hədəfimizdi”.
Rodriqo, “Real”ın hücumçusu: “11”in mənim üçün çox böyük mənası var. Bu nömrəli formanı həmişə xoşlamışam. Bu mənada məni əfsanəvi Xento (“Real”ın sabiq yarımmüdafiəçisi – R.Y.) ilhamlandırır. Və mənim üçün onun klub qarşısındakı xidmətlərinə yaxınlaşmaq belə böyük şərəf olardı”.

Andrey Kobelev, Moskva “Dinamo”sunun sabiq məşqçisi: “Futbolçunun satışı üç tərəfi qane edirsə, bu, doğru gedişdi. Əlbəttə, Malkomun gedişi bizim liqa üçün itkidi. Həm baxımlılıq, həm media, həm də ustalıq planında. Braziliyalı hücumçu mənə görə, ötən mövsümün ən yaxşı oyunçusu idi. Buna görə onun “Zenit”i tərk etməsini Rusiya çempionatı üçün itki sayıram. Amma klub və oyunçu üçün gələcəyi düşünmək vacibdi. Bu transfer onu, “Zenit”i və “Əl-Hilal”ı qane edirsə, artıq sözə ehtiyac yoxdu”.

Markus Türam, “İnter”in hücumçusu: “Harda oynamağınızdan asılı olmayaraq, futbol futboldu. Amma İtaliyada oyunun taktiki yönünə xüsusi diqqət yetirilir. Bunu bu ölkəyə gəlməzdən əvvəl eşitmişdim. Amma indi işin içindəyəm və bu məqamı əyani görürəm”.

Rinat Dasayev, sabiq SSRİ yığmasının qapıçısı: “Onsuz da nə vaxtsa karyerasını başa vurmalıydı. Düzdü? Onun dünyanın ən yaxşı qapıçıları sırasında hansı yerə qoymaq lazım olduğunu demək mənim üçün çətindi. Hər halda, bunu qapıçılar yox, başqaları müəyyən edirlər. Ancaq italiyalı birmənalı şəkildə futbol tarixinə düşüb. Buffon çox sayda titul qazanmış dahi qapçıdı. Daha nə deyim?”

Andre Onana, “Mançester Yunayted”in qapıçısı: “Hər an nəyəsə can atmalıyıq. Eyni zamanda səhvlərimizi düzəltməliyik. Qapımızdan buraxılan qola görə mən cavabdehəm. “Lans”a qarşı oyunda müdafiəçilərimizin çıxışından razı qaldım (MY yoldaşlıq matçında 3:1 hesabı ilə qalib gəlib – R.Y.). Meydanın mərkəzindən buraxılan qola görə mənə yönələn bütün tənqidləri qəbul edirəm”.

Daniel Karvaxal, “Real”ın müdafiəçisi: “Biz Mbape və ya başqa futbolçu haqqında danışmırıq. Biz “Real”ıq və “Real” haqda danışırıq”.

Danilo, “Yuventus”un müdafiəçisi: “Əlbəttə, yeni mövsümdə avrokuboklarda çıxış etmək istərdik. Klub UEFA-nın cəzasına görə uzunmüddətli perspektivdə fayda əldə edəcəksə, bu variant daha yaxşıdı. Yeni mövsümdə A seriyasına və İtaliya kubokuna köklənəcəyik. Hədəfimiz skudettonu yenidən qazanmaq və “Yuventus”u İtaliya futbolunun zirvəsinə qaytarmaqdı. Son illər buna nail ola bilməmişik”.

Kriştiano Ronaldo, “Əl-Nəssr”in hücumçusu: “Yarımfinaldayıq! Bu turnirdə qol vurmağa və komandamın irəliləməsi üçün köməyimi davam etdirdiyimə görə çox sevinirəm” (portuqaliyalı futbolçu Ərəb Çempionları Kubokunun “Raca Kasablanka” ilə oyununda komandasının 3:1 hesablı qələbəsində bir qolla rol oynayıb – R.Y.).

Qaret Sautqeyt, İngiltərə yığmasının baş məşqçisi: “Harri “Mançester Yunayted”in heyətinə düşmürsə, gələcəyi ilə bağlı qərar verməlidi. Onun milli komandadakı perspektivi? İstənilən futbolçu ilk növbədə klubdakı çıxışından nə dərəcədə məmnun olması haqda düşünməlidi”.

Robin van Persi, Niderland yığmasının sabiq hücumçusu: “O, ola bilsin ki, dünya futbol tarixinin ən yaxşı oyunçularından biridi. Modriç Motsart kimidi, o rəssamdı. Neçə yaşı var - 37-38? Buna baxmayaraq, yenə meydanda dominantlıq edir. Sanki Lukanın başının arxasında da gözü var. Uzun illər əvvəl onun yaxşı oyunçu olduğunu bilirdim. Amma nə dərəcədə yaxşı olduğunu təsəvvür etmirdim. Modriç heyrətamiz dərəcədə ailə adamıdı, özünü həmişə nəzakətli aparır. Onu müşahidə etmək xoşdu”.

RAMİL YUSİFOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-03-2022, 20:0

Laporta Messidən danışdı

Dünya futbolu

11-04-2023, 19:0

Ançelotti bu komandanı heç vaxt çalışdırmayacaq

Aktual
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
Son xəbərlər
  • Bu gün, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 210
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 201
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 190
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə