• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Premyer-liqada ən dəyərli heyətlər

Dünya futbolu

26-07-2023, 18:0

Son 6 mövsümdə İngiltərə premyer-liqasında ən dəyərli heyətə malik komanda “Mançester Siti” olub.
“Football-plus.az” xəbər verir ki, “şəhərlilər”in həm də bu üstünlüyü sayəsində əksər daxili yarışların qalibi olmaları heç kimi təəccübləndirə bilməz. Amma MS hazırda bu siyahıda lider deyil. İndiki məqamda oyunçularının transfer qiymətinə əsasən İngiltərə nəhənglərinin sıralamasına göz gəzdirəcəyik. Bəribaşdan qeyd edək ki, ötən mövsüm bu planda 4-cü olan “Nyukasl” hazırda ilk “5-liy”ə daxil deyil. Bu “zona”da “Tottenhem” də görünmür.

1. Arsenal (1,21 milyard avro)
“Arsenal” kimi heyəti əsasən gənc oyunçulardan qurulan komandanın son mövsümdə çempionluq qazanması gözəl mənzərə formalaşdırardı. Londonlular uzun müddət çempionatda liderlik etsələr də, finiş ərəfəsində “Siti”nin qüdrəti qarşısında tab gətirməyib zirvədən aşağı endilər. İndi onların qarşısında duran əsas vəzifə növbəti mövsümdə də ən böyük titul uğrunda mübarizə aparmaqdı. Bunun üçün ilk növbədə aparıcı oyunçularını qorumağa çalışan paytaxt klubu heyətini bir qədər də gücləndirməyi lazım bilib.

Əlbəttə, “Arsenal”ın hədəfə aldığı futbolçulara görə heç də az xərcə düşməyəcəyi bəlli idi. “Topçular” bu yay artıq üç transfer əməliyyatı həyata keçiriblər. Komandaya qoşulan ən bahalı oyunçu Deklan Raysdı. Ona görə “Vest Hem”ə 100 milyon funt sterlinq təzminat ödənilib. Müqavilədə Londonun digər klubunun artıq sabiq yarımmmüdafiəçisinə görə bonus kimi daha 5 milyon funt sterlinq irəli düşə biləcəyi ilə bağlı bənd də nəzərdə tutulub. Kay Haverts üçün “Çelsi”yə 75 milyon funt sterlinq, 22 yaşlı mərkəz müdafiəçisi Yurryen Timberə görə “Ayaks”a daha 40 milyon ödəniş edilib. Nəticədə “Arsenal”ın hazırkı heyətinin dəyəri 1,21 milyard avroya çatıb!

Əlbəttə, hər transfer baş məşqçi Mikel Artetaya heyətdə rotasiya etmək imkanı qazandıracaq. İndi müdafiənin mərkəzində Vilyam Saliba ilə Qabrielin layiqli əvəzləyicisi var. Dayaq yarımmüdafiəçisi mövqeyində Jorjinyo, Tomas Parti və Rays arasından seçim etmək olar. Haverts isə Qabriel Jezusa bir neçə oyunun gərginliyini azaltmaqda kömək edəcək. Almaniyalı futbolçu lazım gələrsə, hücumun sivri ucunda da oynaya bilər.

2. Mançester Siti (1,19 milyard avro)
Son üç mövsümün çempionunun liderliyi əldən verdiyini bir qədər əvvəl vurğuladıq. Hərçənd MS-nin indi 1,19 milyard avro dəyərində olan hazırkı heyəti də çox güclüdü. Bu heyətə 40 mlyon avroluq qapıçı Ederson, ümumi qiyməti 225 milyon avro olan mərkəz müdafiəçiləri, hər biri 100 milyon avrodan baha sayılan Filip Foden ilə son mövsümün qəhrəmanı Erlinq Holann da daxildi. Xosep Qvardiolanın komandasında yenidənqurma işləri gedir. Riyad Mahrezlə Bernardo Silva Səudiyyə Ərəbistanı klublarının, Kayl Uoker “Bavariya”nın maraq dairəsindədi. Artıq İlkay Gündoğan “Barselona”ya qoşulub. MS isə “transfer pəncərəsi”nin arxada qalan hissəsində yalnız “Çelsi”dən Mateo Kovaçiçi sıralarına qatıb.

İstənilən halda İngiltərə çempionunun dəyər planında mövqeyi çox da zəifləməyib. Qvardiolanın komandası əvvəlki kimi premyer-liqada çempionluğa əsas namizəd sayılır. “Şəhərlilər”in Çempionlar Liqasında statusunu qorumaq şansı da yüksəkdi. Onlara bu planda yalnız psixoloji cəhətdən yorulma mane ola bilər. Hər halda, komanda ötən mövsümü “trebl”lə başa vurmaq üçün bütün gücünü və emosiyalarını sərf edib.

3. Mançester Yunayted (886,3 milyon avro)
Premyer-liqada ən dəyərli heyətlərin sıralamasında “Mançester Yunayted” 3-cü yerdədi. Ötən mövsümü 3-cü yerdə başa vuran komandaya iki yeni oyunçu qoşulub. “Çelsi”nin yetirməsi olan yarımmüdafiəçi Meyson Maunt mankunianlara 64,2 milyon avroya başa gəlib. Ondan sonra isə Andre Onana transfer olunub. Bilindiyi kimi, rəhbərlik David De Xeaya yeni müqavilə təklif etməyi lazım bilməmişdi. Bu səbəbdən son 12 ildə qapını qoruyan ispaniyalı futbolçu “Old Trafford”u azad agent kimi tərk edib. Onun yerinə əsas namizəd sayılan Onananın MY-yə konkret hansı qiymətə başa gəlməsi haqda rəsmi məlumat yoxdu. Bu səbəbdən 27 yaşlı kamerunlu qapıçının keçid məğbləği kimi “transfermarkt” portalının versiyası olan 52,5 milyon avronu hesaba alırıq. Nəticədə “qırmızı şeytanlar”ın heyətinin dəyəri 886,3 milyon avroya çatır.

“Yunayted” indi mərkəz hücumçusu axtarır. Belə oyunçunun gəlişi Markus Reşforda sevimli vinger mövqeyinə qayıtmaq imkanı verəcək. Baş məşqçi Erik ten Haq da onu bu ampluada oynatmaq istəyir. İngiltərə nəhəngi son mövsüm “Atalanta”nın formasında çox yaxşı təsir bağışlayan 20 yaşlı danimarkalı Rasmus Heylunnu hədəfə alıb. Amma problem var: klubun maliyyə imkanları məhduddu. Şayiələrə inansaq, MY-ni satmaq istəyən Qleyzerlər ailəsi transferlərə çox da pul xərcləməyi düşünmür. Potensial alıcılarla danışıqlar prosesinin uzanması klubun transfer bazarında istənilən kimi fəallıq göstərməsinə maneə törədir.

4. “Çelsi” (868,5 milyon avro)
“Zadəganlar”ın bu ilin əvvəlində bazarda necə fəal olduqları hamıya bəllidi. Paytaxt klubunun yeni rəhbərliyi qış “transfer pəncərəsi” dövründə 11 (!) yeni oyunçu almışdı. Bu planda londonluların xərci yarım milyard avronu keçmişdi. Mövsüm sona çatandan sonra heyətdəki dəyişikliklər prosesinin davam edəcəyi aydın məsələ idi.

Söhbət, təbii ki, “Çelsi”nin almaqdan çox satacağından gedirdi. Bu işdə Səudiyyə Ərəbistanı klublarının “zadəganlar”a köməyi daha çox olub. Eduar Mendi, Kalidu Kulibali və Nqolo Kante artıq Asiyanın bu ölkəsinə yollanıblar. Hakim Ziyeşin də bu istiqamətdə hərəkət edəcəyi gözlənilir. Onlardan başqa itkilər siyahısına Haverts, Maunt, Kovaçiç, Ruben Loftus-Çik, Sesar Aspilikueta, Uesli Fofana, Tyemue Bakayoko, Pyer-Emerik Obameyanq və Joao Feliş də daxildi.

Londona gələnlər isə Kristofer Nkunku, Nikolas Cekson və Ancelodu. Bu üç oyunçu “göylər”in heyətinə ümumilikdə 123 milyon avro dəyər qatıb. “Çelsi” hazırda 868,5 milyon avroluq göstərici ilə İngiltərədə 4-cü yeri tutur. Amma bu göstəricinin avqustunsonuna qədər dəyişəcəyi şübhəsizdi.

5. Liverpul (846,8 milyon avro)
Yürgen Kloppun komandası son mövsümdə əsasən orta xətdə sistematik problemlə üzləşdi. Mövsüm ərzində bu mövqenin yenilənməyə ehtiyac duyulduğu aşkar göründü. Hələ bir neçə ay əvvəl mersisaydlılara qoşula biləcək daha yüksək səviyyəli ifaçılar sırasında Cud Bellingemin adı hallanırdı. Amma onun uğrunda mübarizədə “Real” favorit sayılırdı və gənc futbolçu artıq bu klubun formasını daşıyır.

Bu səbəbdən İngiltərə nəhəngi alternativ variantları götür-qoy edərək “Brayton”dan argentinalı Aleksis Makallisteri “Enfild”ə gətirdi. “Leyptsiq”dən isə istedadlı və daim inkişafda olan macar Dominik Soboslai transfer edilib. Bu oyunçuların gəlişi ilə klubun dəyərinin artacağı gözlənilirdi.

Amma “Liverpul”da yenidənqurma prosesi başlayıb. Bu səbəbdən komandanı artıq bir neçə futbolçu tərk edib. Roberto Firmino, Nabi Keyta, Ceyms Milner, Aleks Oksleyd-Çemberleyn, Cordan Henderson və Artur artıq qırmızı formanı daşımırlar. Fabinyo da onlara qoşula bilər. Kloppun sərəncamında görmək istədiyi futbolçular isə Eşli Fillips, Rayan Qravenberx və Sofyan Amrabatdı. Başqa sözlə, mersisaydlıların transfer dəyəri qarşıdakı həftələrdə bir neçə dəfə dəyişəcək.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-04-2023, 14:0

MS ən bahalı heyətə malik klubdu

Dünya futbolu

21-05-2022, 23:0

“Barselona” ən dəyərli futbol klubudu

Dünya futbolu

19-05-2022, 09:0

Dünyanın ən bahalı futbol klubları - SİYAHI

Dünya futbolu

10-10-2022, 13:0

"Arsenal" hazırda "Mançester Siti"dən daha yaxşıdı" - Qvardiola

Dünya futbolu

28-05-2023, 19:0

Premyer-liqanın rəmzi komandası

Dünya futbolu

2-04-2022, 22:0

“Mançester Siti” büdcəsinə görə dünyada birincidi

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • 23-07-2026, 22:0
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • 23-07-2026, 21:0
    "Xankəndi"də məşqçi təyinatı
  • 23-07-2026, 20:0
    Almaniyada klubunu dəyişdi
Daha çox
Oxunub: 199
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə