"Kəpəz" qələbə qazandı

25.07.2023 20:40 223
Premyer-liqa
Hazırlıqlarını davam etdirən "Kəpəz" daha bir yoxlama görüşü keçirib.

"Football-plus.az" xəbər verir ki, qərblilər "Səbail-2" ilə qarşılaşıb. 6 qolun vurulduğu matçda "Kəpəz" qələbə qazanıb - 4:2.

Qeyd edək ki, Gəncə təmsilçisi bu yay yoxlama oyunlarında "Araz-Naxçıvan"la heç-heçə edib, "Zirə" və "Səbail"ə uduzub.