“Barselona” və “Yuventus” arasında yoldaşlıq görüşü baş tutmayıb.
“Football-plus.az” xəbər verir ki, İspaniya klubunun saytının məlumatında buna “Barselona”nın əksər futbolçularında qastroenterit probleminin aşkarlanmasının səbəb olduğu bildirilib. Matç ABŞ-nin Kaliforniya ştatında bazar günü Bakı vaxtı ilə saat 06.30-da başlamalı idi.