İyunun 3-də keçirilən ölkə kubokunun finalı ilə 2022/23 “futbol ili”nə nöqtə qoyuldu.
Bildiyiniz kimi, mövsümün son oyununda “Qəbələ” “Neftçi”ni məğlub edərək tarixində ikinci dəfə kuboku başı üzərinə qaldırdı. “Bakcell Arena”da keçirilən görüşdə “qırmızı-qaralar”ı 3 minə yaxın tərəfdar dəstəkləsə də, heç şübhəsiz, rayonda mavi ekran qarşısında Elmar Baxşıyevin komandasına azarkeşlik edənlərin sayı dəfələrlə çox olub. Adətən, çempion və ya kubokun qalibi olan komanda uğuru təmsil etdiyi rayonda, şəhərdə azarkeşləri ilə birgə qeyd edir. Bunun üçün ayrıca tədbir təşkil olunur. Bundan başqa, bölgənin rəhbər şəxsləri qaliblərlə görüşür, tarixi nəticəyə görə komandanı təbrik edir.
Ancaq Qəbələdə bunların heç biri yaşanmadı. Nə şölən təşkil olundu, nə də rayon rəhbərliyi uğurda əməyi olanlarla bir araya gəldi. Niyə, bu laqeyd münasibət nədən qaynaqlanır? Sanki “qırmızı-qaralar” hər il ya çempion, ya da kubokun qalibi olur və bu səbəbdən uğur artıq qəbələlilər, rayon rəsmiləri üçün adiləşib. Bölgədə futbol ənənəsinin formalaşması, gələcək nəsillərə azarkeşlik mədəniyyətinin ötürülməsi baxımından belə tədbir təşkil olunmalıdı.
"Football-plus.az" olaraq məsələ ilə bağlı “qırmızı-qaralar”ın mətbuat katibi Anar Hacı ilə əlaqə saxladıq. Klub rəsmisi bunları söylədi: