• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Əfsanələr bir-birinin ardınca “Barselona”nı tərk edir - YAZI

Dünya futbolu

15-05-2023, 21:0

2014-cü ildə Karles Puyol “Barselona” ilə vidalaşdı, 2015-ci ildə isə kataloniyalılar Çempionlar Liqasında final oyununa bu heyətlə çıxdı: Ter Ştegen, Masçerano, Rakitiç, Buskets, Pike, Messi, Alves, Neymar, İnyesta, Suares, Alba. Elə həmin il klubun hesabına sonuncu “qızıl trebl” yazıldı.

"Football-plus.az" xəbər verir ki, dərk etmək nə qədər çətin olsa da, qalib heyətdən indi yalnız iki nəfər komandada qalıb. Bunlar Mark-Andre ter Ştegen ilə Jordi Albadı. Ayrılıqlar həmişə ağrılıdı və “Barsa” azarkeşləri hər il bu hissi yaşamağa məcbur olur. Aşağıdakı siyahıya baxın:

2014: Puyol
2015: Xavi
2016: Dani Alves
2017: Neymar
2018: İnyesta və Masçerano
2020: Suares və Rakitiç
2021: Messi
2022: Pike
2023: Buskets

Hazırda “Barsa”da ən uzunömürlü oyunçular Jordi Alba, Serxi Roberto və Mark-Andre ter Ştegendi – çox güman, növbəti mövsüm kapitan sarğısı məhz bu futbolçulara tapşırılacaq.

Əfsanəvi heyətdə yer alan və ayrılacağı qətiləşən sonuncu futbolçu isə Xerxi Busketsdi. 34 yaşlı xavbek əslində uzun müddət azarkeşləri intizarda saxladı. Və yalnız çərşənbə günü dünya onun gələcəyi ilə bağlı qərarından xəbərdar oldu. İspaniyalının yeni klubunun adı hələ məlum olmasa da, bir məqam dəqiqdi ki, onunla kataloniyalıların yolları ayrılıb. Buskets 2005-ci ildə sıralarına qəbul olunduğu La Masiya akademiyasının yetirməsidi. Serxi üç il sonra “Rasinq”ə qarşı oyunda start heyətində görünüb və həmin vaxtdan bəri 719 oyuna çıxıb. Onun hesabında Avropa klub turnirlərinin bütün qənimətləri, yığmanın heyətində qazandığı dünya və Avropa çempionluğu var.

Buskets getməyə qərar verdiyi andan “Barsa”nın bir çox sabiq və indiki oyunçusu onanla bağlı ürək sözlərini yazmağı lazım bilib.

Lionel Messi:

“Meydanda həmişə “5 nömrə” idin, ancaq futbolçu və insan kimi həmişə “10 nömrə”, Busi. Sənə və ailənə həyatın yeni mərhələsində hər şeyin ən yaxşısını arzulayıram. Meydanda və ondan kənarda etdiklərinə görə sağ ol, birlikdə çoxlu xatirələrimiz olub, yaxşı və çətin anlar yaşamışıq. Bunlar əbədi qalacaq. Səni bağrıma basıram, Serxi”.


Luka Modriç:
“Nə vaxtsa qarşı-qarşıya oynadığım dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri. Çox xoş idi”.


Serxi Roberto:
“Busi, həyatın boyunca klub üçün etdiklərinə görə sağ ol. Həmişə sənə minnətdar olacağıq. Sən meydanın mərkəzində olmadan ən yaxşı “Barsa”nı təsəvvür etmək çətindi. Öz mövqeyində dünyanın ən yaxşısı. Hər şeyin alınmasının açarı sən idin, ən çətin şeyləri asanlaşdırırdın. Ancaq hər şeydən əvvəl sənin əbədi dostun kimi qalıram. Yerin çox görünəcək”.


Luis Suares:
“Busi, dostum, meydanı sənlə bölüşdüyümə və ondan kənarda möhtəşəm anlar yaşadığıma görə sənlə qürur duyuram. Hamımız üçün nümunə olan, hər gün görüşmək imkanı qazandığımız dostum. “Barselona”da qeyri-adi iz qoymağınla qürur duy. İnadla çalışmaqla və həmişə tam gücünü qoymaqla bütün arzularına çatdın. Sənə və ailənə gələcəkdə hər şeyin ən yaxşısını arzulayıram”.


Neymar:
“Hər şeyə görə sağ ol, Busi. Gözəl anları sənlə bölüşmək çox xoş idi. Sən həqiqətən möhtəşəmsən. Yeni mərhələdə sənə uğurlar arzulayır, bağrıma basıram”.


Andres İnyesta:
“Barselona”dakı belə karyera münasibəti ilə səni təbrik edirəm, dostum, əfsanə və klubumuzun təcəssümü” Möhtəşəmsən! Səninlə həyatın anlarını bölüşmək böyük şərəf idi”.


Karles Puyol:
“Hər şeyə görə sağ ol, Busi. Yanımda olduğuna görə bəxtim gətirmişdi. Bunun məni necə sakitləşdirdiyini təsəvvür edə bilməzsən”.


Pedro:
“Serxi, İspaniya yığmasına və “Barselona”ya verdiyin hər şeyə görə sağ ol. Sən mənim üçün futbolu kəşf edən böyük dostumsan. Əksər futbolçular üçün nümunəsən. Hər şeyə görə sağ ol, əfsanə”.


Boyan Krkiç, Serjinyo Dest, Lük de Yonq, Pau Torres, Tyaqo Alkantara, İnyiqo Martines, Serxio Kanales, Jerar Pike və bir çox başqa məşhurlar da Busketslə bağlı ürək sözünü yazıb.

“Barsa”nın prezidenti Xuan Laporta da əsas futbolçularından birinin getmək qərarına biganə qalmayıb:
“O, nümunəvi adam, müstəsna futbolçu, La Masiyanın yetirməsidi. Oyun sayına görə klub tarixində 3-cü yerdə qərarlaşıb. Serxi artıq 15 ildi “Barsa”nın rənglərini daşıyır, emblemimizin şərəfini qoruyur, mövsüm ərzində 6 qənimət qazanan futbolçulardan biridi. Bundan başqa, onun hesabında 31 titul var, ümid edirəm ki, tezliklə 32-ci də olacaq. Serxi Buskets şəxsiyyət kimi möhtəşəmdi, etalon kapitandı. “Barsa”nın böyük kapitanıdı. Emblemimizin bir hissəsi olan nümunəvi adamdı. Qərarını mənə açıqlayanda bu haqda danışmışıq. “Barsa” həmişə onun üçün öz evi olacaq”.


Deku gəlsə, maraqların münaqişəsi olacaq
Son günlər “Barsa”nın düşərgəsindən gələn xəbərlər təkcə Busketsin məlum qərarından ibarət deyil. Laportanın Dekunu idman direktoru postunda görməsi üzündən klubda maraqların münaqişəsi yaşana bilər. Belədə Rafinya “nifaq alması” rolunu oynayacaq. İş ondadı ki, “blauqrana”nın portuqaliyalı sabiq oyunçusu braziliyalının agentidi. “Barselona”da hökm sürən qaydalar idman direktoruna komandanın oyunçularının təmsilçisi olmağı və komissiya haqqı almağı qadağan edir. Klub rəhbərliyində yer alanlardan bəziləri belə hesab edir ki, Deku vingerlə iş münasibətlərini dayandırsa belə, maraqların münaqişəsi qaçılmaz olacaq. Bu üzdən belə fikir var ki, portuqaliyalı mütəxəssis Mateo Alemaninin xələfi olacaqsa, Rafinya satılmalıdı. “Barsa” üçün digər variant Dekunun bu posta gətirilməsindən imtina etməkdi, ancaq Laporta qəti şəkildə bunun əleyhinədi. Media xəbər verir ki, bugünlərdə Deku ilə Laporta arasında baş tutan görüş 4 saatdan artıq davam edib.

Rafinya yaxınlarda “Barselona”nı tərk etmək istəyi ilə bağlı gəzən şayiələri təkzib edib. Ancaq bu o anlama gəlmir ki, klub yaxşı təklif alacağı təqdirdə braziliyalını sata bilməz. Premyer-liqanın “Çelsi” və “Nyukasl” kimi bəzi klubları asanlıqla 80 milyon ödəyə bilər ki, “Barsa” da Rafinya üçün məhz bu məbləği tələb edir.

15 milyon avro cərimə!
“Neqreyra işi”nə görə qalmaqaldan başı açılmayan, İspaniya Prokururluğunun və UEFA-nın nəzarəti altında olan “Barselona”nın ətrafında daha bir arzuolunmaz olay yaşanır. “El Confidencial”ın yaydığı xəbərə görə, Kataloniya klubu vergi bəyannaməsi ilə bağlı qaydaları pozduğundan 15,7 milyon avro cərimələnəcək. Söhbət oyunçulara hədiyyə olunan maşınlardan, çarter reyslərindən və klubdan ayrılanlara ödənilən kompensasiyadan gedir. “Barsa” tərəfindən mümkün vergi dələduzluğunun təhqiqatı 2019-cu ildə başlayıb, qayda pozuntularına isə hələ 2015-də yol verilib. Veri müfəttişləri müəyyənləşdiriblər ki, klub bəzi oyunçulara “Audi” avtomobilinin verilməsini, həmçinin göstərilən dövrdə yerinə yetirilən bəzi çarter reyslərini vergi bəyannaməsinə salmayıb. Bundan başqa, “Barsa” Arda Turanla (1 milyon 312 min 500 avro) Aleks Sonq (3 milyon 500 min avro) klubdan ayrılandan sonra aldıqları təzminatın hesablanması ilə bağlı hesabatı da düzgün təqdim etməyib.

Hələ ki “Barselona”nın son cərimə ilə bağlı qərardan şikayət verib-verməyəcəyi bəlli deyil. Ancaq bu qərarın klubun maliyyə durumuna, eləcə də imicinə vurulan növbəti zərbə olacağı heç kimdə şübdə doğurmur.

Maraqlıdı...
Busketsin gedişinə başqa aspektdən baxmaq da maraqlıdı. O, “Real” ilə “Barsa” arasında keçirilən 48 oyunda iştirak edib ki, bu da “el-klasiko” üçün rekorddu. Hazırda PSJ-də çıxış edən Lionel Messi ilə Serxio Ramos İspaniyanın əsas duelində 45, karyerasını “Real”da davam etdirən Kərim Benzema isə 43 dəfə görünüb.

1 2 3 4
Serxio Buskets İspaniya Barselona 48
Lionel Messi Argentina Barselona 45
Serxio Ramos İspaniya Real 45
Kərim Benzema Fransa Real 43
Fransisko Xento İspaniya Real 42
Manuel Sançis İspaniya Real 42
Xavi İspaniya Barselona 42
Jerar Pike İspaniya Barselona 40
1 – futbolçu, 2 – ölkə, 3 – komanda, 4 oyun sayı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-01-2023, 14:0

Ter Ştegen 4-cü kapitan oldu

Dünya futbolu

28-07-2022, 13:0

Ter Ştegen "Barselona"da qalaca

Dünya futbolu

7-11-2022, 17:0

Pike karyerasını "Barselona"da 5-ci olaraq başa vurdu

Dünya futbolu

24-10-2022, 10:0

Ter Ştegen La Liqada rekorda imza atdı

Aktual
“O arenada premyer-liqa oyunlarının keçirilməsi məqsədəuyğun sayılmır” – PFL qəti qərarını verdi
Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
Zlomisliç Şehiçlə Beqoviçin ənənəsini davam etdirə biləcəkmi? - Qurban Qurbanov yenə bosniyalı seçdi
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
“Səbail”, “Şahdağ Qusar” və “Xankəndi” daha fəaldı -1-ci liqada “yatanlar” da var, gözləyənlər də
Vicdansız Kristiansen! – Roderik Milleri son oyuna da buraxmadı
Son xəbərlər
  • Bu gün, 01:54
    "Səbail" sabiq futbolçusunu qaytardı - RƏSMİ
  • Bu gün, 01:24
    Sadiq Məmmədov "gümüş" qazandı - AÇ
  • Bu gün, 00:58
    Topu özü ilə apardı
  • Bu gün, 00:27
    "Neftçi"dən rekord: 7837 məhsul satıldı!
  • Bu gün, 00:02
    “Real”ı tərk etdi
  • Dünən, 23:32
    Sentyabrın 1-də 2-ci, 3-də 1-ci liqada yeni mövsüm başlayacaq
  • Dünən, 23:15
    "Zirə" Türkiyə klubuna məğlub oldu
  • Dünən, 22:59
    Holann Norveçi 1/8 finala çıxardı - DÇ gecəsi
  • Dünən, 22:52
    “O arenada premyer-liqa oyunlarının keçirilməsi məqsədəuyğun sayılmır” – PFL qəti qərarını verdi
  • Dünən, 22:10
    Futbolçu suda boğuldu
  • Dünən, 21:43
    “Sürəti o qədər yaxşıdı ki, əyləc tutmasa, tribunaya qədər gedəcək” – “Qarabağ”ın yeni futbolçusuna bax!
  • Dünən, 21:04
    Son 72 ildə bunu bacaran olmamışdı
  • Dünən, 20:15
    DÇ matçının ən yaxşı oyunçusu oldu
  • Dünən, 19:32
    Fransa yığması başsız qaldı
  • Dünən, 18:54
    Madriddən Londona üz tutacaq
  • Dünən, 18:23
    Üç aylıq işsizliyə son qoydu
  • Dünən, 17:57
    Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
  • Dünən, 17:48
    Noqeyra "Sabah"dan getdi
  • Dünən, 17:13
    Baş məşqçi kimi ilk təyinatını aldı
  • Dünən, 16:36
    İspaniya klubunda yeni təyinat
  • Dünən, 16:04
    Millilərdə məşqçi dəyişiklikləri oldu
  • Dünən, 15:40
    "Qəbələ" konqolu futbolçu transfer etdi
  • Dünən, 15:10
    Portuqaliyalı futbolçulardan təqdirəlayiq addım
  • Dünən, 14:49
    Kanada, Braziliya, Paraqvay, Mərakeş... – bu gün Norveçlə Fransanın da taleyi bilinəcək - DÇ günü
  • Dünən, 14:44
    Kaşkilyanın da Allahı var!
  • Dünən, 14:29
    Şirvanın iki futbol klubu birləşdi
  • Dünən, 14:09
    Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
  • Dünən, 13:56
    68 ildən sonra ən məhsuldar çıxış
  • Dünən, 13:28
    Afrika rekordu yeniləndi
  • Dünən, 12:46
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 12:15
    "Zirə" Türkiyə klubuna qarşı
  • Dünən, 12:00
    Dünya çempionatında yeni rekord
  • Dünən, 11:32
    Vüsal İsgəndərli Kosova klubunda
  • Dünən, 11:09
    UFC Fight Night Bakıda: 72 ölkə, 11 min azarkeş və tarixi gecə
  • Dünən, 11:03
    Zlomisliç Şehiçlə Beqoviçin ənənəsini davam etdirə biləcəkmi? - Qurban Qurbanov yenə bosniyalı seçdi
Daha çox
Oxunub: 449
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 316
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 243
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 234
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Oxunub: 199
Varqas nağılı başa çatır! – belə şey olar?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə