Dünən “Qarabağ-2” futbol komandasının üzvü Şirxan Həsənzadə vəfat edib.
"Football-plus.az" xəbər verir ki, bununla əlaqədar olaraq 1-ci divizionun “Zirə-2” – “Qarabağ-2” qarşılaşmasının vaxtı dəyişib. Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi 10 may Binə qəsəbə stadionunda yox, 13 may saat 20.00-da "Ask Arena" stadionunda keçiriləcək.