Premyer-liqanın “Brentford”la oyunu Alisson Beker üçün əlamətdar olub.
“Football-plus.az” xəbər verir ki, “Liverpul”un minimal hesabla qələbə qazanması onun komandanın tarixində 7-ci yerə yüksəlməsinə şərait yaradıb. Braziliyalı qapıçı bütün turnirlərdə qırmızı formadakı “quru” oyunlarının sayını 100-ə çatdırıb. Alissson hazırda bu planda 6 oyunçudan geri qalır.
“Liverpul”un formasında ən çox “quru” oyun keçirən qapıçı Rey Klemensdi (323). Növbəti 5 yeri isə Brüs Qrobbelar (267), Xose Reyna (177), Elişa Skott (167), Tommi Lourens (133) və Devid Ceymsdi (102).