Bakıda səfərdə olan FİFA-nın Hakimlər Komitəsinin sədri Pyerluigi Kollina AFFA-nın baş katibi Sərxan Hacıyev və Hakimlər Komitəsinin sədri Barış Şimşəklə görüşüb.
"Football-plus.az" xəbər verir ki, görüş Bakı Olimpiya Stadionunda keçirilib.
Söhbət zamanı futbol hakimliyinin inkişafı ilə bağlı müzakirə və fikir mübadiləsi aparılıb.
Həmçinin, Kollina ilə premyer-liqa oyunlarına təyinat alan hakimlərin görüşü də təşkil olunub. FİFA-nın Hakimlər Komitəsinin sədri azərbaycanlı referilərə müvafiq tövsiyələrini verib.
Qeyd edək ki, bu il fevralın 28-də AFFA-nın prezidenti Rövnəq Abdullayev və FIFA-nın prezidenti Canni İnfantino arasında keçirilən görüş zamanı Pyerluici Kollinanın Azərbaycan hakimləri ilə görüşü müzakirə olunmuşdu.