Fernando Torres bundan sonra da “Atletiko”ya xidmət edəcək.
"Football-plus.az" xəbər verir ki, madridlilərin sabiq hücumçusu gələn mövsümdən klubun əvəzedici komandasının baş məşqçisi olacaq.
39 yaşlı mütəxəssis 2021-ci ilin iyunundan “Atletiko”nun gənclər komandasının məşqçisi vəzifəsində çalışır. Rəhbərlik artıq onun əvəzedici heyətə başçılıq etməsini lazım bilib. Torres “Atletiko”nun yetirməsidi.
Sabiq hücumçu futbolçu karyerası ərzində İngiltərənin “Liverpul”, “Çelsi”, İtaliyanın “Milan” və Yaponiyanın “Saqan Tosu” klublarında da çıxış edib. Torres futbolçu karyerasını 2019-cu ildə başa vurub.